15.09.2016

Son dövrlərdə Azərbaycanda elmin inkişafı istiqamətində mühüm addımlar atılır. Elmi kadrların hazırlanması, akademiyanın elmi potensialının gücləndirilməsi, gənclərin elmə marağının artması və akademiyaya cəlb edilməsi üçün müəyyən işlər görülür.

Bu ildən başlayaraq  Coğrafiya İnstitutunda təhsilin magistratura pilləsinə qəbul elan edilməsini xüsusi qeyd etmək lazımdır. Ayrılan yerə  uyğun olaraq, iqtisadi və sosial coğrafiya ixtisasının insan coğrafiyası istiqamətində bir nəfər magistr qəbul edilmişdir.  Dərslərin başlanmasına bu gündən start verilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor  Elbrus Əlizadə, İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.e.d. Zakir Eminov, Demoqrafiya və əhali şöbəsinin müdiri, c.ü.f.d. Nizami Əyyubov, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d. Zaur İmrani, Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusov və baş mütəxəssisi, c.ü.f.d. Flora Məmmədova magistraturaya qəbul olunmuş Zeynəb Mirzəyeva ilə görüş keçirmiş, ilk dərs günü ilə onu təbrik etmiş təhsildə uğurlar arzulamışlar.

Z.Mirzəyevaya dissertasiya mövzusu verilmiş, elmi rəhbər təyin edilmişdir.

İnstitut alimlərinin fikrincə, qəbul prosesi bu müəssisədə gələcəkdə daha yüksək səviyyədə təşkil olunacaqdır. İlkin mərhələ kimi, hələlik maddi-texniki bazanın yaradılması, fənn silabuslarının, proqramların hazırlanması başa çatmışdır. Ümid edilir ki, yeni başlanmış bu işin nəticələri uğurlu olacaqdır.