COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Fevral 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
    1 2 3 4 5
7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28          
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

Fevralın 4-ü AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Məmmədovun doğum günüdür. 

İnstitutunun bütün kollektivi adından hörmətli və istəkli Ramiz müəllimi təbrik edir, ona möhkəm can sağlığı, coğrafiya elminin tərəqqisi uğrunda yorulmaz elmi, fiziki, təşkilati fəaliyyətində tükənməz həvəs, bol enerji, ruh yüksəkliyi, ürək şadlığı və yeni-yeni nailiyyətlər arzu edirik!

 

“Torpaq sevgisi, coğrafiya elmi və akademik Ramiz Məmmədov”

BİLİK GÜC, GÜC İSƏ BİLİKDİR

... Bu dəyərli insana - Ramiz müəllimə daha yaxından bələd olmaq üçün “kompüteri” yenidən ələk-vələk etdim, istədiklərimi tapdım. Görüşmək qərarına gəldim. Telefon açdım. Zəngləşdik, vədələşdik. AMEA-nın Coğrafiya İnstitutunun 8-ci mərtəbəsinə qalxdım. Akademiyada avqust məzuniyyəti ayı olduğuna baxmayaraq akademik iş başındaydı. Dəhlizdə tam sakitlik idi. Beş-on dəqiqə gözləmişdim ki, dəhlizdə bir gənc mənə yaxınlaşdı: “Akademik dedi ki, konfrans zalına buyursunlar, müzakirələr gedir, maraqlı olar”. Böyük insan qayğısı, diqqəti gördüm. Deməli, bu bir həqiqətdir “alim olmaq olar, o, həm də böyük insandır”, alimdir, həm də güclü, qüdrətli alim. Deyirlər, bilik gücdə, güc isə bilikdədir. Güclü insandı, çünki biliklidi, biliklidi, çünki güclüdü. Bu, elmin, savadın, biliyin gücüdü. Bunlar birləşəndə alim olursan. Elm səbəbdi, əməl isə nəticə. Əməl ilə elm birləşəndə belə nəticə əldə edirsən, elm sahibi olursan. İnsana lazım olan dörd şey var: elm, kəlam, nəfəs, biri də söz. Ramiz müəllim elm sahibidi, buna ömrünü həsr edib, demək olar, gəncliyindən bu günə qədər elm sahəsində külüng vurur, istədiyinə nail olur, söz-kəlam sahibidi, doğru-dürüstdür, kəlməsinin sahibidi, nəfəsi həqiqətdən gəlir, sözü elmidir, elmdə sözünü bütövləşdirib. 

BİR DAMLA SU
Konfrans zalına çox gərəkli məsələ üçün yığılmışdılar. Qədim Şəkimizin torpaq qatını araşdırırdılar. Görək, bizə nə verər Şəki torpağı. “Torpaq deyir: ək, becər məni, dirildim səni”, “torpağa baş əyənin, başı uca olar”. Torpaq insanın urvatıdı, yaşam tərzidi; ək, becər, yaşa! Torpaq həm də insanın isti ocağı, yuvası, sonda əbədi qovuşduğu məkanıdı. Torpaq həyat mənbəyidi. Alimlər bu mənbəyi araşdırırdılar.
Şəkidə nə əkib-becərmək olar? Son sözü tədqiqat aparan alimlərimiz deyəcək, akademik tapşırığını verdi. Məzuniyyətdən sonra bir daha bu məsələyə dönəcəklərini vurğuladı. İndi vaxtı çox məhdud, işləri isə çoxdu... Necə deyərlər, “başını qaşımağa macalı belə yoxdur”, amma öz qiymətli vaxtından ayırdı və maraqlı söhbətimiz oldu. Torpağın təbiətin füsunkarlığına, gözəlliyinə uşaqlıqda aludə olduğunu vurğuladı: “Yayın istiləri düşər-düşməz ailəmlə birlikdə Maral gölü deyilən yaylağa köçərdik, yaylağın havası, meşənin, çəmənin gözəlliyi bu gün də gözlərimdə qalıb. Torpağı, suyu, dənizi necə sevdimsə, ömürlük həyatımı bağladım bu sahəyə. Elmə doğru getdim, necə deyərlər, elmdən yapışdım. Elmi olan güclü olar, deyirlər, elm həm də inadkarlığı sevir. İnadkarlıq edib, çətin anlar yaşadım, həftələrlə, aylarla dənizdə qaldım. Dəniz mənə, mən dənizə inad göstərdim, dənizin fırtınası, qabarıb çəkilməsi, dalğası, şahə qalxan ləpələr inadımı qıra bilmədi, dənizin ortasında içməyə damla su tapmırdım, dəmirlərin üstündəki su damlaları ilə susuzluğumu bir təhər təmin edirdim, günlərlə ac qalıb, amma dənizdən istədiyimi qoparmadan, almayınca əl çəkmədim, istədiyimi aldım, bəhrəsini dövlətimiz gördü”.
İnsan var, tanıdığına heyran olursan,
İnsan var tanıdığına peşman olursan.
Ramiz müəllimi yaxından tanıdığına görə çox şad olursan. Öz sözü-söhbəti, sadəliyi, hər kəslə öz həmyaşıdı, həmfikiri kimi davrandığını gördükdə onu, tanıdığına görə heyran olursan. Alim elmdə külüng vurub, tədqiqatlar aparıb. Yenilikləri, ixtiraları ilə bəhrəsini də dərib...

 

Xətayə Sahabbinin (Rüstəmovanın) 

məqaləsindən 

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .