COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Avqust 2016 > >>
Bz Çr Çr Cm Şn Bz
2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

YÜKSƏK MÜKAFATA LAYİQ GÖRÜLMÜŞ COĞRAFİ ƏSƏR

Təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsi, dəqiqləşdirilməsi və yayılması üçün elmi faktların toplanması və onların daima yenilənməsi nəticəsində müəyyən

biliklər əldə edilir. Bu biliklər insanların əmək məhsuldarlığının artırılmasına və bunun sayəsində onların sosial rifah halının yaxşılaşdırılmasına xidmət etmişdir.

Azərbaycanın dünyada tanınması və iqtisadi-sosial inkişafın sürətlənməsi üçün elmi tədqiqatların nəticələri zəruri amildir. Məhz bu baxımdan Azərbaycanda elmə, təhsilə dövlət qayğısı daim olmuş və olmaqdadır. Qeyd edilməlidir ki, Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyəti arasında qazandığı nüfuzu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğu bir daha təsdiqlənmişdir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır. Bu diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan Milli Elmlər Akademiyası yeni inkişaf mərhələsinə qədəm qoymuş, elmin inkişafı üçün bir sıra mühüm işlər görmüşdür. Məhz bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun alimləri - direktor, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Elbrus Əlizadə, coğrafiya elmləri doktoru Zakir Eminov və coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov “Azərbaycan Respublikasının coğrafiyası” üçcildlik monoqrafiyasına görə elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşlər. Bu monoqrafiya çox böyük tarixə malik olan Azərbaycan coğrafiya elminə ən dəyərli töhfədir.

Müasir dövrdə dünyada coğrafiya elmi ictimai - siyasi proseslərdən asılı olaraq dinamik inkişaf edən və dünya proseslərinə təsir göstərən mühüm elm sahəsinə çevrilmişdir. Azərbaycanda isə coğrafiya elmi son illər xeyli inkişaf etmiş və onun yeni istiqamətləri formalaşmışdır. Əsasən təbii ehtiyatlar və onlardan səmərəli istifadə, təsərrüfat sahələrinin inkişafı və yerləsdirilməsinin qanunauyğunluqları, istehsalın ərazi təşkili, qlobal inteqrasiya, “istehsal-təbiət-əhali” arasında olan əlaqələri, əhali məskunlaşmasının coğrafi problemləri, ətraf mühitin gələcək nəsillər üçün qorunması və s. məsələləri öyrənən bu elm müxtəlif istiqamətlərdə inkişaf etdirilir.

Son dövrlər ərzində Azərbaycan coğrafiyasının müxtəlif sahələrinə aid çoxlu sayda elmi əsərlər, monoqrafiyalar nəşr edilmiş, lakin uzun tarixi bir dövr keçməsinə baxmayaraq, coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr) və müəllim heyəti, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün çox gərəkli olan, müasir elmi-nəzəri və metodiki səviyyədə Azərbaycan coğrafiyasının bütün istiqamətlərini əksetdirən əsərə böyük ehtiyac duyulurdu.

Azərbaycan Respublikasının müstəqillik eldə etməsi ilə əlaqədar olaraq ölkənin təbii resurslarından daha səmərəli istifadə, təbii şərait və iqtisadi amillərin regionların sosial-iqtisadi inkişafında rolu, istehsal sahələrinin ərazi təşkili, məşğulluğun səviyyəsi və sosial şəraitin demoqrafik proseslərə təsiri, Xəzər dənizinin ölkə təsərrüfatının formalaşmasında rolu və digər amilləri nəzərə almaqla Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Əliyev adına Coğrafiya İnstitutu “Azərbaycan Respublikasının coğrafiyası” adlı fundamental elmi-ensiklopedik əsərin yazılması layihəsini həyata keçirmək qərarına gəlir.

Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan “Azərbaycan Respublikasının coğrafiyası” bir-birini tamamlayan 3 cilddən ibarətdir. I cild “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, n cild “Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası”, III cild “Azərbaycan Respublikasının regional coğrafiyası”na həsr edilmişdir.

 “Azərbaycan Respublikasının fiziki coğrafiyası” adlı I cilddə ölkə ərazisində fiziki coğrafiyanın müxtəlif sahələrinə aid çox illər ərzində aparılan kompleks tədqiqatlar, en son məlumatlar nəzərə alınmaqla, elmi-nəzəri əsasda yenidən işlənərək yazılmışdır. Bu cilddə Azərbaycanın sərhədləri, coğrafi mövqeyi, təbii şəraiti, yaşayış məntəqələri, burada olan tayfalar, Xəzər dənizi və s. haqqında antik dövr alimlərinin, eləcə də ölkənin iqtisadiyyatı, şəhərlər, sənətkarlıq nümunələri, ticarət yollan və s. haqqında geniş məlumat vermiş ərəb coğrafiyaşünaslar və səyyahlar, onlarla yanaşı, Avropa və Rusiya alimlərinin apardıqları elmi-tədqiqat işləri və hazırladıqları xəritələr barədə danışılır. Bununla yanaşı, Azərbaycanın oroqrafiyası, geoloji quruluşu, geodinamikası və faydalı qazıntılar, paleocoğrafiyası, geomorfologiyası, iqlimi, daxili sular və onlardan səmərəli istifadə, Xəzər dənizinin etimologiyası və formalaşması, onun müasir fiziki parametrləri və coğrafi səciyyəsi, dənizin suyunda və dibində olan təbii ehtiyatlar, ekocoğrafi vəziyyət və əsas çirklənmə mənbələri göstərilmiş, eləcə də Azərbaycanın torpaq örtüyü, torpaqların ekoloji problemləri və ondan səmərəli istifadənin yollan, torpaq fondundan istifadənin vəziyyəti, bitki örtüyü, heyvanat aləmi, Azərbaycan landşaftlarının təkamülü, formalaşması və inkişafı, təbii landşaftların qanuna-uyğunluqları, antropogen landşaftların dayanıqlığı və təsnifatı, landşaftların ekologiyası haqqında geniş məlumat verilir. Sonda Azərbaycanın bütün ərazisi üçün elmi-nəzəri əsaslarla aparılmış fiziki-coğrafi rayonlaşdırılması verilmiş və oradakı ayrı-ayrı  fiziki-coğrafi rayonların kompleks xarakteristikası işıqlandırılmışdır.

Məhsuldar qüvvələrin sahə və ərazi strukturunda baş verən dəyişikliklər, təsərrüfatın regional ixtisaslaşması, təbii-resurs amili, maddi və sosial infrastrukturun uzunmüddətli dayanaqlı inkişafı və s. amillər nəzərə alınmaqla “Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” adlı II cild hazırlanmışdır. Azərbaycanın iqtisadi, sosial və siyasi coğrafiyasına, demoqrafik inkişaf və əhalinin məskunlaşma xüsusiyyətlərinə həsr olunan bu tədqiqat əsərində ölkənin müstəqilliyi illərində bu sahədə baş verən dəyişikliklər və meyllər araşdırılmış, istehsalın və əhalinin perspektiv ərazi təşkilinin istiqamətləri elmi cəhətdən əsaslandırılmışdır. Bu cilddə Azərbaycan Respublikası ərazisinin formalaşması xroniki ardıcıllıqla onun iqtisadi və siyasi-coğrafi mövqeyi, ölkənin Avropa ilə Asiya, şimal ilə cənub regionları arasındakı geosiyasi mövqeyinin əhəmiyyəti və perspektiv imkanları, azərbaycanlıların (azəri türklərinin) dünya xəritəsində yayılma arealları, onların sayı və bu proseslərə təsir edən amillər, ölkə əhalisinin demoqrafik inkişaf xüsusiyyətləri: əhalinin təbii və mexaniki hərəkəti, yaş-cins və milli tərkibi, əhalinin sayının dinamikası, əmək ehtiyatlarının formalaşması və onlardan istifadə vəziyyəti, eləcə de Azərbaycanda urbanizasiya prosesinin inkişaf xüsusiyyəti, onun iqtisadi, sosial və demoqrafik bazasında baş verən dəyişikliklər və meyllər araşdırılıb. Şəhər və kənd məskunlaşma sistemi, əhalinin və yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsi və onun qanunauyğunluqları əhalinin siyahıyaalma məlumatları əsasında təhlil edilib, iqtisadi-coğrafi meyllər müəyyənləşdirilib. Bununla yanaşı, müstəqillik dövründə ölkənin kənd təsərrüfatının sahə və ərazi strukturunda baş verən dəyişikliklər, əhalinin davamlı, ekoloji cəhətdən təmiz yerli ərzaq məhsulları ilə təminatı məsələləri ölkə Prezidentinin müvafiq fərmanları, sərəncamları və dövlət proqramları ilə qarşılıqlı əlaqədə təhlillər aparılıb. Əhalinin ərzaq təhlükəsizliyinin dayanıqlı həlli üçün konstruktiv mahiyyət daşıyan nəticələr əldə edilib. Məhsuldar qüvvələrin mühüm tərkib hissəsi olan infrastruktur sahələrinin nəqliyyatın, müxtəlif sosial sferanın, rekreasiya-turizm təsərrüfatının inkişaf xüsusiyyəti və onun regional təkmilləşdirilməsi məsələləri araşdırılıb. Sonda təsərrüfat sahələrinin fəaliyyəti ilə bağlı ekoloji məsələlər, ətraf mühitin və təsərrüfatın tarazlı,  balanslaşdırılmış, dayanaqlı inkişafı problemləri, həmçinin təbii-dağıdıcı hadisələrin iqtisadi-coğrafi qiymətləndirilməsi, onların mənfi təsirinin azaldılması yolları tədqiq edilib.

Azərbaycanın uzun illər ərzində təsərrüfatın birtərəfli inkişafı Abşeron ilə ölkənin digər regionlar arasında kəskin uyğunsuzluğun yaranmasına gətirib çıxarmışdır. Nəticədə əhalinin və təsərrüfat obyektlərinin paytaxt ətrafında toplanması baş vermiş və bu proses hazırda da davam etməkdədir. Bu amillər nəzərə alınmaqla 2004-cü ildən başlayaraq regionların inkişaf etdirilməsi üçün dövlət proqramları qəbul edilmiş, onların yerinə yetirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Proqramlara əsasən, rayon mərkəzlərində abadlıq və quruculuq işləri aparılmış, kəndləri birləşdirən yollar yenidən qurulmuş, infrastruktur obyektlərinin müasirləşdirilməsinə xüsusi diqqət verilmişdir. Həmin dövlət proqramının davamı olaraq regionların təbii ehtiyatlan və iqtisadi-demoqrafik imkanlarından istifadə edilməsi əsasında yeni təsərrüfat obyektlərinin yaradılması nəzərdə tutulmuş, regionlarda uzun illər ərzində mövcud olmuş sosial xidmət infrastrukturu şəbəkəsinin yenidən qurulması kimi mühüm məsələlər öz həllini tapmışdır. Lakin həyata keçirilən tədbirlər hələlik əhalinin iş yerləri ilə təmin edilməsi, yaşayış şəraitinin, mənzil təminatının yaxşılaşdırılması problemlərini tam həll etmir. Yəni regionlarda yerləşən şəhər və qəsəbələrin iqtisadi bazasının möhkəmləndirilməsi sahəsində problemlər hələ də qalmaqdadır. Buna görə də kəndlərin boşalması, əhalinin regionlarda mövcud olan şəhərlərdə toplanması, onların sosial yaşayış şəraitinin yüksəldilməsi sahəsində problemlər yaranır. Nəticədə ölkədə urbanizasiya səviyyəsinin yüksəlməsi, əhalinin böyük şəhərlərdə cəmlənməsinin qarşısının alınması, xarici miqrasiyanın azaldılması çətinləşir. Məhz bu baxımdan “Azərbaycan Respublikasının regional coğrafiyası” adlı III cildin yazılmasına ehtiyac duyulmuşdur. Bu cilddə regionların müasir fiziki və iqtisadi-coğrafi problemləri, onların həlli yolları, dövlət proqramları və bu proqramların ölkə həyatına və əhalinin ərzaq təhlükəsizliyinə, fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsinə xidməti, eləcə də iqtisadiyyatın gələcək istiqamətləri haqqda elmi cəhətdən əsaslandırılmış proqnozlar verilib. Bundan başqa, respublikanın təbii vilayətlərinin fiziki-coğrafi şəraiti təhlil edilib, torpaq-iqlim və başqa təbii ehtiyat potensialının səmərəli istifadə edilməsi yolları əsaslandırılıb, əhalinin və təsərrüfatın, əsasən, paytaxtda təmərküzləşmənin və əhalinin paylanmasında qeyri-bərabərliyin qarşısının alınması yolları müəyyənləşdirilib.

Eyni zamanda, ölkədə qəbul edilmiş iqtisadi coğrafi rayonlaşma yeni formada öyrənilir, onun daha səmərəli aparılması zəruriliyi, həmçinin inkişaf perspektivləri araşdırılır.

Ümumiyyətlə, Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan “Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik monoqrafiyası ölkənin gələcək inkişaf yollarının, iqtisadi-siyasi inkişafının təbii-antropogen potensialının müəyyən edilməsi, yeni şəraitdə ölkənin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi, regionların inkişafı, yoxsulluğun azaldılması, sənaye, kənd təsərrüfatı və ətraf mühitin müxtəlif səviyyəli idarə edilməsində olduqca gərəkli bir vasitədir.

Əsərin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülməsi bir daha coğrafiya elminin müasir cəmiyyətdəki rolunun qiymətləndirilməsi, respublikada elmə, alim əməyinə respublika Prezidentinin verdiyi yüksək dəyərin təzahürüdür.

 

Z.İmrani, AMEA H.Əliyev adına

Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d.

 

AMEA-nın XƏBƏRLƏR MƏCMUƏSİ, 2016, cild3, №2

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .