COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Dekabr 2012 > >>
Bz Çr Çr Cm Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 22 23
24 25 26 27 28 29 30
31            

21 Dekabr 2012

Əməkdaşları_Xəritəçilik

                         

Əməkdaşlar: 9 nəfər

 

Əzizov Şamil Kamil oğlu – 1954-cü ildə anadan olub, 25.00.23 – “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası”, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Əsas istiqamətləri: Azərbaycanın təbii komponentlər xəritələrinin tərtibi; tematik xəritələrin, atlasların təhlili; landşaft xəritələrinin generalizasiyası, landşaft xəritəçiliyinin və morfometriyanın ayrı-ayrı məsələlərinin öyrənilməsi; landşaft-ekoloji, toponimik xəritələrin tərtibi və s.

Hal-hazırda “Kartoqrafik metodla landşaftların tədqiqi” adlı monoqrafiya üzərində gedən tədqiqat işləri son mərhələsindədir.

50-dən çox əsərin müəllifidir.

 

Abbasova Mahirə Əkbər qızı – 1947-ci ildə anadan olub, 25.00.24 – “Toponimika”, coğrafiya üzrə fəlsəfə doktoru, elmi işçi

Əsas elmi nailiyyətləri: Azərbaycan toponimiyasının öyrənilməsində xüsusi xidmətləri olmuşdur. Coğrafi adlar sahəsində apardığı araşdırmaların nəticələrindən Azərbaycanın  müxtəlif məzmunlu fiziki, coğrafi, topoqrafik, siyasi-inzibati və xüsusi toponimik xəritələrin tərtibində istifadə olunmuş və olunmaqdadır.

20-dən çox elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.

 

 Məmmədova Xanım İsgəndər qızı – 1934-cü ildə anadan olub, elmi işçi.

Əsas elmi nailiyyətləri: Müxtəlif məzmunlu və miqyaslı tematik xəritələrin tərtibində, redaktə olunmasında iştirak edir. Azərbaycan Respublikasının coğrafi adlarının toponimik araşdırılması, sistemləşdirilməsi ilə məşğuldur.

Bir neçə elmi əsərin müəllifidir.

 

Mizəzadə Ofeliya Yəhya qızı – 1943-cü ildə anadan olub, elmi işçi.

Əsas elmi nailiyyətləri: Müxtəlif məzmunlu və miqyaslı xəritələrin tərtibində, təhlilində və redaktə olunmasında yaxından iştirak edir. Azərbaycanın inzibati rayonlarının fiziki, landşaft-ekoloji xəritələrinin əsas tərtibatçılarından və toponimik xəritələrin müəlliflərindən biridir.

Tərcümə işlərini  yüksək səviyyədə yerinə yetirir.

 

 Məmmədova İradə Əbdülağa qızı – 1959-cu ildə anadan olub, elmi işçi.

Əsas elmi nailiyyətləri: Şöbədə başa çatdırılan toponimik elmi-tədqiqat işlərinin əsas icraçılarından biridir.

Hal-hazırda Azərbaycan Respublikasının ayrı-ayrı regionlarının toponimik araşdırılması, sistemləşdirilməsi və toponimik lüğətlərin tərtib olunmasında yaxından iştirak edir.

 

Rəhimova Almaz Sabir qızı – 1971-ci ildə anadan olub, elmi işçi.

Əsas istiqamətləri: Azərbaycanın ayrı-ayrı inzibati rayonlarının fiziki, coğrafi xəritələrinin tərtibi. Bakı Xəritəçilik fabrikindən göndərilən xəritə və atlasların yoxlanılması və dəyişikliklərin edilməsi; Azərbaycan rayonlarının coğrafi adlarının toponimik araşdırılması və sistemləşdirilməsi.

 

Məmmədova Flora Vahid qızı – 1966-cı ildə anadan olub, elmi işçi.

11 elmi əsərin müəllifidir.

Read more

XƏRİTƏÇİLİK VƏ COĞRAFİ İNFORMASİYA

TARİX

AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun strukturunda yaradılan ilk şöbələrdən biri “Kartoqrafiya (xəritəçilik)” şöbəsi 1945-ci ildə təşkil olunmuşdur.

1973-cü ildə AMEA Coğrafiya İnstitutunun strukturunda ilk dəfə “Coğrafi adlar  (Toponimika)” şöbəsi yaradıldı. Şöbəyə görkəmli toponimist-tədqiqatçı R.M. Yüzbaşov rəhbərlik edirdi.

1987-ci ildə iki şöbə – “Kartoqrafiya (xəritəçilik)” və “Toponimika” şöbələri birləşdirilib “Xəritəçilik və coğrafi adlar” şöbəsi təşkil edildi.

2008-ci ildən isə şöbə “Xəritəçilik və coğrafi informasiya” adı altında fəaliyyət göstərir.

 Müxtəlif vaxtlarda şöbəyə aşağıda adları çəkilən alimlər rəhbərlik etmişlər:

Texnika elmləri doktoru N.İ. Şlepnev - 1945-1950-ci illər             

Coğrafiya elmləri namizədi V.Q. Zavriyev - 1950-1958-ci illər

Coğrafiya elmləri namizədi Ş.D. Əliyev - 1958-1975-ci illər

Coğrafiya elmləri namizədi Ş.Q. Dəmirqayayev - 1975-1984-cü illər

Coğrafiya elmləri namizədi İ.E. Mərdanov - 1984-2011-ci illər

 

TƏDQİQAT İSTİQAMƏTLƏRİ VƏ MÖVZULARI

 - Müxtəlif məzmunlu (fiziki-coğrafi, təbii komponentlər, əhali, iqtisadi və s.) xəritələr, ali və orta məktəblər üçün tədris xəritələri tərtib olunur, kompleks tematik və tədris atlasları hazırlanır;

- Kartoqrafik metodlardan istifadə edilərək landşaft komplekslərinin generalizasiyası, dinamika və proqnozlaşdırılması öyrənilir;

- Respublikamızın toponimik fondunun zənginləşdirilməsi, toponimik lüğət və xəritələrin tərtibi istiqamətində işlər aparılır;

- Respublika toponimiyası regionlar üzrə öyrənilir;

- Coğrafi adların düzgün yazılışı və dəyişdirilməsi problemi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının işində fəal iştirak edilir və s.

 

 ƏSAS NƏTİCƏLƏR, NAİLİYYƏTLƏR

- Müxtəlif məzmunlu (fiziki-coğrafi, təbii komponentlər, əhali, iqtisadi və s.) xəritələr, ali və orta məktəblər üçün tədris xəritələri tərtib olunur, kompleks tematik və tədris atlasları hazırlanır;

- Kompleks, tematik və tədris atlasları tərtib və çap edilmişdir;

- Xəzər dənizinin xəritələrinin (XIX əsrə qədər) tarixi və kartoqrafik təhlili verilmişdir;

- Böyük və orta miqyaslı landşaft xəritələrinin əsasında generalizasiya, landşaft strukturunun xüsusiyyətləri öyrənilmişdir;

- Landşaft-ekoloji xəritələr tərtib edilmişdir;

- Azərbaycan toponimlərinin fondu və ensiklopedik lüğəti tərtib olunmuşdur;

- Azərbaycan coğrafi terminləri tədqiq edilmişdir;

- Böyük Qafqazın, Abşeron regionunun toponimiyası öyrənilmişdir;

- Toponimik araşdırmalar əsasında Azərbaycanın ayrı-ayrı regionlarının toponimik xəritələri tərtib edilmişdir.

 

       ƏSAS NƏŞRLƏR

 Azərbaycan SSRİ-n coğrafiya atlası. Azərbaycan EA Coğrafiya İnstitutu. Bakı, 1949, 1958;
 Azərbaycan Respublikasının kompleks coğrafiya atlası. Bakı-Moskva, 1963;
Azərbaycan SSRİ-n atlası. M., 1979;
Azərbaycan Respublikasının coğrafiya atlası. Bakı, 1996;
Azərbaycan SSR-in fiziki tədris xəritəsi. Bakı, 1949;
Azərbaycan SSR-in inzibati xəritəsi. Bakı. 1951, 1952, 1955;
Azərbaycan SSR-in orta məktəbləri üçün fiziki xəritə. 1958, 1966;
Azərbaycanın aqroiqlim rayonlaşdırılması xəritəsi. M. 1:600 000, 1976;
Azərbaycan Respublikasının iqlim xəritəsi. M.1:600 000, 1977;
Azərbaycanın əhalisi xəritəsi. M.1:600 000, 1978;
Azərbaycan Respublikası torpaqlarının qorunması və eroziya xəritəsi;
Azərbaycan Respublikasının istilik balansı atlası. M., 1978;
Azərbaycan Respublikasının aqroiqlim atlası. M., 1994;
Azərbaycanın oroqrafiya xəritəsi. M.1:600 000. Bakı, 2006;
Azərbaycan Respublikası. Fiziki xəritə. M.1:600 000, Bakı, 1988-2011
Yüzbaşov R.M. Azərbaycan coğrafiya terminləri (tədqiqlər). Bakı, 1966;
Əliyev Ş.C. Xəzər dənizi tarixi xəritələri. Bakı, “Elm”, 1973;
Abbasova M.Ə. Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası. Bakı, 1993;
Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı, 1993.
Əliyev Ş.C. XIX əsrin əvvəllərinə qədər Xəzər dənizinin xəritələrinin tarixi icmalı və təhlili.
 Azərbaycan ərazisinin inzibati xəritələri və 1813-1970-ci illər ərzində onlardakı dəyişikliklər. Bakı, 2007

Read more

Əməkdaşlar_Xəzər

Hazırda şöbədə 24 əməkdaş, о cümlədən, 21 elmi işçi çalışır. Оnlardan 1-i elmlər dоktоru, AMEA-nın müxbir üzvü, 4-ü elmlər namizədidir. 1989-cu ildən şöbəyə AMEA-nın müxbir üzvü  Ramiz Mahmud oğlu Məmmədov başçılıq edir.

 

Məmmədov Ramiz Mahmud oğlu - 1950-ci ildə anadan olub, 25.00.27 - "Hidrologiya, su ehtiyatları və hidrokimya", AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. Şöbə mudiri.

 

Qardaşov Rauf Hacı oğlu – 1956-cı ildə anadan olub, 11.00.08 – “Okeanologiya”, okeanoloq, məsafədən aerokosmik, fizika-riyaziyyat elmləri doktoru, baş elmi işçi.

Əsas elmi nailiyyətləri: Dəniz səthindən Günəş və lazer şüalarının əks olması probleminin həlli üçün “Güzgü əks nöqtələt  metodu”nun işlənməsi;

Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması;

Geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin dəqiq təyini metodunun işlənməsi;

Peyk təsvirlərindən  coğrafi obyektlərin (sahil xətti, adalar, göllər) morfometrik xarakteristikalarının dəqiq təyini metodunun işlənməsi və bunu reallaşdıran proqram paketinin hazırlanması;

Peyk təsvirlərindən neft ləkələrinin yerinin və xarakteristikalarının təyini metodunun işlənməsi.

60-dançox məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərin adları:

1. Gardashov R.G., Gardashova T.G. Determination of the Statistical Characteristics of the Specular Points of 3 Dimensional GaussianSea Surface. Izvestiya, Atmospheric and Oceanic Physics, 2009, Vol. 45, No. 5, pp. 620–628.
2. Determination of the Distribution Density of Specular Points on the Sea Surface.  Inverse Problems in Science and Engineering, Vol. 16 No.4, pp. 447 - 460, 2008.   
3. Gul E., Gokhan K., Erdogmus F. , Gardashov R. “The determination of sunglint location on the ocean surface by observing from the geostationary satellites” Terrestrial, Atmospheric and Oceanic Sciences (TAO),  Vol. 17 No.1, March 2006, pp. 253-261.
4. Gardashov R.G., Barla M.C.  The calculation of the distribution of the Sun glitter radiance on the ocean surface by observing from a geostationary orbit. International Journal of Remote Sensing, Vol. 22, No 15, p. 2939-2952, 2001
The probability density of the total curvature of a uniform random Gaussian sea surface in the secular points. International Journal of Remote Sensing, Vol. 21, No 15, p.2917-2926, 2000.

 

Əhmədov Nazim İsa oğlu – 1954-cü ildə anadan olub, okeanoloq, fizika-riyaziyyat elmləri namizədi, aparıcı elmi işçi.

Əsas nailiyyətləri: Xəzər dənizinin səviyyə dəyişkənliyinin instrumental ölçülərinin su balansı üsulu ilə alınmış iqlim amili olduğu göstərilmişdir. 

Dibin təsiri olduqda dəniz səthindəki külək dalğalarının tezlik spektrinin qanununun suyanı qatda atmosfer təzyiqinin mikropulsasiyalarının da həmin qanunla dəyişdiyi müəyyənləşdirilmişdir.

Dəniz səthinin kələkötürlük parametri və müqavimət əmsalının dalğanın inkişafı və qaçış məsafəsindən asılı olaraq azaldığı göstərilmişdir.

 Suyanı atmosfer qatının modelləri yaradılmış, sərhəd qatının parametrlərinin dinamikası aşkarlanmışdır.

Suyanı atmosfer qatında elektromaqnit və səs dalğalarının səpilməsini müəyyənləşdirən düsturlar işlənmiş, səpilmə

Nin effektiv kəsiyinin dalğanın inkişafından asılı olaraq azaldığı müəyyənləşdirilmişdir.

 

Tatlıyeva Zahidə İsmayıl qızı – 1944-cü ildə anadan olub, okeanoloq, coğrafiya elmləri namizədi, böyük elmi işçi.

Əsas nailiyyətləri: Havanın hidrometeoroloji parametrləri və sinoptik xəritələrinin informasiya bazasının analizi nəticəsində informativ prediktorlar təyin edilmiş, “su-hava” sərhədində atmosfer sirkulyasiyası və istilik keçiriciliyi ilə əlaqədar olan xüsusi təhlükəli qasırğaların əmələgəlmə səbəbləri müəyyən edilmişdir. 

Xüsusi təhlükəli qasırğaların “su-hava” sərhədində termiki şərait və sinoptik durumu əsasında regional məlumatının qrafo-analitik metodu (nomoqrama qurulmuşdur) işlənib hazırlanmışdır.

Əsas elmi əsərlərin adları:

Раздел: Опасные и стихийные гидрометеорологические явления в монографии «Гидрометеорология и гидрохимия морей», том VI, Каспийское море, выпуск 1, Гидрометеорологические условия, Гидрометеоиздат, С-Петербург, 1992,  359 с.

 

Mahmudova  Ülkər Xəlil qızı – 1957-ci ildə anadan olub, hidroloq, coğrafiya elmləri namizədi, böyük elmi işçi.

Əsas istiqamətləri: Kür çayının ekocoğrafi problemlərinin tədqiqi.

Azərbaycanın əhalisinin içməli su ehtiyaclarının tədqiqi və onun optimal təmini metodlarının işlənməsi.

Əsas elmi əsərlərin adları:

Azərbaycan və Ermənistan Respublikalarının Kür çayının çirklənməsində rolu.

 

Cəfərova Şeyda Cəfər qızı  - 1946-cı ildə anadan olub,kimyaçı-texnoloq, elmi işçi.

 

Əhmədova Aybəniz Faiq qızı – 1959-cu ildə anadan olub,coğraf-hidroloq, kiçik elmi işçi.

 

Mehtiyeva Sədayə Cahangir qızı – 1950-ci ildə anadan olub, dag mühəndisi – hidrogeoloq, kiçik elmi işçi.

 

Qədirova Esfira Əlı Ağa qızı – 1945-ci ildə anadan olub,mühəndis-elektromexanik, kiçik elmi işçi.

 

İbrahimova Bibixanım Ələsgər qızı – 1955-ci ildə anadan olub, dilçi, kiçik elmi işçi.

 

Read more

XƏZƏR DƏNİZİ PROBLEMLƏRİ MƏRKƏZİ

TARİX

1957-ci ildə Xəzər dənizinin resurslarından səmərəli istifadə və onun kompleks şəkildə tədqiqi məqsədi ilə yaradılmışdır. 1958-ci ildə SSRİ Оkeanоlоgiya İnstitutundan Xəzər şöbəsinə kiçikhəсmli «Trujenik» ekspedisiya gəmisi və hazırda Pirallahı adasında yerləşən Xəzər Elmi-Tədqiqat Stansiyası (XETS) verilir.  1966-cı ilin sentyabr ayında Xəzər dənizi şöbəsi genişlənir və Соğrafiya İnstitutunun Xəzər Dəniz Problemləri Sektoruna (XDPS) çevrilir. Bu vaxt sektorun tərkibindəki şöbə və labоratоriyaların sayı 6-ya çatırdı. Sektorun nəzdində elmi-tədqiqat stansiyası, «Şirvani» dəniz bazası,  sututma həcmləri, müvafiq   olaraq, 300 və 120 ton olan «A. Bakuvi» və «M. Mirqasımov» elmi-tədqiqat gəmiləri var idi. Sektorda çalışan əməkdaşların ümumi sayı 126 nəfərə çatmışdı. Xəzər dənizində neft-qaz rayonlarının hidrоmeteоrоlоgiyası - axınlar, temperatur, buz, dalğa və külək rejimi, səthdən buxarlanma, radiasiya və su balansı üzrə peşəkar elmi tədqiqatlar aparılırdı. Tədqiqat işləri əsasən Xəzər dənizi səviyyəsinin enməsinin balıq təsərrüfatına, dəniz nəqliyyatına və neft sənayesinə təsirini öyrənməyə həsr olunmuşdu. Daha sonra Bakı Buxtasının ekоlоji vəziyyəti, Xəzər sahillərinin dinamikası və turbulent-kоnvektiv mübadilə üzrə işlər başlandı və icra olundu. Xüsusi maraq kəsb edən məqamlardan biri sektorun Beynəlxalq Geofizika Proqramına cəlb olunması, əsrlik kəsilişlərdə ölçmələr aparması və elmi məlumatlar bankının yaradılmasına başlaması idi. Bu qurum əslində bütöv elmi-tədqiqat institutuna bənzəyirdi, yalnız rəsmi  statusu yox idi. 1971-ci ildə BMT-nin YUNEP Proqramı çərçivəsində Qlobal Atmosfer Proseslərinin Tədqiqi Beynəlxalq layihəsi icra olunmağa başlandı. Bu proqram çərçivəsində 1972-ci ildə Azərbaycan EA-nın Соğrafiya, SSRİ EA-nın Оkeanоlоgiya və Atmosferin Fizikası, Ukrayna EA-nın Radiofizika  institutlarının birgə səyi nəticəsində Xəzər dənizinin açıq hissəsində, tərpənməz üzül üzərində dünyada ilk  dəniz оbservatоriyası yaradıldı. Burada planlaşdırılan elmi-tədqiqat işlərinin icrası üçün Xəzər sektoruna fizika-riyaziyyat və texniki təmayüllü gənc kadrlar işə qəbul olundu, Azərbaycanda Xəzər dənizi tədqiqinin yeni dövrü başlandı.

Dəniz оbservatоriyasındakı işlər atmosferlə dənizin qarşılıqlı təsirinin öyrənilməsinə, dalğa və külək rejiminin, turbulentlik və turbulent diffuziyanın statistik və spektral üsulla tədqiqinə, onların yarımempirik modellərinin işlənməsinə həsr olunmuşdu.

 

 

TƏDQİQAT İSTİQAMƏTLƏRİ VƏ MÖVZULARI

Xəzər dənizinin hidrоlоgiyası, meterоlоgiyası, səviyyəsinin dəyişməsi problemi,  sahillərinin dinamikası və geоmоrfоlоgiyası, ekоlоji vəziyyəti və şəraiti.

Xəzərin Azərbaycan zonasındakı çirklənmə mənbələri rejiminin müəyyənləşdirilməsi, onların yayılmasına mоrfоmetrik və hidrоmeteоrоlоji amillərin təsirinin öyrənilməsi, çirklənmənin Xəzərdə yayılmasının kompleks fiziki-соğrafi modelinin yaradılması, meteоrоlоji  amillərin   səthi  dalğaları  və  qovulma-gətirmə proseslərinin fəza və zaman dəyişkənliyi, Xəzər sahillərinin və dibinin geоmоrfоlоgiyasının tədqiqi. 

 

ƏSAS NƏTİCƏLƏR, NAİLİYYƏTLƏR

Xəzər dənizinin açıq hissəsində geniş miqyasda dəniz turbulentliyinin statistik və spektral xarakteristikası öyrənilmişdir; Dənizdə çirkləndiricilərin yayılması və paylanmasının ümumi qanunauyğunluqları müəyyən edilmişdir; Dəniz səthində küləyin sürət və istiqamətinin və dəniz səthindən istilik axınının məlum olduğu hal üçün dənizin yuxarı kvazibirсins temperatur qatının müəyyən edilməsi üçün yarımempirik model işlənmişdir; Dəniz səthində küləyin sürət və istiqaməti verildiyi hal üçün dənizlə atmosferin qarşılıqlı təsirinə görə qeyri-stasionar model yaradılmışdır; Xəzərdə çirkləndiricilərin yayılmasına hidrofiziki parametrlərin dəyişkənliyinin təsiri geniş diapazonda tədqiq edilmişdir; müxtəlif hidrоmeteоrоlоji şəraitdə, dibin mоrfоmetriyası və sahil xəttinin konfiqurasiyası nəzərə alınmaqla, çirkləndiricilərin yayılmasının fiziki-соğrafi modeli işlənmişdir; Səviyyəsinin dəyişməsinin səbəbi tədqiq edilmiş,  ona təsir edən amillərin təsir  dərəcəsi müəyyən edilmiş, birinci yaxınlaşmada onun uzunmüddətli prоqnоzu verilmişdir; Xəzər dənizinin kompleks hidrоmeteоrоlоji atlası hazırlanıb çap edilmişdir; Xəzər dənizində çirkləndiricilərin zaman              və fəzaya görə paylanması tədqiq olunmuşdur; Səviyyəsinin müxtəlif durumları üçün sahillərin geоmоrfоlоgiyası tədqiq olunmuşdur; Səviyyəsinin qalxması nəticəsində Azərbaycanın sahil zonasına dəymiş sosial-iqtisadi ziyanlar hesablanmışdır.

Şöbə son illərdə Xəzər dənizinə aid 10-a yaxın beynəlxalq layihənin iştirakçısı və rəhbəri olmuş, beynəlxalq fondlardan bir neçə  qrant almışdır.

 

 

 

 

Read more

Əməkdaşlar_Ekocoğrafiya


Əməkdaşlar - 9, o cümlədən, fəlsəfə doktoru - 2, aparıcı e.i. -1, kiçik elmi işçi - 5. laborant -1, mühəndis -1

 

Əliyev Ənvər Abbas oğlu – 1951, 06.01.03. – “Torpaqşünaslıq”, k/t.ü.f.d, dosent, şöbə müdiri.

Tədqiqat istiqamətləri: respublikada üzümə yararlı torpaqların aqroekologiyası, onlardan səmərəli istifadə və həmçinin ayrı–ayrı regionların ekocoğrafi problemlərinə dair elmi tədqiqat işləri və dəyərli təklifləri vardır.32 məqalənin müəllifidir.

 

Əliyeva Ədilə Altay qızı – 1957, k/t.ü.f.d., aparıcı elmi işçi.

Tədqiqat istiqamətləri: əsas ekocoğrafi problemlər və landşaft komponentlərinin mühafizəsinin öyrənilməsi ilə məşğuldur. 53 məqalənin müəllifidir.

 

Tahirova Böyükxanım Əsədulla qızı – 1948, kiçik elmi işçi.

Tədqiqat istiqamətləri: əsas ekocoğrafi problemlər və su ehtiyatlarının mühafizəsinin öyrənilməsi ilə məşğuldur. 15 məqalənin müəllifidir.

 

İsmayılova Raya Məmmədhüseyn qızı – 1949, kiçik elmi işçi.

Əsas istiqamətləri: respublikada çirklənmiş suların analizi və onların mühafizəsi problemləri ilə məşğul olur. 12 məqalənin müəllifidir.

 

Rzayeva Gülxar Eyvaz qızı - 1965, kiçik elmi işçi

Hacıyeva Gülnar Nuru  - 1986, kiçik elmi işçi

 

Eyyubova Züleyxa İftixar qızı - 1986, kiçik elmi işçi
Məmmədova Aysel Elnur qızı - 1988, mühəndis
Məmmədzadə  Rövşanə Rövşən qızı  - 1993, laborant

 

 

Read more

EKOCOĞRAFIYA

TARİX

Şöbə 1969-cu ildə akademik H.Ə. Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutu nəzdində keçmiş SSRİ miqyasında ilk “Təbiəti mühafizə” şöbəsi kimi fəaliyyətə başlamışdır.

Şöbəyə ilk rəhbərliyi professor Ə.C. Əyyubov, sonralar isə Azərbaycan EA müxbir üzvləri K.Ə. Ələkbərov, Ş.B. Xəlilov etmişlər. 

 

TƏDQİQAT İSTİQAMƏTLƏRİ VƏ MÖVZULARI

 Şöbənin əsas tədqiqat istiqaməti Respublikanın regionlarının ekocoğrafi vəziyyətinin araşdırılması və onların təbii və antropogen fəsadlarının aradan qaldırılması üçün elmi praktiki təkliflərin hazırlanması.

Read more

Əməkdaşlar_Torpaq

 

Əməkdaşlar: 16 nəfər, o cümlədən, fəlsəfə doktorları -4, baş e.i.- 1, aparıcı e.i.-2, böyük e.i.-1, elmi işçi -7, kiçik elmi işçi -3, laborant -1

 

Quliyev İsmayıl Əhliman oğlu – 1953-cü ildə anadan olub, 06.01.04. – “Aqrokimya”, kənd təsərrüfatı elmləri namizədi, şöbə müdiri.

Əsas elmi nailiyyətləri: İlk dəfə Ermənistanın dağ-mədən sənaye tullantılarının Azərbaycan Respublikasının təbiətinə mənfi təsirini öyrənmiş və dəyən zərərin iqtisadi qiymətləndirməsini vermişdir. Böyük Qafqazın cənub və cənub-şərq regionlarının arid torpaqlarında deqradasiya prosesinin istiqamətini müəyyən etmiş və deqradasiya xəritəsi tərtib etmişdir.48 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Torpaqlardan səmərəli istifadə yolları və kompleks təbiəti mühafizə tədbirləri. Coğrafiya İnstitutunun əsərləri, Bakı, “Elm”, 1990, s. 181
2. Azərb. Resp.texnogen çirklənmiş torpaqların yonca və üzüm bitkilərində ağır metalların miqdarı. II Ümumittifaq konfransı materialları, Minsk, 1991, s. 78
3. Suvarılan torpaqların texnogen yolla çirklənməsi. Ümumittifaq konfransı materialları, Moskva, “Elm” 1988, s. 113
4. Qobustan fiziki-coğrafi rayonu ərazisində boz-qəhvəyi (şabalıdı) torpaqların antropogen deqradasiyasının bəzi xüsusiyyətləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, X cild, Bakı, 2006, səh. 179-185

 

 

Xəlilov Mahmud Yusif oğlu - 1931-ci ildə anadan olub, 25.00.23 – “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası”, coğrafiya elmləri doktoru, baş elmi işçi.

 

Əsas istiqamətləri: Biocoğrafiya, meşə ekologiyası.

 

 

Salmanova Tahirə Məmmədpaşa qızı – 1951-ciildə anadan olub, 03.00.27- “Torpaqşünaslıq”, k/t. ü.f.d., aparıcı elmi işçi. 38 məqalənin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Torpaq örtüyünün formalaşmasında iştirak edən ekoloji faktor. «Faşizm üzərində qələbədə Azərbaycanın rolu». Bakı, 2005, s. 9-14
2. Abşeron yarımadası təbii sərvətlərinin istifadəsinin ekoloji problemləri. «Həsən Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş» Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirliyi. Bakı, 2007, s. 237-239
3. Böyük Qafqazın cənub-şərq zonasının arid torpaqlarında humusun toplanmasının ekoloji şəraiti. Torpaqşünaslıq və Aqrokimya İnstitutun əsərləri. XVIII cild. Bakı, 2008

 

Yaqubov Qəşəm Şamil oğlu - 1938-ci ildə anadan olub, c.ü.f.d., aparıcı  elmi işçi.

 

Məmmədov Məhəmməd Əhməd oğlu – 1952-ci ildə anadan olub, 25.00.23 – “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası”,c.ü.f.d., böyük elmi işçi.

 

Əzizova Nəzakət Əhməd qızı -  1951-ciildə anadan olub, kimyaçı, elmi işçi. 26 məqalənin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Tullantı suların misdən təmizlənməsi. MŞ №1583358 SSRİ İxtiralar bülleteni, 1990.
2. Kiçik Qafqazın çimli dağ-çəmən torpaqları və onlardan səmərəli istifadə edilməsi yolları, Xəbərlər, Yer elmləri,  Bakı, 2001

 

Rüstəmova Almaz Mirzəhəsən qızı - 1952-ciildə anadan olub, geokimyaçı, elmi işçi. 20 məqalənin müəllifidir.

Əsas elmi əsərlərinin adlarıBöyük Qafqazın cənub yamaclarında yerləşən sahələrin ekoloji geokimyəvi xüsusiyyətləri “BDU” Xəbərlər №3, Bakı, 2000 (şərikli).

 

Heydərova Ruhəngiz Muxtar qızı – 1962-ciildə anadan olub, elmi işçi. 15 məqalənin və 1 kitabın müəllifidir.

Əsas elmi əsərlərinin adlarıBöyük Qafqazın dağətəyi arid meşə torpaqlarının ekoloji xüsusiyyəti. Bakı, 2001

 

Nəsirova Çiçək Abbas qızı – 1961, kimyaçı-bioloq, elmi işçi. 10 məqalənin müəllifidir.

Nağıyeva Xuraman Xamis qızı - 1970, elmi işçi.

Ağazadə Aygün Habil qızı - 1952-ciildə anadan olub,coğrafiyaçı,  elmi işçi. 

Rüstəmova Almaz Mirzəhəsən qızı - 1952, elmi işçi

Məmmədova Gülşən İsmayıl qızı – 1940-cıildə anadan olub, coğrafiyaçı, kiçik elmi işçi.

Fətullayeva Təbərrik Surxay qızı - 1965, kiçik elmi işçi.

Əhmədova Lalə Akif qızı - 1987, kiçik elmi işçi

Hüseynova Pərvanə Eldasr qızı - 1982, laborant.

 

Read more

Əməkdaşlar_Paleocoğrafiya

                        

 

Əməkdaşlar -6, o cümlədən: elmlər doktoru - 1, coğrafiya üzrə fəlsəfə doktoru - 2

Tağıyeva Yelena Nikolayevna - 1959-cu ildə anadan olub, 25.00.25 -  “Geomorfologiya və təkamül coğrafiyası”, coğrafiya elmləri doktoru, şöbə müdiri.

Tədqiqat istiqamətləri: Azərbaycan və Qafqazın ərazisinin Kaynozoy dövrünün paleocoğrafiyası, paleoekologiyası, Azərbaycanda insanın məskunlaşması ilə əlaqədar bitki örtüyünə təsiri, Azərbaycanın dağlıq ərazilərinin Subrestent spor-tozcuqları spektrləri, bitki örtüyünə əsasən keçmiş əsrlərin iqlim şəraitinin bərpası. Son 50 ildə antropogen faktorlarının təsiri nəticəsində bitki örtüyünün dəyişməsi kimi bir sıra tədqiqat işlərinin yerinə yetirilməsində geniş tədqiqat işləri aparmışdır. Bir çox respublika və beynəlxalq konfranslarda məruzələrlə iştirak etmişdir. 80-ə yaxın elmi məqalənin müəllifidir. Məqalələri Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrdə nəşr olunmuşdur.

 

Fətəliyev Rəşid Əmənulla oğlu - 1954-cü ildə anadan olub, aparıcı elmi işçi, geologiya-minerologiya üzrə fəlsəfə doktoru.

Xəlilova Ülviyyə Ənvər qızı - 1969-cu ildə anadan olub, coğrafiya elmləri namizədi, böyük elmi işçi.

Tədqiqat istiqamətləri: paleocoğrafiya. «Eopleystosen və Erkən pleystosendə Azərbaycanın paleolandşaftları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 10 elmi məqalənin müəllifidir.

 

Əliyev Əlilyar İslam oğlu - 1947-ci ildə anadan olub, böyük elmi işçi.

Tədqiqat istiqamətləri: paleocoğrafiya. Paleocoğrafiya şöbəsinin bütün qrafik işlərini yerinə yetirir. 11 elmi məqalənin müəllifidir.

 

Abdullayev Elşən Əlinasir oğlu - 1984-cü ildə anadan olub, elmi işçi

Qəşəmova Raminə Ramiz qızı - 1986-cı ildə anadan olub, mühəndis.

Read more

Əməkdaşlar_Geomorfologiya

                  

 

Əməkdaşlar - 12, elmlər doktoru - 1,  baş elmi işçi -1, aparıcı elmi işçi - 5, coğrafiya üzrə fəlsəfə doktoru - 5, elmi işçi - 1, kiçik elmi işçi - 3.

 

Xəlilov Hüseyn Ağamalı oğlu - 1942-ci ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”, mühəndis-geoloq, coğrafiya elmləri doktoru, baş elmi işçi.

Əsas elmi nailiyyətləri: Müasir geomorfologiyanın nəzəri və tətbiqi məsələləri; dağlıq ərazilərin morfostruktur və paleogeomorfoloji tədqiqi, morfostrukturların və morfoskulpturların morfogenetik və taksonomik təsnifatını işləmiş, bir sıra xüsusi xəritələrin tərtibində müəllif və həmmüəllif olmuşdur. Xəzərin səviyyə tərəddüdü, ekoloji geomorfologiya və b. istiqamətlərdə tədqiqatlar aparır. Bir sıra beynəlxalq konfransların iştirakçısı olmuşdur.  100-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Əsərləri Rusiyada, Gürcüstanda, Türkiyədə, İspaniyada, İtaliyada, Ukraynada və b. Ölkələrdə nəşr olunmuşdur.

 

Səfərov Aydın Səttar oğlu - 1938-ci ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Tədqiqat istiqamətləri: ümumi geomorfologiya, paleogeomorfologiya, geomorfoloji xəritələşdirmə, yeni tektonik hərəkətlərin öyrənilməsi, ekoloji geomorfologiya və b. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. 60-dan çox elmi əsərin müəllifidir. Elmi əsərləri Rusiyada, Gürcüstanda, İspaniyada, İtaliyada və b. ölkələrdə nəşr olunmuşdur.

 

Quluzadə Vasif Ələsgər oğlu - 1939-cu ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”, mühəndis-geoloq, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Tədqiqat istiqamətləri: ümumi geomorfologiya, paleogeomorfologiya, dağlıq ərazilərdə morfostruktur, morfoskulptur təhlil, ekoloji geomorfologiya. 90-dan çox elmi əsərin müəllifidir.

 

Qurbanov Tofiq Rəhman oğlu - 1949-cu ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”,  coğrafiya elmləri namizədi, aparıcı elmi işçi, dosent.

Tədqiqat istiqamətləri: Talış-Lənkəran təbii vilayətində morfostrukturların təhlili, ekoloji geomorfologiya. 60-dan çox elmi və elmi-metodik əsərlərin müəllifidir.

 

Abdullayev Rəfail Seyfəl oğlu - 1949-cu ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”, mühəndis-geoloq, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Tədqiqat istiqamətləri: ümumi geomorfologiya, geomorfoloji xəritələşdirmə, paleogeomorfologiya, ekoloji geomorfologiya. 30-dan çox elmi əsərin müəllifidir.

 

Əliyev Yavər Qaçay oğlu - 1950, c.ü.f.d., aparıcı elmi işçi

Abuşova Samirə Nəsib qızı - 1988, elmi işçi.

Ümüdova Məsmə Füzuli qızı - 1982, kiçik elmi  işçi.

Qasımov Ceyhun Yaşar oğlu - 1986, kiçik elmi işçi

İmanova Gülsarə Əsgər qızı - 1959, kiçik elmi işçi

Həsənova Rəhimə Rahib qızı - 1991, mühəndis.

İsayeva Nurtən Hacıvəli qızı - 1988, mühəndis

 

Read more

Əməkdaşlar_Əhali

                    

Əməkdaşlar: 11, elmlər namizədi - 4, aparıcı elmi işçi- 2, elmi işçi - 3,  kiçik elmi işçi - 5.

Əyyubov Nizami Hacı oğlu - 1950-ci ildə anadan olub, coğrafiya elmləri namizədi,  dosent, şöbə müdiri.

Tədqiqat istiqamətləri: Əhali coğrafiyası, geodemoqrafiya, məskunlaşma problemləri.

Bir neçə monoqrafiya, o cümlədən dərslik və çoxsaylı məqalələrin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri. Monoqrafiya, 1988
2. Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası (Azərbaycanca və rusca). Monoqrafiya, 2005-2010
3. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Monoqrafiya, 2010. 

 

Eminov Zakir  Namin oğlu – 1967-ci ildə anadan olub, iqtisad elmləri namizədi,  aparıcı elmi işçisi, dosent.

Tədqiqat istiqamətləri: əhali coğrafiyası, əhalinin demoqrafik vəziyyətin nizamlanması, əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin və regionların sosial-iqtisadi inkişafı, iqtisadi islahatlar aparılmasının nəticələri, Azərbaycanın siyasi-coğrafi cəhətdən öyrənilməsi.

Əsas elmi nailiyyətləri: əhalinin məskunlaşması, yaşayış məntəqələrinin sosial-demoqrafik inkişafı və təsərrüfat strukturu arasında olan əlaqələri, iqtisadi islahatların aparılmasını, onların sənayedə, kənd təsərrüfatında olan xüsusiyyətlərini, iqtisadi və sosial-demoqrafik nəticələrini və meydana çıxan problemlərin aradan qaldırılması istiqamətlərini öyrənmişdir.

Əsas elmi əsərlərin adları:

1. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.
2. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s 

 

Kərimov Rövşən Nəriman oğlu - 1977-ci ildə anadan olub, coğrafiya elmləri namizədi, aparıcı elmi işçisi.

Əsas istiqamətləri: urbanizasiya, əhalinin təbii və mexaniki artımı, əmək ehtiyatlarından istifadə, regionların və şəhərlərin demoqrafik və sosial-iqtisadi inkişafı, təbiətdən səmərəli istifadə və ekologiya.

Azərbaycanın, onun şəhər və kənd yaşayış məntəqələrinin demoqrafik inkişaf xüsusiyyətləri, ailə-nikah məsələləri, məşğulluq və işsizlik problemləri, ətraf mühitin çirklənməsi alimin tədqiqatları arasında önəmli yer tutur.

Yerli və xarici elmi jurnallarda çap olunmuş çoxsaylı məqalələrin müəllifidir.

Əsas elmi əsərlərin adları:

Coğrafiya. Testlər. Abituriyentlər üçün test tapşırıqları kitabı. Bakı, 2011, 182 səh. (R.S. Səfərovla birlikdə).

        

Səmədov Qabil Mahmud oğlu – 1975-ci ildə anadan olub, coğrafiya elmləri namizədi, elmi işçi.

Əsas istiqamətləri: Azərbaycanda əhalinin məskunlaşması, təsərrüfat fəaliyyəti.

5 tezis və 18 elmi məqalənin müəllifidir.

 

Bədəlov Etibar Sənan oğlu – 1958-ci ildə anada olub, coğrafiyaçı, elmi işçi. 

Əsas istiqamətləri: Azərbaycanın regionlarının tarixi məskunlaşması.

Bir neçə məqalənin müəllifidir.  

 

Paşayeva Nigar Bəlqiyə qızı – 1963-cü ildə anadan olub, coğrafiyaçı, elmi işçi.

Əsas istiqamətləri: Azərbaycan şəhərlərində əhalinin məskunlaşması məsələləri.

Bir neçə məqalənin müəllifidir.

 

Əliyeva Sima Qiyas qızı - 1953-cü ildə anadan olub, coğrafiyaçı, elmi işçi.

Əsas istiqamətləri: Azərbaycanın Kür-Araz ovalığı hissəsində baş verən təbii fəlakətləri məsələləri.

Bir neçə məqalələrin müəllifidir. 

 

Qasımov Zaur Aydın oğlu – 1983-cü ildə anadan olub, coğrafiyaçı, kiçik elmi işçi.

 

Özay Ayulduz Vəkil qızı - 1970-ci ildə anadan olub, coğrafiyaçı, kiçik elmi işçi.

 

Abdullayeva Gülnarə İslam qızı - 1978-ci ildə anadan olub, coğrafiyaçı, kiçik elmi işçi.

 

 Tahirova Hicran Mirəhməd qızı - 1984-ci ildə anadan olub, kiçik elmi işçi

 

Read more

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .