İnstitutun dissertantı  Şakir Həmzəyevin elmi seminarda müzakirəyə çıxardığı  (Qobustanlinın) “Dədə Qorqud” dastanında Qobustan toponimləri” adlı  məruzəsi böyük marağa səbəb oldu.

Məruzədə “Dədə Qorqud” dastanının yarandı  ərazinin məhz Qobustan olması  haqqında yeni mülahizələr irəli sürülür. Qobustanlı göstərir ki, Dədə Qorqud dastanı boylarında adı çəkilən bəzi toponimlər ilk dəfə kompleks halda və sistemli şəkildə Qobustan ərazisində yayılıb. Ümumiyyətlə, Ş.Qobustanlının mülahizələri 1300 ildən artıq bir tarixə malik olan “Dədə Qorqud” dastanlarına yeni baxış kimi diqqəti cəlb edir. Məruzəçı qədim yazılı mənbələrə, ədəbi-bədii əsərlərə, xüsusən,  Nizami Gəncəvinin, İmaməddin Nəsiminin əsərlərinə, əhali arasında yayılan əfsanə və rəvayətlərə əsaslanmaqla sübut etməyə salışır ki, “Dədə Qorqud” dastanları məhz Dərbənddən Qobustana, Qobustandan  Şəkiyə qədər uzanan bir ərazidə yaranmışdır. Bu mülahizələr geniş polemikaya səbəb olsa da müəllif bəzi fikirlərlə öz ideyalarının sübut etməyə çalışır.