13.10.16.

Oktyabrın 13-də AMEA H.Əliyev adına  Coğrafiya İnstitutunun mülki müdafiə üzrə tədbirlər planına müvafiq olaraq, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin xəbərdarlıq “Toplanış” məşqi keçirilib.

İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə məşqin keçirilməsinin əhəmiyyətindən,  mülki müdafiə tədbirlərinin yerinə yetirilməsində  İnstitut əməkdaşlarının hazırlıqlı olmalarının vacibliyindən, vaxtaşırı mülki müdafiə üzrə praktik məşğələlərin keçirilməsinin zəruriliyindən danışıb.

Sonra İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev çıxış edərək bildirib ki, xəbərdarlıq “Toplanış” məşqini keçirməkdə əsas məqsəd fövqəladə hadisə zamanı və “Toplanış” xəbərdarlıq siqnalı aldıqda şəxsi heyətin davranış qaydaları təcrübısini artırmaq, bacarıqlarını təkmilləşdirmək, hazır vəziyyətə gətirilməsini  öyrənməkdir. O həmçinin,  “Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabınetinin 25 sentyabr 1998-ci il Qərarı  tələblərinin Coğrafiya İnstitutunda yerinə yetirilməsinin vəziyyəti  haqqında iclas iştirakçılarına məlumat verib.

Məşq zamanı mühasibat şöbəsinin işçisi Aynur Hüseynova mülki müdafiə sahəsindəki biliyi və fəallığı ilə seçilib.

İştirakçılar fövqəladə hallar zamanı xəbərdarlıq “Toplanış” məşqini əks etdirən  videoçarxlara baxıblar.