Son zamanlar geosistemlərin təbii-ehtiyat potensialının qiymətləndirilməsi, istifadəsi və konservasiyası ən vacib problemlərdən biridir.
Ətraf mühitdə antropogen yüklənmənin kəskin artması cəmiyyətlə təbiət arasında mövcud olan ekoloji tarazlığın əsaslı şəkildə pozulmasına, insanın həyat fəaliyyətində təhlükə və risklərin artmasına səbəb olmuşdur. Respublikamızın davamlı sosial-iqtisadi inkişafı yolunda ciddi, həlli vacib olan problemlərin yaranmasının qarşısının alınması istiqamətində bir çox dövlət proqramları qəbul edilmişdir.
Bunu nəzərə alan Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 2013-cü ilin iyun ayının 3-5 – də (6-7 iyun ekskursiya) «Qlobal dəyişkənliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi» mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir.
Konfransın məqsədi – təbii ehtiyatlardan səmərəli istifadənin təşkili, idarə olunması və davamlı inkişafının elmi əsaslandırılmasının, insan-təbiət təbii tarazlığının qorunub saxlanılmasının, ekocoğrafi, sosial-iqtisadi problemlərinin həllinin elmi-təcrübü istiqamətlərinin müəyyən edilməsidir. Konfransda bu problemlərin tədqiqi ilə məşğul olan xarici ölkə mütəxəssislərinin, qanunvericilik və icra orqanlarının, qeyri-hökümət təşkilşatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Konfransda aşağıdakı problemlərin müzakirəsi nəzərdə tutulur:
1.Geosistemlərin təbii ehtiyat potensialının təyininin nəzəri-metodoloji əsasları.
2. Qlobal iqlim dəyişmələri, iqlim və su ehtiyatları.
3. Davamlı sosial-iqtisadi inkişaf və qida təhlükəsizliyi.
4. Geosistemlərin turizm-rekreasiya potensialının qiymətləndirilməsi.
5. Xəzər dənizinin və ətraf regionların ekoloji potensialı.
6. Geosistemlərin təbii ehtiyat potensialının optimallaşdırılması yolları.
Konfransda iştirak etmək istəyənlər 2013-cü il aprel ayının 25-nə kimi məruzələrinin mətnini aşağıdakı ünvana göndərməlidirlər:
Azərbaycan Respublikası, +994 Bakı şəhəri, H.Cavid pr.31, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti,
905 otaq. Rəfail Seyfal oğlu Abdullayev
Əlaqə telefonu: 439-33-36, mob. (050) 353 01 35, e-mail arso2010 @ rambler. ru
Məqalənin tərtib olunma qaydası: Məqalə 4 səhifədən az olmamaqla, 1,5 intervalda, 14 keqel ilə Times New Roman şriftində, MS WORD formatında yığılmalıdır. Məqalə yığılarkən vərəqin yuxarısından, aşağısından və sol tərəfindən 2,5 sm, sağ tərəfindən isə 1sm məsafə saxlamaq lazımdır.
Məqalənin sonunda ingilis və rus dillərində xülasə verilməlidir və müəllifin adı, soy adı, işlədiyi müəssisə qeyd olunmalıdır.
Qeyd:Təqdim olunmuş məqalələr konfrans başlanana qədər Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərlərində nəşr ediləcək. Təşkilat komitəsinin, konfransın məzmununa uyğun gəlməyən və elmi dəyəri olmayan məqalələri qəbul etməmək hüququ vardır.
Təşkilat Komitəsi