5.09.2016.
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi, c.ü.f.d. Hicran Tahirovanın “Naxçıvan Muxtar Respublikasında miqrasiyanın demoqrafik proseslərə təsirinin iqtisadi-coğrafi problemləri” adlı monoqrafiyası çapdan çıxıb.
23.08.2016.
AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsi əməkdaşlarının yeni monoqrafiyaları nəşr olunub.
16.07.2016
Coğrafiya İnstitutunun əməkdaşları - c.e.d. Z.N.Eminov, c.ü.f.d. N.Ə.Paşayev və c.ü.f.d. Z.T.İmrani iyulun 3-dən 7-dən Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə olmuşlar. Məqsəd İnstitutun hazırladığı iki cildlik “Naxçıvan MR coğrafiyası” fundamental əsərinin ikinci cildi üçün elmi və statistik materialların toplanması olmuşdur.
7.07.2016
AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları – a.e.i., dosent Müseyib Yunusov, b.e.i. Elina Kərimova və a.e.i., dosent İrina Kuçinskaya iyulun 1-dən 3-dək Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olmuşlar.
“AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOQRAFİK İNKİŞAF: ƏHALİ MƏSKUNLAŞMASININ PERSPEKTİVLƏRİ VƏ REGİONAL PROBLEMLƏRİ”
mövzusunda respublika elmi konfransının
PROQRAMI
YÜKSƏK MÜKAFATA LAYİQ GÖRÜLMÜŞ COĞRAFİ ƏSƏR
Təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsi, dəqiqləşdirilməsi və yayılması üçün elmi faktların toplanması və onların daima yenilənməsi nəticəsində müəyyən
5.07.2016.
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Yelena Tağıyeva Tiflis şəhərində 3 günlük ezamiyyətdə olmuşdur.
12.08.2016
Avqustun 12-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda gələn ay keçiriləcək elmi-praktik konfransa həsr olunmuş yığıncaq keçirilib.
İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə konfransa son hazırlıq işlərindən danışıb.
12.07.2016
Türkiyənin Dokuz Eylül Universitəsi - Dəniz Elmləri və Texnologiyaları İnstitutunun (IMST) direktoru, prof. Erdeniz Yozel və AMEA akademik H.Əliyev adına Coğrafiya Institutunun direktoru, akademik Ramiz Məmmədovun iştirakı ilə bu iki müəssisə arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.