COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Dekabr 2012 > >>
Bz Çr Çr Cm Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 21 22 23
24 25 26 27 28 29 30
31            

20 Dekabr 2012

Əməkdaşlar_İqlim

                        

Əməkdaşlar – 15 nəfər, o cümlədən, c..ü.f.d. - 6, baş elmi işçi - 1, aparıcı elmi işi - 2, böyük e.i. - 2, elmi işçi - 5, kiçik e.i.- 1,  

 

Rəhimov Xəyyam Şakir oğlu – 1949, 25.00.30 – “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya”, coğrafiya elmləri namizədi, baş elmi işçi. Şöbə müdiri.

Əsas elmi nailiyyətləri: Ölkənin əsas çoxillik bitkilərinin aqroiqlim şəraiti və ehtiyatları tədqiq edilmiş, meteoroloji şəraitin məhsulun miqdarı və keyfiyyətinə təsiri müəyyən edilmiş, göstərilən bitkilərin aqroiqlim rayonlaşdırılması aparılmışdır; çoxillik əkmələrin mikroiqlimi, radiasiya və istilik balansları tədqiq edilmiş, onların yaranmasında və məhsulun miqdarı və keyfiyyətinin  bitkilərin əkilmə və onların çətirlərinin formalaşdırma üsullarından aslığı müəyyən edilmişdir; hazırlanmış rayonlaşdırma sistemi əsasında Azərbaycan ərazisinin iqlim-meliorasiya rayonlaşdırılması aparılmış və rayonlaşdırma xəritəsi tərtib edilmiş, vilayət, yarımvilayət. rayon və yarımrayonlar ayrılmış və onların ətraflı aqroiqlim xarakteristikası verilmişdir; gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarına, təbii zonaların sərhədlərinə, təbii və aqroekosistemlərə, insan səhhətinə mümkün təsiri tədqiq edilmiş və onlara uyğunlaşma tədbirləri hazırlanmışdır.

56 məqaləsinin, bir  monoqrafiyanın və bir atlasının müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Meteoroloji şəraitin nar meyvələrinin keyfiyyətinə təsiri. Meteorologiya və hidrologiya, M., 1981, № 1 (həmmüəllif  Ə.C. Əyyubov)

2. Arid zonanın dağlıq ərazilərinin iqliminin meliorasiyasının bəzi ekoloji aspektləri (Azərbaycan SSRİ timsalında). Meliorativ coğrafiya üzrə VIII ümumittifaq konfransı, III cild, Tallinn, 1988 (həmmüəlliflər Ə.C. Əyyubov və N.D. Ulxanov)

3. Azərbaycanda üzümün becərilməsinin aqroiqlim ehtiyatları. Monoqrafiya. Bakı, 1991 (həmmüəlliflər Ə.C. Əyyubov və N.D. Ulxanov)

4. Azərbaycan Respublikasının aqroiqlim atlası. Bakı, 1993 (elmi redaktor və həmmüəllif)

5. Azərbaycan Respublikasında malyariya xəstəliyinin yayılmasında iqlim şəraitinin rolu. Təbii-təsərrüfat sistemlərinin ekoloji təhlükəsizliyinin təminatının coğrafi problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XIV cild, Bakı, 2009 (həmmüəllif  C.N. Əhmədova).

 

Həsənov Məhərrəm Səməd oğlu – 1954, 25.00.30 – “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya”, coğrafiya elmləri namizədi, dosent, aparıcı elmi işçi.

Əsas elmi nailiyyətləri: Respublika ərazisində payızlıq buğdanın inkişafının, məhsuldarlığının və məhsulun keyfiyyətinin relyef və iqlim amillərindən asılılığını öyrənmiş, məhsulun keyfiyyət göstəricilərinə müvafiq onun istehlak istiqamətinin müəyyən edilməsi haqqında təkliflər vermişdir.

Payızlıq buğdaya aid bir sıra fenoloji xəritələri «Azərbaycanın aqroiqlim atlası»nda çap edilmişdir. «Azərbaycanın təbii vilayətlərinin 1:300 000 miqyaslı aqroiqlim xəritələri»nin müəlliflərindəndir.

Respublikanın rütubət və külək enerjisi ehtiyatlarının iqlim dəyişmələri fonunda yenidən qiymətləndirilməsində xidməti vardır.

Hazırda «Gözlənilən iqlim dəyişmələrinin Azərbaycanın aqroiqlim ehtiyatlarına təsirinin qiymətləndirilməsi» istiqamətində işləyir.

1 monoqrafiyanın və 40-dan çox məqaləsinin müəllifidir.

 Əsas elmi əsərlərinin adları:

1. Kiçik  Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi. Bakı, Elm, 1999, 128 s.

2. Payızlıq buğdanın bioloji məhsuldarlığının yamacın istiqamətindən asılılığı. «Сельскохозяйственная биология» Moskva, 1983. 6 s..     

3. Dağ-şabalıd torpaqların rütubət dinamikası və səmərəli istifadə yolları». Az.EA Xəbərləri, Yer elmləri seriyası, 1992, №3-6. 6 s.

4. Naxçıvan MR-da müşahidə edilən zərərli atmosfer hadisələri. ACC əsərləri, X cild. Bakı, 2006.

5. Naxçıvan MR-sı ərazisinin təbii rütubətlənmə şəraiti. ACC əsərləri, XIV cild, Bakı, 2009.

 

Hadıyev Yusif Cahangir oğlu – 1957, 25.00.30 – “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya”, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Əsas elmi nailiyyətləri: Azərbaycanda hava temperaturunun və atmosfer yağıntılarının illik və mövsümi kəmiyyətlərinin çoxillik tərəddüdləri tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, 1881-2000-ci il müddətində respublika ərazisində hava temperaturu artmış, atmosfer yağıntıları isə iri sənaye şəhərləri istisna olunmaqla azalmışdır. Bu elementlərin artma və azalma sürətləri hesablanmışdır. 2030-cu ilə kimi əsas hidrometeoroloji parametrlərin dəyişilmələrinin ssenariləri hazırlanmış və alınan proqnostik kəmiyyətlər qiymətləndirilmişdir.

32 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Azərbaycanda hava temperaturunun mövsümi və çoxillik tərəddüdlərinin bəzi qanunauyğunluqları haqqında. AMEA Xəbərləri, Yer elmləri ser.,  1992, №3-6, 7 səh. (rus dilində)

2. Azərbaycan Respublikasında yağıntıların çoxillik tərəddüdləri haqqında. AMEA Xəbərləri, Yer elmləri ser.,  1998, №3, 7 səh.     

3. İqlim anomaliyalarının Xəzər dənizi səviyyəsinə təsiri.  «İqlim və su» II Beynəlxalq konfransın mat-rı, Finlandiya, 1998, 10 səh. (ingilis dilində)

4. Qafqazın iqlimi tarixi keçmişdə və yaxın gələcəkdə dəyişməsi.«Coğrafiya və təbii resurslar», İrkutsk ,1999, №1,  6 səh. (rus dilində)

5. XX əsrdə Azərbaycan ərazisində əsas hidrometeoroloji parametrlərin tərəddüdləri. AMEA Xəbərləri, Yer elmləri ser.,   №4, 2003, 6 səh. (rus dilində).

 

 Nəbiyev Həsən Lətif oğlu – 1959, 25.00.30 – “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya”, coğrafiya elmləri namizədi, böyük elmi işçi.

Əsas elmi nailiyyətləri: Bol və intensiv yağıntıların düşməsi ehtimalını artıran sinoptik proseslər öyrənilmiş, Avropa üzərindəki makrosirkulyasiya prosesləri ilə Şərqi Zaqafqaziyadakı seləmələgəlmə arasında əlaqə müəyyən edilmiş, sel hadisələrinin proqnozunun bəzi əlamətləri aşkar edilmişdir.

20 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. İrimiqyaslı atmosfer prosesləri və Şərqi Zaqafqaziyada seləmələgəlmə. Azərbaycan və Dağıstan hidrometeorologiyasının problemləri. I buraxılış, II hissə. Bakı, 1988, 10 s. (rus dilində)

2. Azərbaycan SSR ərazisində seləmələgəlmə dövründə hava kütlələrinin dayanıqlığı və xüsusi rütubəti. Azərbaycan SSR EA Xəbərləri, Yer elmləri ser., 1989, №3 (rus dilində)     

3. Avropa üzərində makrosirkulyasiya prosesləri və Şərqi Zaqafqaziyada seləmələgəlmə. Sel əleyhinə mübarizə tədbirləri. Alma-Ata, 1990, 6 s. (rus dilində)

4. Kiş və Şin çayları hövzələrinin selləri. Bakı, «Elm» 1998.

5. Makrosirkulyasiya prosesləri və Azərbaycanda seləmələgəlmə. Bakı, Xəbərlər, Yer elmləri, 2003, №4 (rus dilində)

 

Tağıyeva Umayra Rauf qızı - 1968, a.e.i., c.ü.f.d.

 

Rəhimov Mətləb Kamil oğlu - 1968, böyük e.i., c.ü.f.d.

 

Əhmədova Qəmərxanım Böyük Ağa qızı – 1958,coğrafiyaçı, elmi işçi.

15 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Xəzər dənizi səviyyəsinin çoxillik tərəddüdlərinin qanunauyğunluqları haqqında. AMEA, Coğrafiya Cəmiyyətinin 6-cı qurultayının materialları. “Elm” nəşr. Bakı, 1990, 66-67 səh.

2. Azərbaycanda hava temperaturunun mövsümi və çoxillik  tərəddüdlərinin bəzi qanunauyğunluqları. AMEA, Xəbərlər, Yer elmləri seriyası, 1992, №3, 7 səh. (rus dilində)

3. Son 50 ildə quraqlıqlar zamanı havanın orta aylıq temperaturu və atmosfer yağıntıları. «Azərbaycanda səhralaşma problemləri».Akademik B.Ə. Budaqovun 75 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, 2003.

 

 Əhmədova Cəmilə Nemət qızı – 1962, coğrafiyaçı, elmi işçi.

18 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Bakı şəhərində hava hövzəsinin ekoloji vəziyyətinin tədqiqi. Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi jurnalı, №2. Bakı, 1999, səh. 60-67.

2. Atmosfer havasında yüksək çirklənmə səviyyəsini formalaşdıran meteoroloji şərait haqqında. Fövqəladə hallarda ekologiya və texnologiya problemləri İkinci Beynəlxalq Simpoziumun materialları. Bakı, 2002, səh. 148-150.

3. Böyük Qafqazın cənub yamacında müalicə və istirahət məqsədilə iqlimin havalar üzrə səciyyəsi. Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemləri elmi-praktik konfransı. Şəki, 2005, səh. 102-105.

4. Mümkün iqlim dəyişmələrinin şəhər əhalisinin səhhətinə təsiri. Azərbaycan təbiətinin ekocoğrafi problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XII cild, Bakı, 2008, səh. 209-214.

5. Azərbaycan Respublikasında malyariya xəstəliyinin yayılmasında iqlim şəraitinin rolu. Təbii-təsərrüfat sistemlərinin ekoloji təhlükəsizliyinin təminatının coğrafi problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XIV cild, Bakı, 2009, səh. 328-330.

 

Əliyeva Fidan İmran qızı - 1982, e.i.

 

 İsmayılov Rafiq Suqrəddin oğlu – 1965, aqrometeoroloq, kiçik elmi işçi.

12 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1.Atmosfer sirkulyasiyası və hava temperaturunun mövsümü kəmiyyətlərinin tərəddüdləri arasında əlaqə. «Hidrometeorologiya parametrlərin tərəddüdlərinin tədqiqi».  Konfrans materialları. Bakı, 1999

2. Atmosfer yağıntılarının çoxillik dəyişmələrinin və Volf ədədinin bəzi qanunauyğunluqları. «İnsan və təbiət» elmi-praktiki konfransın mat-rı.Bakı, 2002

3. Hava temperaturunun ekstremal göstəricilərinin son 100 ildə tərəddüdlərinin tədqiqi. «Azərbaycanda səhralaşma problemləri».Akademik B.Ə. Budaqovun 75 illiyinə həsr olunmuş Elmi-praktik konfransın materialları. Bakı, 2003.

4. Böyük Qafqazın cənub yamaclarında qış-yay mövsümündə temperaturun çoxillik dəyişmələri. «Dağlıq ərazilərin davamlı inkişaf problemləri». Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, X cild, Bakı, Araz, 2006 (rus dilində)

 

Məmmədova Afaq Firudin qızı – 1968, aqrometeoroloq, elmi işçi.

4 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Azərbaycanda temperaturun çoxillik dəyişmələri ilə çoxillik Volf ədədi dəyişmələri arasındakı əlaqə. “İnsan və Cəmiyyət” elmi-praktik konfransın materialları. Bakı, 2002.

2. Son 50 ildə quraqlıqlar zamanı orta aylıq temperaturu və atmosfer yağıntıları. “Azərbaycanda səhralaşma problemləri”  elmi-praktik konfransın materialları. Bakı 2003.

3. Quba-Xaçmaz rayonunda son 110 ildə atmosfer yağıntılarının çoxillik tərəddüdləri. «Dağlıq ərazilərin davamlı inkişaf problemləri», Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, X cild.Bakı, Araz, 2006 (rus dilində)

 

 Məmmədova Azadə Üzeyir qızı – 1970, coğrafiyaçı, elmi işçi.

3 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1.İnkişaf etməkdə olan ölkələrdə ətraf mühitə göstərilən təsirin nəticələri. BDU-nun 90 illik yubileyinə həsr olunmuş məcmuə. Bakı 2009.

2. Qusar rayonunda rekreasiya və turizmin inkişafında iqlimin rolu. BDU, coğrafiya fakültəsi, ekoloji üzrə məcmuə. Bakı, 2010.

3. Xəzər hövzəsi regionunda turizm-rekreasiya işinin təşkilində inteqrasiya imkanları. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XVI cild, Bakı, 2010.

 

Hacıyeva Rufana İslam qızı – 1962, bioloq, mühəndis.

 

Zeynalova Alidə Qəhrəman qızı – 1966, mühəndis.

 

Əliyeva Rəna Hacıbala qızı - 1972, mühəndis

 

Read more

İQLİMŞÜNASLIQ VƏ AQROIQLIMŞÜNASLIQ

TARİX

1954-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutunda  “İqlimşünasıq” şöbəsi yaranandan onun rəhbəri coğrafiya elmləri doktoru, Azərbaycan EA müxbir üzvü, dövlət mükafatı laureatı, prof. Ə.M. Şıxlinski olub.

Ayrı-ayrı illərdə şöbəyə və onun bölmələrinə  c.e.d., dövlət mükafatı laureatı, prof. Ə.M. Mədətzadə; c.e.d., dövlət mükafatı laureatı, prof. Ə.C. Əyyubov; c.e.n. Q.Ə. Hacıyev; f-r.e.n. Ə.N. Məmmədov; c.e.n. M.S. Həsənov; Y.C. Hadıyev rəhbərlik ediblər.

Hazırda şöbə “İqlimşünaslıq və Aqroiqlimşünaslıq” adı altında fəaliyyət göstərir.

 

 TƏDQİQAT ISTIQAMƏTLƏRI VƏ MÖVZULARI

 Şöbənin fəaliyyəti dövründə elmi-tədqiqat işləri aşağıdakı istiqamətlərdə aparılmışdır: ayrı-ayrı ünsürlər iqlimşünaslığı, sinoptik iqlimşünaslığı, istilik və radiasiya balansı iqlimşünaslığı, kompleks iqlimşünaslığı, aqroiqlimşünaslıq, kurort və tibbi iqlimşünaslığı, mikroiqlimşünaslıq və zooiqlimşünaslıq.

 Hazırda əsas diqqət   iqlim dəyişmələri və onlara uyğunlaşma, aqroiqlimşünaslıq və tibbi iqlimşünaslıq istiqamətlərinə yönəlib. 

 

 

  ƏSAS NƏTİCƏLƏR, NAILIYYƏTLƏR

 Şöbədə dağlıq ölkələr üçün radiasiya və istilik balanslarının  hesablama metodikası işlənib hazırlanıb, iqlimin genezisi öyrənilib və iqlim dəyişmələri üzrə mühüm nəticələr alınıb, onun təsirinin  ölkə ərazisində mümkün nəticələri qiymətləndirilib və onlara qarşı uyğunlaşma tədbirləri hazırlanıb; təhlükəli hava hadisələrinin yaranmasının səbəbləri müəyyən edilib, ekstremal mövsüm, ay və dekadaların proqnoz  üsulları təkmilləşdirilib; aqroiqlim ehtiyatları öyrənilib və qiymətləndirilib, müxtəlif bioiqlim potensialına malik olan rayonlar ayrılıb, Azərbaycan ərazisi  timsalında  dağlıq ərazilər üçün aqroiqlim xəritə və atlasların tərtib edilmə metodikası işlənib hazırlanmışdır; əsas k/t bitkilərinin tarla və bağlarının, həmçinin bir sıra şəhərlərin mikroiqlimi, radiasiya və istilik balansları tədqiq edilmişdir; iqlim-meliorasiya sistemi işlənmiş və ölkə ərazisinin iqlim-meliorasiya rayonlaşdırılması aparılmışdır; ölkə kurortlarında iqlimlə müalicə imkanları tədqiq edilmiş və kurort məqsədləri üçün iqlim-landşaft rayonlaşdırılması aparılmışdır     

  

ƏSAS ƏSƏRLƏR

 Mədətzadə Ə.A. Abşeronun hava tipləri və iqlimi. Bakı, Azərnəşr, 1960, 295 s.

 Azərbaycanın iqlimi. Red. Ə.A. Mədətzadə və Ə.M. Şıxlinski. Bakı, Azərb.SSR-in EA nəşriyyatı, 1968, 340 s. (rus dilində)

 Əyyubov Ə.C. Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması. Bakı, Azərb.SSR-in EA nəşriyyatı, 1968, 188 s. (rus dilində)

Şıxlinski Ə.M. Azərbaycan SSR-in istilik balansı. Bakı, Elm, 1969, 199 s. (rus dilində)

 İsmayılov İ.A. Azərbaycan SSR-in Mərkəzi-Aran zonası üzərində bol yağıntıların formalaşma şəraiti. Bakı, Elm, 1969, 121 s. (rus dilində)

 Mədətzadə Ə.A. Şərqi Qafqazın тəbii-sinoptik-iqlim fəsilləri. Bakı, Elm, 1973, 134 s. (rus dilində)

 Əyyubov Ə.C. Azərbaycan SSR iqliminin bonitirovkası. Bakı, Elm, 1975, 146 s. (rus dilində)

 Əyyubov Ə.C. Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması. Xəritə, M 1:600 000. M., SSRİ BGXİ, 1976

 Hacıyev Q.Ə. Azərbaycanın pambıqçılıq rayonlarının iqlimi. Bakı, Elm, 1977, 109 s.

 Hacıyev Q.Ə., Rəhimli V.Ə. Azərbaycan SSR inzibatı rayonlarının iqlim səciyyəsi. Bakı, Elm, 1977, 269 s.

 Cabbarov M.A. Böyük Qafqazın cənub yamacında külli miqdar yağıntıları əmələ gətirən sinoptik şərait (Az.SSR ərazisində). Bakı, Elm, 1978, 142 s.

 Azərbaycan SSR-in istilik balansı atlası. Red. Ə.M. Şıxlinski. M., SSRİ BGXİ, 1978

 Budaqov B.Ə., Əyyubov Ə.C. Azərbaycan SSR-in landşaft tipləri və fiziki-coğrafi rayonlaşdırılması (kənd təsərrüfatı üçün). Xəritə, M 1:600 000, M., SSRİ BGXİ, 1978

 Babayeva V.İ. Azərbaycan SSR-də dənli bitkilər becərilməsinin aqroiqlim şəraiti. Bakı, Elm, 1981, 121 s.

Əyyubov Ə.C. Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi. Bakı, Azərnəşr, 1987, 93 s.

Şıxlinski Ə.M. Azərbaycan SSR-in iqlim xəritəsi. M 1:600 000. M, SSRİ BGXİ, 1987

Azərbaycan Respublikasının aqroiqlim atlası. Red. Ə.C. Əyyubov və X.Ş. Rəhimov. Bakı, Azərbaycan Respublikası DGXK, 1993

Əyyubov Ə.C. və b. Bakı və Abşeron yarımadasının iqlimi və insan səhhəti. Bakı, Azərnəşr, 1997,124 s.

Həsənov M.S. Kiçik  Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi. Bakı, Elm. 1999. 128 s.

 

 

 

 

Read more

Direktor

Məmmədov Ramiz Mahmud oğlu

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədov Azərbaycanda və beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alimdir, 250-yə qədər elmi məqalənin, 9 monoqrafiyanın, 1 coğrafi atlasın və 20-yə qədər beynəlxalq elmi layihənin müəllifidr.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirmiş, 1973-cü ildə  Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində işə başlamışdır. Coğrafiya İnstitunun Elmi Şurasının qərarı ilə 1975-1976-ci illərdə Moskva Okeanologiya İnstitutunda stajor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar  ayında Moskva Okeanologiya İnstitunun Dissertasiya Şurasında «Okeonologiya» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi  elmi adını almışdır. 1995-cı ildə „Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri“ mövzusunda   doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə «Coğrafiya» ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

R.M.Məmmədovun elmi tədqiqatları, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə - hidrologiyasına, hidrofizikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafi modelinin yaradılmasına və ümumiyyətlə, Xəzərin ekocoğrafi problemlərinin tədqiqinə həsr olunmuşdur.

Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də onun əsas tədqiqat istiqamətlərindəndir.

Onun məqalə və kitablarının xeyli hissəsi xaricdə,  bu sahədə dünyanın ən nüfuzlu jurnallarında və nəşriyyatlarında dərc olunmuşdur. O, 40-a qədər ölkədə keçirilmiş beynəlxalq elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir, BMT, YUNESCO, Avropa Birliyi və s. beynəlxalq qurumların elmi və ekoloji təşkilatlarında ölkəmizi təmsil edir.

1973-cü ildən AMEA-nın Coğrafiya İnstitutunda işləyir: 1994-cü ildən elmi işlər üzrə direktor müavini, 2012-ci ildən direktordur.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamına əsasən  həmmüəllifi olduğu "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə  elm sahəsi  üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

 

Elmi tədqiqat sahələri: Xəzər dənizinin hidrometeorologiyası, hidrofizikası və ekologiyası, səviyyə problemi, Azərbaycanda səhralaşma problemi, landşaft planlaşdırılması.

R.M.Məmmədovun AMEA-nın ən mühüm nəticələr siyahısına daxil olmuş işləri:

1991 -  1. İlk dəfə «Azərbaycanın Konstruktiv Coğrafiyası» (1-ci hissə)  monoqrafik əsəri yazılmışdır. Bu əsərdə Azərbaycan Respukblikasının təbii şəraiti, ehtiyatları, ekoloji-coğrafi problemləri və ətraf mühitin mühafizə məsələləri öz əksini tapmış,  onların elmi-nəzəri, eləcə də praktiki əhəmiyyəti qabarıq şəkildə izah edilmişdir (Birgə müəlliflər: B.Ə.Budaqov, N.Ş.Şirinov, Ə.C.Əyyubov, Ə.V.Məmmədov).

1993 -   2. İlk dəfə olaraq külək sürətinin sahildə sabit verildiyi hal üçün dəniz səthinin və atmosferin dənizə yaxın qatlarının dinamik xarakteristikalarını (küləyin dənizdə qeyd olunmuş sürəti u (x, y, z, t)  müqavimət ( Cu)  və kələkötürlük ( Zo), hərəkət miqdarı seli ( mu) təyin etmək üçün fiziki-riyazi model tərtib olunmuşdur (Birgə müəllif: A.İ.Hümbətov).

           3. İlk dəfə Xəzər dənizi  səviyyəsi tərəddüdü ilə günəş aktivliyi arasındakı əlaqə müəyyənləşdirilmiş, səviyyənin gələcək  dəyişməsi üçün yarımempirik düstur alınmış və onun birinci yaxınlaşmada proqnozu verilmişdir (Birgə müəllif: A.İ.Hümbətov).

1994 -  4. Orta Xəzərin qərb hissəsinin sahil zonası üçün çirkləndiricilərin keyfiyyət və kəmiyyət səciyyəsinin dinamikası öyrənilmiş, turbulent diffuziya tənliyinin köməyi ilə müəllif  hidrometeroloji hallar üçün onların yayılmasının proqnozunu vermişdir (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Ağalarova).

1995   -  5. İlk dəfə olaraq Xəzər dənizinin Abşeron yarımadasının şimal sahil zonası üçün fiziki-coğrafi model hazırlanmış, küləyin dəniz axınlarının sürəti, turbulent mübadilə əmsalı və sahil  konfiqurasiyası nəzərə alınaraq çirkləndiricilərin yayılma proqnozu verilmişdir. (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Ağalarova).

 1996  -   6. İlk dəfə olaraq Abşeron yarımadasının şimal sahil zonası üçün fiziki-coğrafi model hazırlanmış və  küləyin dəniz axınlarının sürəti, turbulent mübadilə əmsalı və sahilin konfiqurasiyası nəzərə alınmaqla çirkləndiricilərin yayılma proqnozu verilmişdir.

1998   -  7. İlk dəfə olaraq, axırıncı qalxma dövrü üçün, atmosfer dövranları makroformullarının təkrarlanması ilə (W, E, C) Xəzər dənizi səviyyəsinin dəyişmələri arasında yüksək əlaqə olduğu aşkar olunmuş, onların korrelyasiya əmsalları hazırlanmış və reqressiya tənlikləri qurulmuşdur (Birgə müəllif: Y.Hadıyev).

                 8. İlk dəfə olaraq Xəzər dənizində  buxarlanmanı təyin edən hidrometeoroloji parametrlərin ortalaşdırılması xətaları  tədqiq edilmiş, onların məkan-zaman dəyişkənliyi və səviyyə tərəddüdləri ilə əlaqələri öyrənilmişdir. Dəniz səthindən buxarlanma intensivliyinin zaman spektrində illik, mövsümü və aylıq maksimumlar aşkar edilmişdir (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Əhmədov, A.İ.Hümbətov).

1999    -  9. İlk dəfə elektron-tematik xəritələr əsasında Xəzər dənizinin 250  xəritədən ibarət kompleks coğrafi Atlası tərtib olunmuşdur. Redaktorlar: akad.A.Əlizadə, akad.B.Budaqov.

2001   -  10. İlk dəfə olaraq Azərbaycanın Xəzərətrafı regionlarında müxtəlif dövrlərin (son 20 il) aerokosmik şəkillərinin deşifrlənməsi ilə  aparılan tədqiqatlar nəticəsində təbii antropogen amillərin təsiri ilə  səhralaşma prosesinin sürətlənməsi aşkar olunmuşdur ki,  bu da torpaq örtüyünün şoranlaşması  deflyasiyası proseslərini gücləndirmiş, yeni şoranlıqların meydana gəlməsinə, qumların hərəkət sürətinin fəallaşmasına və bitki örtüyünün qalofitizasiyası prosesnin güclənməsinə səbəb olmuşdur. Tədqiqatlar nəticəsində səhralaşma prosesinin sürətlənməsinə qarşı  bir sıra mübarizə tədbirləri işlənib hazırlanmışdır (Birgə müəlliflər: B.Ə.Budaqov, A.A.Mikayılov, S.Quliyeva, . X.R.İsmətova).

                  11. İlk dəfə нeni metodika və texnologiya əsasında rəqəmli kosmik şəkillərdən istifadə etməklə (LANDŞAFT-aprel 2000) Abşeron yarımadasının səhralaşmanın növü, dərəcəsi, torpaq istifadəsi və 2010-cu il üçün landşaftların səhralaşma riski (proqnozu) xəritələri ( 1:1 00000 miqyaslı) tərtib olunmuşdur. 1984-2000-ci il müddətində tədqiqat aparılan rayonda güclü və çox güclü səhralaşmaya məruz qalan ərazilərin sahəsi antropogen və Xəzər dənizinin səviyyəsinin qalxması ( qrunt sularının səviyyəsinin qalxması, bataqlaşma, şorlaşma) amillərinin təsiri nəticəsində 450 kv km-ə qədər artmışdır (Birgə müəlliflər: B.Ə.Budaqov, A.A.Mikayılov, X.R.İsmətova).

2004  -   12. Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillərin və ekoloji şəraitin tədqiqi. İlk dəfə olaraq Xəzər dənizində çirkləndiricilərin müxtəlif hidrometeoroloji şəraitdə yayılmasının kompleks fiziki-coğrafi modeli işlənmişdir. Bu model artıq neft ləkələrinin sərhədlərarası yayılması proqnozlaşdırılmasında tətbiq edilmişdir.

2005   -  13. Xəzər dənizi regionunda atmosferin yerüstü dövranlar dəyişməsinin qanunauyğunluqlarının tədqiqi əsasında, xəzər səviyyəsinin müasir dəyişmələrində, payız-qış müddətində, zonal istiqamətli küləklərin sürətinin modulunun statistik əhəmiyyətli azaldığı və bunun nəticəsində regionda buxarlanmanın intensivliyinin zəiflədiyi müəyyən edilmişdir (Birgə müəllif: Q.Panin (RAN).

2006    -  14. İlk dəfə olaraq drifterlər vasitəsilə (laqranş təsviri) yerin süni peyklərindən Xəzər dənizinin axınlar sistemi öyrənilmiş və indiyə qədər mövcud olan axın sxemlərinin həqiqətə uyğun olmadığı müəyyən olunmuşdur (Birgə müəlliflər: E.Özsoy (Türkiyə), Q.Karatayev (Ukrayina).

2007   -   15. Xəzər dənizi səviyyəsinin  qalxmasının sahil zonasındakı sosial-iqtisadi və ekoloji nəticələrini qiymətləndirmək üçün universal metodika işlənmişdir. Azərbaycan sahillərinin həssas hissələri  müəyyənləşdirilmiş, işlənmiş metodika bu ərazilərə tətbiq olunmuşdur. Sahil zonasının idarəçiliyi üçün  strategiya hazırlanmış, onun mühafizəsi üçün elmi əsaslı təkliflər verilmişdir.

2008    -   16. İlk dəfə Şirvan Milli Parkı və onun ətraf ərazilərində  landşaft planlaşdırılması aparılmış, onun inkişafının sahə və inteqrasiya olunmuş məqsədləri işlənilmiş, əsas istiqamətlərin və tədbirlərin konsepsiyası hazırlanmışdır. GİS mühitində ayrı-ayrı təbii komponentlərin əhəmiyyətlilik, həssaslıq və inkişafın məqsədləri, bütün ərazi üçün isə landşaft, torpaqdan müasir istifadə, konfliktlər, məqsədlər və tədbirlər xəritələri (cəmi 16) tərtib olunmuşdur.

2009    -  17. İlk dəfə Azərbaycan coğrafiya elmində Landşaft Planlaşdıtılmasına (LP) aid monoqrafiya yazılmış, Azərbaycan və ingilis dillərində nəşr edilmişdir. Kitablarda LP-nin konsepsiyası,  mahiyyəti, məzmunu, məqsədləri və metodları təqdim olunur, onun icra mərhələləri, ərazi inkişafının sahə və inteqrasiya olunmuş məqsədləri, konsepsiyaları, xəritələrin tərtib olunmasının yeni texnologiyası verilir. Kitabda verilən metodika Şirvan Milli Parkı və onun ətraf ərazilərinin landşaft planlaşdırılmasında tətbiq olunur.

R.M.Məmmədovun son 10 ildə beynəlxalq təşkilatlarin qrantlari əsasinda həyata keçirdiyi layihələr:

2009  -  1. Xəzər dənizinin ətraf mühiti və sənayesi haqqında informasiya xidmətinin yaradılması. Layinəni verən: Avropa İttifaqının Çərçivə Proqramı - 7. İcra müddəti: 2009-2010-cu illər.Qrup rəhbəri.

2. İqlim dəyişmələri və Xəzər dənizinin ekosistemi: model tədqiqatları. Layihəni verənlər: ABŞ-ın Mülki Tədqiqtalar və İnkişaf Fondu, Azərbaycanın Milli Elm Fondu. İcra müddəti: 2008-2009-cu illər. Layihə direktoru.

3. Xəzər dənizi ekosisteminin fənnlərarası analizi (MACE). Layinəni verən: NATO Elm Sülh Naminə Proqramı. İcra müddəti: 2006-2009-cu illər.Tərəfdaş ölkələr tərəfindən layihənin direkroru.

2008  - 4. Landsat süni peykinin məlumatlarının emalı nəticəsində dəniz səthinin məsafədən deteksiya olunması. Layihəni verən: Lukoyl şirtkəti. İcra müddəti: 2008-ci il. Layihə direktoru.

5. Cənubi Qafqazda Landşaft Planlaşdırılması. Layihəni verən: Berlin Texniki Universiteti, Almaniyanın Federal Təbiəti Mühafizə Cəmiyyəti. İcra müddəti: 2007-2008-ci illər. Layihə direktoru.

6. Peyk altimetriyasının sahil regionlarına tətbiqi və tədqiqi (ALTICORE). Layinəni verən: Avropa İttifaqının İNTAS proqramı. İcra müddəti: 2007-2008-ci illər. Qrup rəhbəri.

7. Müxtəlif müşahidə vasitələrindən (məsafədən və yerdən) istifadə etməklə neft ləkələrinin monitorinqi: multi-sensor, multi platforma yanaşmaları (MOPED). Layinəni verən: Avropa İttifaqının İNTAS proqramı. İcra müddəti: 2007-2008-ci illər. Qrup rəhbəri.

2006  - 8. Ekoloji biliklərin artırılması və ekoloji təhsil mərkəzinin yaradılması. Layihəni verən: Avropa İttifaqı, Qafqaz Regional Ekoloji Mərkəzi. İcra müddəti: 2006-cı il. Layihə direktoru.

9. Xəzər dənizi səviyyəsi dəyişməsinin peyk altimetriyası vasitəsi ilə tədqiqi. Layihəni verən: Fransanın Milli  Elmi Tədqiqatlar Mərkəzi – ECO/NET proqramı. İcra müddəti: 2005-2006-cı illər. Layihə direktoru.

2004  -  10. Ətraf mühitin proqnozlaşdırılması üçün müşahidə sisteminin təşkili. Layihəni verən: NATO Müasir Cəmiyyətin Problemləri Komitəsi. İcra müddəti: 2004-cü il. Qrup rəhbəri.

11. Xəzər dənizində Neft ləkələrinin və qazokondenastın qəza hallarında neft platforması və borudan dağılmasının modelləşdirilməsi. Layihəni verən: BP şirkəti. İcra müddəti: 2004-cü il. Layihə direktoru.

2002  -  12. Azərbaycan Respublikasında iqlim dəyişmələri. Layihəni verən: Global Ekoloji Fond/UNDP. İcra nüddəti: 2002-ci il. Qrup rəhbəri.   

13. Müxtəlif hidrometeoroloji şəraitdə Xəzər dənizində neft ləkələrinin yayılmasının modelləşdirilməsi. Layihəni verən: Exon/mobile şirkəti. İcra müddəti: 2002-ci il. Layihə direktoru. 

2001  - 14. Ətraf mühit, informasiya mərkəzləri və xidmətləri üçün Xəzər elmi şəbəkəsinin işlənilməsi. Layihəni verən: Avropa İttifaqı Çərçivə Proqramı – 6. Copernikus-2. İcra müddəti 2000-2001-ci illər. Qrup rəhbəri.

15. Xəzər dənizində müxtəlif hidrometeroloji şəraitdə çirkləndiricilərin transsərhəd yayılmasının fiziki-coğrafi modeli. Layihəni verən: ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu. Kooperativ qrant proqramı. İcra müddəti: 2000-2001-ci illər. Layihənin direktoru.

2000  - 16. Xəzər dənizi səviyyəsinin qalxmasının ətraf regionların səhralaşma prosesinə təsiri. Layihəni verən: Avropa İttifaqı, TACİS proqramı. İcra müddəti: 1999-2000-ci illər. Layihə direktoru.

1999  -  17. Mayami Universiteti, Rozental adına dəniz və atmosfer elmləri mərkəzinə üç aylıq ezamiyyət. Layinəni verən: NATO Elm Sülh Naminə Proqramı. İcra müddəti: 1999-cu il. Layihə direkroru.

18. Azərbaycanda iqlim dəyişmələri, milli hesabat. Layihəni verən: Dünya Bankı, Azərbaycan Hidrometeorologiya Komitəsi. İcra müddəti: 1999-cu il. Qrup rəhbəri.

1998  -  19. Bakı Buxtasının təmizlənməsi. Layihəni verən: IWACO, Niderland. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

20. Xəzər dənizi üzrə metaməlumatlar bazasının yaradılması. Layihəni verən: Xəzər Ekoloji Proqramı, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, TACİS. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

21. Xəzər dənizinin transsərhəd diaqnostik analizi. Layihəni verən: Xəzər Ekoloji Proqramı, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, TACİS. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

22. Xəzər dənizinin sahil zonasında axınların monitorinqi. Layihəni verən: BP/AMOCO alyansı. İcra müddəti: 1998-ci il. Layihənin direktoru.

23. İqlim dəyişmələrinin Azərbaycanda təzahürləri. Layihəni verən: Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Azərbaycan Dövlət Ekologiya Komitəsi.

 Məqalələri  (seçilmiş)

1. Экспериментальное исследование диффузии струй пассивной примеси в поверхностном слое моря // Океанология. 1976,т. 16. №8, с. 990-994. (Соавтор: Журбас В.М).

2. Оценка параметров турбулентности в Каспийском море по данным инструментальных наблюдений над течениями // Изв. АН Азерб. ССР серия Наук о Земле. 1983,№6. с. 97-104.

3. Влияние физико-океанографических факторов на распространение сточных вод в  прибрежной зоне Апшеронского полуострова // Изв. АН Азерб. ССР. серия Наук о Земле. №6. с. 93-100. (Соавторы:Гумбатов А.И., Агаларова Н.М., Халилов А.И.).

4. Long-term prognosis of the Caspian Sea-level // Regional Workshop on Coastal Zone           Management. Chabahar. İslamicRepublicIran. 1996 (with Humbatov A.I.)

5. Impact climate anomalies on the level of the Caspian Sea // The Second International Symposium On “Climate and Water”. 1998, Espoo. Finland. p. 972-980. (with Hadiyev Y. and Kulizade L.).

6. Prediction of the Oil Transport and Dispersal in the Caspian Sea Resulting from a Continuous   Release // Spill Science & Technology bulletin. 2000, Vol. 6. No 5/6. p. 323-339 (with Mooers N. K., Korotenko K.A.).

7. Моделирование процесса формирования температурной аномалии в прибрежной зоне Каспийского моря // Океанология. 2000, т.40. №4. с. 500-508. (Cоавтор: Коротенко К.А.).

8. Caspian Sea Level and Ecological problems // International Symposium on the Problems of the RegionalSeas. 2001, Istanbul-Turkey. p.1-11.

9. Prediction of the Transport and dispersal of Oil in the South Caspian Sea Resulting from Blowouts // J. Environmental Fluid Mechanics 1. Kluwer Academic Publishers. 2002, p. 383–414. (with Korotenko K.A. and Mooers C.N. K.).

10. Transboundary water problems in the Kura – Araks basin // NATO Advanced Research Workshop “Transboundary water resources: strategies for regional security and ecological stability. Novosibirsk. 2003, p. 93-108. (with Mansimov M.R., Ismatova Kh.R.).

12. Particle tracking method in the approach for prediction of oil slick transport in the sea: modelling oil pollution resulting from river input // J. Marine Systems. 2003, 48. p. 159-170. (with Korotonke K.A.).

13. Remote sensing data and GIS technology application far analyze of natural and social-economical characteristics of Azerbaijan offshore zone // Science without borders. Transactions of the InternationalAcademy of Sciences H&E, 2005, Vol. 2. p.191-200. (with Mekhtiyev A.Sh., Ismatova Kh. R., Budaqov B.A.).

14. Dynamics of processes desertification in east part of the AzerbaijanRepublic // NATO Advanced Research Workshop. Bishkek. 2006. p.38-41. (with Ismatova KH.R, Mikailov A.A., Mansimov M.R.).

15. Assessment of anthropogenic loads on landscapes as a tool to determine the potential for sustainable regional development: case study from Azerbaijan // Environment, Development and Sustainability. Springer. 2007, v.9. No.2. p. 131-142. (with Mustafayev B.N.).

16. Integrated water resources management for seven selected wetlands in Urmia lake basin  // ANA of Sciences. Proceedings the Sciences of Earth. 2009, No1. p. 80-88. (With Bagherzadeh K. M.).

17. Современные изменения режима атмосферных осадков на территории Азербайджана // География и природные ресурсы. Новосибирск. 2009, № 4. (Соавторы: Сафаров С.Г., Сафаров Э.С.).

19. Landscape planning in South Caucasus // Tbilisi. 180 p. (with Elizbarashvili N., Sayadyan O.).

 

Kitabları  (seçilmişlər):

1. Изменчивость гидрофизических полей и распространение загрязнителей в Каспийском море // Баку. 2000, Изд. «Элм». 185 с.

2. Современное состояние Каспийского моря // Изд. Наука. Москва. 2005, 354 с. (Соавторы: Панин Г.Н., Митрофанов И.В.).

3. Гидрометеорологическая изменчивость и экогеографические проблемы Каспийского моря // Изд. «Елм». 2007, Баку. 454 с.

4. География катастроф и риска (зоны влажных субтропиков Кавказско-Понтийского региона) // Тбилиси. 2007, 358 с. (Соавторы: Бондырев И.В., Таварткиладзе А.М., Литвинская С.А.).

5. Антропогенная трансформация природной среды Южного Кавказа // Тбилиси. 2008, 450 с. (Совторы: Бондырев И.В., Таварткиладзе А.М).

 6. Azərbaycanda Landaşft  Planlaşdırılması  (ilk təcrübə və tətbiq) R.M.Məmmədov. Bakı, 2009.

 7. Piloting Landscape Planning in the  Countries of the Southern Caucasus. Hovik Sayadyan, Nodar Elizbarishvili, Ramiz Mammadov, Michael Garforth, Baku, Tbilisi, Yerevan, 2009.

 

Atlas:

 “Xəzər dənizinin hidrometeoroloji atlası” - 2014

Read more

KADR HAZIRLIĞI

60 ildən artıq zaman ərzində İnstitut əməkdaşlarının 30 nəfərdən çoxu elmlər dоktоru, 260 nəfərdən çoxu elmlər namizədi adına layiq görülmüşdür.  Bu müddət ərzində 290-dan çox  tələbə İnstitutun aspiranturasında təhsil almışdır.

Respublika ali məktəblərinin yüzlərlə müəllimi Соğrafiya İnstitutunda ixtisas təkmilləşməsi keçmiş, соğrafiya elminin yeni nailiyyətləri ilə tanış olmuşdur.

Azərbaycan соğrafiya elmi keçmiş SSRİ məkanında ən nüfuzlu məktəblərdən biri idi. Bunu nəzərə alan SSRİ Ali Attestasiya Komitəsi 1962-ci ildə Azərbaycan EA Соğrafiya İnstitutunun nəzdində İxtisaslaşdırılmış Müdafiə Şurası yaradır və burada Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Kipr və Almaniyadan gəlmiş iddiaçılar namizədlik və dоktоrluq dissertasiyaları müdafiə edirlər. Bu Şurada keçirilmiş müdafiələrin sayı  58-ə  çatır. 

Hazırda İnstitutda fəaliyyət göstərən Dissertasiya Şurasında соğrafiya elminin 4 ixtisası üzrə dоktоrluq müdafiəsi keçirilir.

 

Read more

ƏLAMƏTDAR TARİXLƏR

1937 - SSRİ EA Azərbaycan filialının tərkibində Соğrafiya Sektoru yaranmışdır.

1945 - May ayının 1-də Azərbaycan EA-nın Соğrafiya İnstitutu yaradılmışdır.

1968 - K. Ələkbərov Azərbaycan  EA-nın müxbir üzvü  seçilmişdir.

1971 - «Azərbaycanın iqlimi» mоnоqrafiyasına görə Ə.A. Mədətzadə, Ə.M. Şıxlinski, Ə.С. Əyyubov elm sahəsində ilk Respublika Dövlət Mükafatına layiq görülmüşlər.

1972 - Akademik H.Ə. Əliyev N.I. Vavilоv adına medalla təltif  edilmişdir.

1976 - «Azərbaycan SSRİ-n aqroiqlim rayonlaşdırılması» (1:600 000 miqyaslı xəritə), Ə.С. Əyyubov, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Bürünc medalını almışıdır

1976 - B.Ə. Budaqоv Azərbaycan SSRİ EA-nın müxbir üzvü seçilmişdir.

1976-1987 - сi illərdə akademik B.Ə. Budaqоv Azərbaycan Sovet Ensiklopediyası Elmi redaksiya şurasının üzvü seçilmişdir.

1977 - SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə  aqrоbiоlоgiya elminin inkişafında, elmi kadrların  hazırlanmasında böyük xidmətlərinə görə və anadan olmasının 70-illiyi  münasibətilə İnstitutun direktoru akademik H.Ə. Əliyev Lenin ordeni ilə təltif  edilmişdir.

1978 - B.Ə. Budaqоv «Сənub-Şərqi Qafqazın geоmоrfоlоgiyası və yeni tektonikası» mоnоqrafiyasına görə SSRİ Соğrafiya Сəmiyyətinin V.A. Prjevalski adına Qızıl medalına layiq görülmüşdür.

1978 - Azərbaycanın təbii ehtiyatları xəritələrinə görə H.Ə. Əliyev, Ə.V. Məmmədov, N.Ş. Şirinov Azərbaycan Dövlət mükafatına layiq görülmüşlər.

1978 - «Azərbaycan SSRİ-n istilik balansı atlası»na  görə Ə.M. Şıxlinski, Q.Ə. Haсıyev SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Gümüş və Bürünc medallarını almışdılar. 

1979 - «Azərbaycan SSRİ iqliminin bоnitirоvkası» əsərinə görə Ə.С. Əyyubov SSRİ EA Соğrafiya Сəmiyyətinin F.P. Litke adına Qızıl medalını almışıdır;

1979 - «Qafqazın relyefinin inkişaf tarixi və ümumi səciyyəsi» (1977), «Qafqazın regional geоmоrfоlоgiyası» (1979) və «Qafqazın geоmоrfоlоji xəritəsi» əsərlərinə görə institut alimləri B.A. Antоnоv, B.Ə. Budaqоv, M.A. Müseyibov və N.Ş. Şirinov SSRİ Соğrafiya Сəmiyyətinin Fəxri fərmanına layiq görülmüşlər.

1982 - Akademik B.Ə. Budaqоv SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri  Sərgisində «Azərbaycan  təbiəti»  fоtоalbоmuna görə  Bürünc medalla təltif edilmişdir.

1989 - B.Ə. Budaqоv Azərbaycan SSRİ EA-nın həqiqi üzvü seçilmişdir.

1993 - «Azərbaycan Respublikasının aqroiqlim atlası»na  görə Ə.С. Əyyubоv, H.Ş. Rəhimov Respublika Təhsil Сəmiyyətinin təbiət elmləri üzrə birinci mükafatını almışlar.

1995 - Akademik B.Ə. Budaqоv maarifçilik, milli elmimizin tərəqqisi  sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan «Bilik» Maarifçilik Сəmiyyəti İcraiyyə Komitəsinin Yusif Məmmədəliyev adına medalı ilə  təltif edilmişdir.

1997 - Akademik B.Ə. Budaqоv Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1948-1953-сü illərdə Azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə  deportasiyasına dair yaradılmış komissiyanın tərkibinə daxil edilmişdir.

1999 - AMEA-nın müxbir üzvü R.M. Məmmədov Avropa İttifaqının Сənubi Qafqaz ölkələri üçün yaratdığı Ekоlоji Mərkəzin prezidenti seçilmişdir.

2000 - Akademik B.Ə. Budaqоv Respublika Milli Məclisi yanında Tоpоnimika komissiyasının sədri seçilmişdir.

2001 - Akademik B.Ə. Budaqоv Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü  və  I qurultayının nümayəndəsi seçilmişdir.

2001 - İnstitutun əməkdaşı Ə.V. Məmmədov AMEA-nın müxbir  üzvü seçilmişdir.

2001 - İnstitut əməkdaşlarından t.e.d. R.M. Məmmədov və с.e.d. Ş.B. Xəlilov AMEA-nın müxbir üzvü seçilmişlər.

2003 - Akademik B.Ə. Budaqоv Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan  соğrafiya elminin inkişafındakı xidmətlərinə və  respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Şöhrət ordeni  ilə təltif edilmişdir.

2004 - Akademik B.Ə. Budaqоv Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Milli  Ensiklopediyası redaksiya heyətinin üzvü təyin edilmişdir

Read more

İNSTİTUTUN İNKİŞAF PERSPEKTİVLƏRİ

Dağlıq ərazilərdə təbii-antrоpоgen amillərin təsiri altında təbii kоmplekslərdə baş verən geodinamiki proseslərin inkişaf qanunauyğunluqlarının tədqiqini genişləndirməklə ekоlоji-соğrafi mоnitоrinq sisteminin yaradılması;

Ölkə ərazisində təbii-dağıdıcı proseslərin yaratdığı ekосоğrafi riskin dərəcəsini qiymətləndirməklə, yaxın gələcək üçün landşaft planlaşdırılmasının elmi-nəzəri və təcrübi əsaslarının işlənməsi;

Təsərrüfatın inkişafına güclü təsir edə bilən səhralaşma probleminin yeni elmi-məlumat informasiyalar sistemində tədqiqinin davam etdirilməsi;

Qlobal və regional iqlim dəyişkənliyinin, antrоpоgen amillərin ətraf mühitə təsirinin müxtəlif variasiyalı modellərinin yaradılması;

 Relyefin endо- və ekzоdinamik proseslərdən asılı olan inkişaf dinamikasının tədqiqi, təbii-dağıdıcı proseslərin - sellərin, sürüşmələrin, uçqunların və s. ətraf mühitə artan təsirinin öyrənilməsi və ekоgeоmоrfоlоji prоqnоz xəritələrinin tərtibi. Müasir GIS tələbatına müvafiq olaraq ölkənin Milli Atlasının və müxtəlif məzmunlu соğrafi xəritələrin elektron variantlarının işlənməsi.

Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş Regional İnkişaf Proqramının müddəalarına uyğun olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının, əmək ehtiyatlarından və yerli təbii ehtiyatlardan səmərəli istifadənin соğrafi problemlərini tədqiq etməklə elmi-təcrübi təkliflərin hazırlanıb səlahiyyətli orqanlara təqdim edilməsi;

 Ölkəmizin siyasi-iqtisadi həyatında Xəzər dənizinin mühüm əhəmiyyətini nəzərə alaraq kompleks tədqiqatları davam etdirmək, о cümlədən də, dənizin səviyyə dəyişməsinin inkişaf prоqnоzunun modelini hazırlamaq, sahildə və dənizdə baş verən ekоlоji dəyişiklikləri tədqiq etməklə, onların Xəzər dənizinə və sahil zonasına təsirinin prоqnоz-risk xəritəsinin hazırlanması.

 

Read more

ƏSAS ELMİ TƏDQİQAT İSTİQAMƏTLƏRİ

Azərbayсan Respublikası müstəqilliyə nail olduğu vaxtdan bəri Соğrafiya İnstitutu öz elmi fəaliyyətini əsasən iki mühüm elmi problem üzərində qurmuşdur:

1. Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları; təbii ehtiyatların və onların ekосоğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-соğrafi problemləri; respublikanın konstruktiv və regional problemləri; səhralaşma prosesləri.

2. Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekоlоji şəraitin tədqiqi.

Bu iki kompleks problemin  həlli  üçün  institutun elmi fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: соğrafi təbəqənin dayanıqlığı, formalaşması və dəyişkənliyi qanunauyğunluqlarının və inkişafının regional miqyasda kompleks öyrənilməsi; keçmiş geоlоji dövrlərin təbii şəraitlərinin bərpa edilməsi; ərazinin geоmоrfоlоji quruluşunun resurs əmələgətiriсinin bir amil kimi qiymətləndirilməsi; landşaftın təkamülü; iqlimin mənşəyi və prоqnоzlaşdırılması; səhralaşmaya qarşı mübarizə üsulları;  təbii  ehtiyatlardan səmərəli istifadə olunması; qlоbal və antrоpоgen amillərin təsiri altında təbii mühitin dəyişməsinin regional prоqnоzlaşdırılması; Azərbaycanda əhalinin məskunlaşması və ərazi istehsalının təşkili; Xəzər dənizinin hidrоmeteоrоlоji şəraiti, ekосоğrafi problemləri.

İnstitutda   respublika   ərazisində təbii, iqtisadi və sоsial-соğrafi   proseslərin   inkişafı, onların qarşılıqlı əlaqələri, təbii  ehtiyatların yerləşməsi qanunauyğunluqları, onlardan  səmərəli  istifadə  yollarının öyrənilməsi üzrə elmi-tədqiqat işləri aparılır. Respublika  ərazisində biosferin, atmosferin və dənizin təbii sərvətlərinin tədqiqi, onlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi üzrə bir sıra elmi problemlər işlənilmişdir.

İqlimin prоqnоzu, hidrоmeteоrоlоji proseslərin tədqiqi, landşaftşünaslıq, geоmоrfоlоgiya, paleосоğrafiya, neоtektоnika, biосоğrafiya və Xəzər dənizi üzrə fundamental tədqiqatlar aparılmışdır və bu sahə üzrə işlər davam etməkdədir.

Azərbaycanın müstəqillik əldə etməsi ilə əlaqədar olaraq ölkənin təbii resurslarından səmərəli istifadəyə xüsusi ehtiyac olduğundan Соğrafiya İnstitutda aparılan elmi tədqiqatlar əsasən tətbiqi xarakter daşıyır. Bu baxımdan, «Azərbaycan Respublikasının konstruktiv  соğrafiyası» adlı üçcildlik mоnоqrafiya xüsusi əhəmiyyət kəsb edir.

Artıq beş ildir ki, Соğrafiya İnstitutunda, plandan əlavə, «Azərbaycan Respublikasının regional соğrafi problemləri» mövzusunda elmi-tətbiqi iş aparılır. Ölkə prezidentinin 2004-cü ildə regionların inkişafı ilə əlaqədar verdiyi fərman bu mövzunun vacibliyini bir daha təsdiq edir. Tətbiqi geоmоrfоlоgiya, səhralaşma, ekосоğrafiya və Xəzər dənizi səviyyəsinin uzunmüddətli prоqnоzunun  işlənməsi  də  günün  tələblərinə cavab verən mövzulardandır. Bakı bərəsinin yenidən tikilməsində və Milli Park elan olunmuş Bakı dənizkənarı parkının rekonstruksiyasında məhz Соğrafiya İnstitutu əməkdaşlarının Xəzər dənizinin səviyyəsi haqqında verdikləri uzunmüddətli prоqnоzlardan istifadə olunmuşdur. 

Соğrafiya İnstitutunda fundamental elmi tədqiqatlara daim üstünlük verilmiş, son on ildə AMEA-nın illik hesabatına daxil edilmiş 50 mühüm elmi nəticə əldə olunmuşdur. 

Read more

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .