COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < İyun 2016 > >>
Bz Çr Çr Cm Şn Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 22 23 24 25 26
27 28 29 30      
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

22.06.2016

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi  işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent  Məhərrəm Həsənov

AMEA Naxçıvan bölməsində iki müəssisənin birgə hazırladığı “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci – “Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyası” cildinin hazırlanması vəziyyətini birgə müzakirə etmək üçün iyunun 19-20-də Naxçıvan şəhərində ezamiyyətdə olmuşlar.

Bu məqsədlə iyunun 20-də AMEA-nın  Naxçıvan bölməsində dairəvi masa keçirilmişdir. Yığıncaqda Coğrafiya İnstitutu tərəfindən akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və c.ü.f.d. Məhərrəm Həsənov, Naxçıvan tərəfdən isə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bioresurslar İnstitutunun direktoru, akademik Tarıyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh  Məhərrəmov,  NDU-nun coğrafiya kafedrasının müdiri, c.ü.f.d. Nazim Bababəyli və digər əməkdaşlar iştirak etmişlər.

Müzakirədə çıxış edən akademik İ.Hacıyev tərtib olunan ikicildlik Naxçıvan coğrafiyasının Muxtar Respublika üçün böyük əhəmiyyət daşıdığını qeyd etmiş, onun hazırlanmasında Naxçıvan elmi ictimaiyyətilə bərabər, Ali hakimiyyət orqanlarının da  maraqlı olduqlarını və bu işə hər cür dəstək olmağa hazır olduqlarını diqqətə çatdırmışdır. İ.Hacıyev uzun illər ərzində Naxçıvanda belə bir monoqrafiyanın yaranması üçün elmi bünövrə yaradıldığını və  ona görə də məhz Coğrafiya İnstitutunun təşəbbüsü ilə belə bir əsərin hazırlanmasının  çox təqdirəlayiq hal olduğunu xüsusi qeyd etmişdir.

Akademik R.Məmmədov monoqrafiyanın hazırlanması üçün elmi-təşkilatı işlərin vəziyyəti, istifadə olunan materialların yeniləşdirilməsi, Naxçıvan alimləri ilə birgə əməkdaşlıq və s. haqqında məlumat vermiş və göstərmişdir ki, bu işləri yüksək səviyyədə başa çatdırmaq üçün birgə səyləri daha da artırmaq lazımdır. O öz çıxışında qeyd etdi ki, elmi-tədqiqat işlərinin daha səmərəli və yüksək səviyyədə olması üçün AMEA Coğrafiya İnstitutunun müvafiq əməkdaşlarının MR-ya ezam olunması, buradan mütəxəssislər və əlaqədar təşkilatla birgə işləməsi daha effektiv olardı. Bu fikir də hər iki tərəfdən dəstəkləndi və tezliklə bir qrup işçinin Naxçıvan MR-ə ezam olunması qərara alındı.

Monoqrafiyanın hazırkı vəziyyəti, bölmələr üzrə aparılan işlər haqqında danışan AMEA-nın müxbir üzvü E.Əlizadə Naxçıvanın oroqrafiyası, geologiyası, relyefi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi, ekoloji problemləri və fiziki rayonlaşdırılması bölmələrinin hər birini  ayrı-ayrılıqda təhlil edərək işin gedişi  haqqında məlumat verdi. O  bildirdi ki, monoqrafiya ilkin vəziyyətdə əsasən başa çatsa da, görüləsi işlər hələ çoxdur, müəlliflər ilkin variant  üzərində işləməli və iş üzərində ümumi nəzarət həyata keçirilməlidir.

Dosent M.Həsənov Naxçıvanın iqliminin 60-cı illərdən sonra ilk dəfə olaraq yeni məlumatlar əsasında işləndiyini qeyd etmiş və  göstərmişdir ki, hal-hazırda təqdim olunan bütün materiallar ən yeni məlumatlara əsaslanaraq Naxçıvan iqliminin ən mühüm xüsusiyyətlərini özündə əks etdirir. O qeyd etdi ki, burada klassik iqlim şəraiti ilə yanaşı Naxçıvan MR-in alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, MR iqliminin insan səhhətinə təsiri kimi məsələlər də öz əksini tapmışdır.

Dəyirmi masada akademik T.Talıbov və AMEA-nın müxbir üzvü S.Məhərrəmov da çıxış edərək öz bölmələrinin hazırkı vəziyyəti haqqında məlumat vermiş və bu mühüm tədbirin çox böyük məsuliyyətlə yerinə yetilməsinin vacibliyini diqqətə çatdırmışlar.

Tədbirin sonunda akademiklər  Ramiz Məmmədov və İsmayıl Hacıyev yekun çıxışlarında gələcəkdə görülməsi nəzərdə tutulan tədbirlər haqqında danışmış və onların yerinə yetirilməsi üçün konkret yol xəritəsinin   hazırlanmasının vacibliyini qeyd etmişlər.

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .