COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Fevral 2013 > >>
Bz Çr Çr Cm Şn Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28      

Fevral 2013

23 791 2013

"kənd turizminin potensialı..."

Turizm dünyanın əksər ölkələrinin təsərrüfat strukturunda getdikcə daha böyük əhəmiyyət kəsb edir. Təbii-coğrafi potensial və mədəni-tarixi obyektlərlə yanaşı, kənd məntəqələrinin imkanlarından istifadə edilməsi əsasında da bu sahənin fəaliyyəti genişlənir. Kənd turizmi artıq xeyli sayda ölkədə turizm təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır.

Read more

20.02.13. Elmi seminar

İnstitutun növbəti elmi seminarı  fevralın 20-si, 2013-cü il tarixində keçirilmiş və burada aşağıdakı məsələlərə baxılmışdır:

1. AZƏRBAYCAN RESPUBLİKASI ƏHALİSİ ARASINDA DOĞUM VƏ ÖLÜM SƏVİYYƏSİ  R.N.Kərimov. 

Read more

13.02.13. Elmi seminar

13 fevral 2013-cü il tarixində Coğrafiya institutunun növbəti elmi seminarı keçirilmiş, seminarda “Əhali” şöbəsinin elmi işçisi Etibar Bədəlovun “Abşeron iqtisadi rayonunda demoqrafik inkişafın əsas istiqamətləri və məskunlaşma problemləri” mövzusunda məqaləsinin müzakirəsi keçirilmişdir.

                                         

Read more

06.02.13. Elmi seminar

06 fevral 2013-cü il tarixində Coğrafiya institutunun elmi seminarında R.İ.Abbasovun “Azərbaycanda siyasi-coğrafi tədqiqatların inkişaf konsepsiyası” mövzusunda məqaləsinin müzakirəsi keçirilmişdir.

Read more

Coğrafiya institutunun elmi seminarı ilə birgə Elmi şurasının iclası.

23 yanvar 2013-cü il tarixində institutun Elmi şurasının iclası ilə birgə elmi seminarı keçırıldi və aşağıdakı məsələlərə baxıldı:

Read more

18 348 2013

Xəlilov Mahmud Yusif oğlu

Təvəllüdü: 19 aprel 1931

Təhsili: Azərbaycan Kənd Təsərrüfatı İnstitutu

Vəzifəsi: baş elmi işçi

Elmi dərəcəsi: coğrafiya elmləri doktoru

Dissertasiyanın ixtisas şifri  və ixtisasın adı: 5408.01 - Fiziki coğrafiya və biocoğrafiya, torpaq  coğrafiyası, landşaftın geofizikası və geokimyası

Elmi tədqiqat sahələri: meşəçilik, biocoğrafiya, ekologiya, torpaqşünaslıq

Əsas elmi nəticələr: Elmi fəaliyyət dövründə respublikanın dağlıq meşə ərazilərində meşə əkini fondu torpaqları tədqiq edilmiş və onların meşə meliorasiya üsulları hazırlanmışdır. Kürqırağı tuqay meşələrinin müasir vəziyyətini əks etdirən irimiqyaslı xəritə tərtib edilmiş, tuqay meşələrin bərpası üzrə elmə əsaslanmış tədbirlər sistemi hazırlanmışdır.

Respublikanın dağ və düzən meşə ekosistemlərinin yayılması qanunauyğunluqları, onların antropogen dinamikası tədqiq edilərək əsaslı elmi nəticələr əldə edilmişdir. Alınan elmi nəticələr biocoğrafiyanın tətbiqi istiqamətinə yönəldilmişdir : üç xarakterik dağ regionu üzrə meşənin təbii (ilkin) və müasir (antropogen) vəziyyətini göstərən xəritələr tərtib edilmiş və bu xəritələr əsasında bitki örtüyündən səmərəli istifadə etmək, meşələrin qoruyucu funksiyasını yüksəltmək üzrə tədbirlər sistemini əks etdirən xəritələr hazırlanmışdır.

Elmi-tədqiqat nəticəsində respublika ərazisində hələ öz təbii vəziyyətini az-çox saxlamış qiymətli meşə obyektləri aşkar edilmiş və onların mühafizəsi üzrə təkliflər hazırlanmışdır.

Tədqiqatların nəticələri bir sıra layihələrin hazırlanması və meşə təsərrüfatları tərəfindən meşə örtüyünün bərpası və mühafizəsi işində tətbiq olunur.

Xidməti telefon: (994 12) 5398348

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı : 192

 

Əsas elmi əsərlərin adları:

Прикуринские тугайные леса Азербайджана (монография). Изд. «Элм». Баку. 1974. 136 с.

Dekorativ yaşıllaşdırma “Gənclik”. Bakı. 1982. 88 s. (kitabça)

Yaşıl sərvətin keşiyində “Gənclik”. Bakı. 1982. 100 s. (kitabça)

Судьба  леса в руках человека. Азерб.гос.изд. Баку. 1983. 110 с. (моног)

Azərbaycanın eroziyaya uğramış dağ yamaclarında qozmeyvəlilərdən ibarət sənaye əhəmiyyətli plantasiyaların salınması, “Elm” 2002. 472 s. (monoqrafiya)

Təbiətin yaşıl libası  “Gənclik”. Bakı. 1988. 98 s. (kitabça)

Dendrologiya. “Ekologiya”. 2000. 261. s (ali məktəblər üçün dərslik)

Meşə və onun heyvanat aləmi “Ekologiya”. 2000.112. s. (kitabça)      

Azərbaycanın meşələri. Bakı “Elm”. 2008. 728 səh. (monoqrafiya)

 Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı “Elm”.2005. 880.s.(monoqrafiya)

Ekologiya, ətraf mühit və insan. Bakı. “Elm”. 2006. 608 s. (ali məktəblər üçün dərslik)

Ensiklopedik ekoloji lüğət. Bakı “Elm”. 2008. 728 s.

Ekoloji atlas (azərbaycan-rus dillərində). Bakı-kartoq.fabriki. 2009. 156 s.

Aqroekologiya. Bakı. “Elm” 2010. 512.s. (ali məktəblər üçün dərslik)

Ekoloji atlas (azerb-ingilis dillərində). Bakı-kartoq.fabriki. 2010. 168 s.

Aqroekologiya (Metodologiya, texnologiya, iqtisadiyyat). Bakı “Elm”. 2011 (ali məktəblər üçün dərslik). 448 s.

Azərbaycan. Ekoturizm potensialı: “Şərq-qərb” nəşr. 2012, I cild – 360 s., II cild – 420 s.

 

Təltif və mükafatlar: “Azərbaycanın meşələri” monoqrafiyası akad. H.Ə.Əliyev adına mükafata layiq görülmüşdür.

 

Read more

Doktorantura

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin,  Azərbaycan Respublikası  İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunmuş 2012-ci il 15 mart tarixli 65 №-li“Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı” barədə Qərara əsasən H.Ə. Əliyev adına Coğrafiya İnstitutu aşağıdakı ixtisaslar üzrə doktoranturada təhsil verir:

 

2508.01 - Geoekologiya

2529.01 - Xəritəşünaslıq və geoinformatika - Kartoqrafiya, xəritəşünaslıq və geoinformatika, kompüter kartoqrafiyası, istiqamətlərində tədqiqatları özündə birləşdirən elm sahəsi.

5401.01 - İqtisadi coğrafiya - İqtisadi coğrafiya coğrafi əmək bölgüsünün effektivliyinə əsaslanaraq qlobal, regional, dövlət, rayon və lokal (yerli) miqyasda cəmiyyətin məhsuldar qüvvələrinin ərazi təşkilini öyrənir. İqtisadi coğrafiyanın qarşısında duran əsas məsələ - nəzəri əsasların yaradılması, cəmiyyətin və onun ayrı–ayrı sahələrinin ərazi təşkilinin qanunauyğunluqlarının və əsas ideyalarının izahatı; təsərrüfat sahələrinin ərazi təşkilinin iqtisadi-sosial və ekoloji səmərəliliyi sahəsində, yerləşdirmə, infrastruktur və digər proses və müxtəlif miqyaslı hadisələrin sistemlərinə, həmçinin cəmiyyətin ərazi təşkilindəki dəyişikliklərin proqnozlaşdırılmasına dair praktik tövsiyələr verməkdir.

5402.01 - Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası - müxtəlif tarixi və sosial şəraitdə əmək, məişət, istirahət şəraitini, şəxsiyyətin inkişafını, insanın həyat fəaliyyətinin, təkrar istehsalın və onun ətraf mühiti mənimsəməsini nəzərə alaraq insanların həyat fəaliyyətinin, turizm və rekreasiyanın ərazi təşkili formalarını və məkan xüsusiyyətlərini öyrənir. Siyasi coğrafiya - geosiyasi strukturların və dünyanın siyasi xəritəsinin formalaşmasını, planetin, onun regionları və ayrı – ayrı ölkələri çərçivəsində siyasi həyatın məkan təşkili və onların qarşılıqlı əlaqəsi ilə siyasi qüvvələrin yerləşmə və ərazi uyğunluqlarını öyrənir. Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyasının qarşısında duran əsas məsələ onların nəzəri əsaslarının yaradılması, tarixi-coğrafi proseslərin və sosial infrastrukturun ərazi təşkilinin qanunauyğunluqlarının, dünyanın siyasi xəritəsində baş verən dəyişikliklərin proqnozlaşdırılmasına dair praktik tövsiyələr verməkdir.

5403.01 - İnsan coğrafiyası - İqtisadi coğrafiyanın bir sahəsi kimi İnsan coğrafiyası əhali və yaşayış məntəqələrinin coğrafi qanunauyğunluqlarını, demoqrafik inkişafı, əhalinin yaş-cins, milli-etnik tərkibini, məskunlaşma sisteminin strukturunu, müxtəlif təbii, tarixi, sosial-iqtisadi şəraitdə tədqiq edir.

5404.01 - Regional coğrafiya - ölkələri, onların ayrı – ayrı rayonlarını öyrənən və onların təbiəti, coğrafi mövqeyi, əhalisi, təsərrüfatı, mədəniyyəti və sosial - siyasi təşkilatları haqqında ətraflı  məlumatları sistemləşdirən kompleks  elmdir.Regional coğrafiyanın qarşısında duran əsas məsələ onun nəzəri əsasların yaradılması, cəmiyyətin və ərazi təşkilinin qanunauyğunluqlarının regional və lokal miqyasda səmərəli ərazi təşkilini əsaslandırmaq və bu sahədə  praktiki əhəmiyyət daşıyan  tövsiyələr verməkdir.

5405.01 - Atmosfer elmləri - Atmosferin fizikası, meteorologiya, iqlimşünaslıq sahəsində tədqiqatları özündə birləşdirən elm sahəsi.

5406.01 – Hidrologiya - Fiziki coğrafiya sahəsində olan qurunun su obyektləri və onlarda keçən prosesləri, çay axımının zaman və məkan daxilində paylanma qanunauyğunluqlarını və suyun keyfiyyətini öyrənən elmi ixtisas

5407.01 – Okeanologiya - Dünya  okeanında baş verən fiziki, kimyəvi, bioloji və s. Prosesləri, onların astronomik və antropogen amilləri nəzərə almaqla atmosfer və litosferdəki proseslərlə əlaqəsini öyrənən elmlər kompleksidir.

5408.01 - Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası - Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası Yerin landşaft sferasının və onun ayrı-ayrı tərkib hissələrinin (torpaq və bitki örtüyünün, heyvanat aləminin, iqlimin, relyefin, səth sularının, geoloji quruluşun və s.) daxili quruluşunu (strukturunu), yaranması, təkamülü və fəaliyyət mexanizmlərini tədqiq edən elm sahəsidir.

5409.01 - Geomorfologiya - Geomorfologiya, təkamül coğrafiya sahəsində tədqiqat sahələrini özündə birləşdirən elm sahəsi.

5410.01 - Qlyasiologiya və kriologiya - Qlyasiologiya və kriologiya müxtəlif tip təbii buzların – buzlaqların, yeraltı buzların, qar örtüyünün, qar uçqunlarının, dəniz və çay buzlarının, eləcə də buz əmələgəlmənin məcmunu kimi bütövlükdə Yerin kriosferinin mənşəyini, yayılmasını və təkamülünü öyrənən elm sahəsidir.

5411.01 – Meteorologiya – Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya sahəsində tədqiqatları özündə birləşdirən elm sahəsi.

Read more

11 549 2013

Qardaşov Rauf Hacı oğlu

llüdü: 03.01.1956

hsili: Bakı Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi

zifəsi: Baş elmi işçi

Elmi si, elmi tbəsi: AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, böyük elmi işçi, İstanbul Universitetinin professoru (1993-2007)  

Dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 5407.01 - Okeanologiya

Elmi tədqiqat sahələri: okeanologiya, aerokosmik tədqiqatlar

Elmi nəticələri:

Dəniz səthindən Günəş və lazer şüalarının əks olması probleminin həlli üçün “Güzgü əks nöqtələt  metodu”nun işlənməsi;

Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması;

Geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin dəqiq təyini metodunun işlənməsi;

Peyk təsvirlərindən  coğrafi obyektlərin (sahil xətti, adalar, göllər) morfometrik xarakteristikalarının dəqiq təyini metodunun işlənməsi və bunu reallaşdıran proqram paketinin hazırlanması;

Peyk təsvirlərindən neft ləkələrinin yerinin və xarakteristikalarının təyini metodunun işlənməsi.

Xidməti tel.: +99412 539 29 45

Elektron poçtu: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.">Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 60-dançox məqalənin müəllifidir, onlardan 18-i SCİ və impakt-faktora sitat verilən jurnallarda

 Əsas elmi əsərlərinin adları:

1.  Gardashov R.H.,  Eminov M.Sh.  Determination of sunglint location and its characteristics on observation from  a METEOSAT 9 satellite . International Journal of Remote Sensing, (2015) 36:10, 2584-2598,

      DOI: 10.1080/01431161.2015.1042119 , (ISSN:  0143-1161)

2.  Gardashov R.,Emecen Kara G. and Kara G. Distribution of the Sun glitter sizes the sea surface, derived from theoretically and in situ experiments. Indian   Journal of Geo-Marine Sciences, Vol. 43(4), April 2014, pp. 499-503.

    (ISSN: 0379-5136) 

3. Гардашов Р.Г.  Локация солнечного блика с геостационарного спутника,  Баку, «Avropa», 2014, 180 с.

4. Gardashov R. The Distribution of Sun Glints Sizes on the Sea Surface, Central European Journal of Geosciences, . • 1(2) • 2011 • 169-174, (ISSN:  2081-9900)

 5. Gardashov R.G., Gardashova T.G.     Determination of the Statistical Characteristics of the Specular Points of 3 Dimensional Gaussian Sea Surface.Izvestiya, Atmospheric and Oceanic Physics, 2009, Vol. 45, No. 5, pp. 620–628,  ( ISSN:  0001-4338)

6. Gardashov R.G.  Determination of the Distribution Density of Specular Points on the Sea Surface.  InverseProblems in  Science and Engineering, Vol. 16 No.4,  pp. 447 - 460, 2008. (ISSN: 1741-5977)  

7.Gardashov R.G.  Determination of the Distribution Density of Specular Points on the Sea Surface: Formulation of the Inverse Problem. Izvestiya RAN,  Atmospheric and Oceanic Physics. Vol.42,   No 5,  p. 632-636, 2006,

    ( ISSN:  0001-4338)

8. Gul E., Gokhan K., Erdogmus F. , Gardashov R. The determination of sunglint  location on the ocean surface by observing from the geostationary satellites. Terrestrial, Atmospheric and Oceanic Sciences (TAO),  Vol. 17 No.1, March 2006,     pp.253-261, (ISSN: 1017-0839)

9. Gardashova T.G., Gardashov R.G. Simulation of statistical characteristics of  light refleced by sea surface. Izvestiya RAN, Atmospheric and Oceanic Physics.    Vol.37,   No 1, p. 66-77, 2001, ( ISSN:  0001-4338)

10. Gardashov R.G., Barla M.C.  The calculation of the distribution of the Sun glitter radiance on the ocean surface by observing from a geostationary orbit.    International Journal of Remote Sensing, Vol. 22, No 15, p.2939-2952, 2001,     (ISSN:  0143-1161)

 11Gardachov R.G. The probability density of the total curvature of a uniform  random gaussian  sea surface in the specular points.  International Journal of Remote Sensing, Vol. 21, No 15, p.2917-2926, 2000,

 (ISSN:  0143-1161)

 12.  Gardashov R.G.  The distribution of the Sun glitter radiance on the ocean surface by observing from a geostationary orbit. Izvestiya RAN, Atmospheric  and Oceanic Physics. Vol.35, No 3, p. 417-420, 1999 , ( ISSN:  0001-4338)

13. Gardashov R.G., Barla M.S.  Calculations of the radiance distribution of solar highlights on the ocean when they are observed from geostationary orbit.  Journal of Optical Technology, 66(12), 1089-1093, DEC 1999.(ISSN: 1070-9762)

 14Gardashov R.G. The distribution density of the Gaussian curvature of the sea surface at he mirror image points. Izvestiya AN USSR, Atmospheric and Oceanic Physics. Vol.27, No 12, p.1367-1371, 1991 , ( ISSN:  0001-4338)

15. Akhmedov L.N.,Gardashov R.G., Shifrin K.S. On the calculation of fluctuation  in intensity of parallel rays of light reflected from the sea surface. Izvestiya AN  USSR, Atmospheric and Oceanic Physics. Vol.23, No 1, p.99-103, 1990,        ( ISSN:  0001-4338)

16. Gardashov R.G., Zolotova J.K., Shifrin K.S. Emissivity, thermal albedo and  effective emissivity of the sea at different wind speeds.   Oceanologica acta, Vol.11, No 2, p.121-124, 1988,

17. Shifrin K.S., Gardashov R.G. Inensity of light scattered from the sea surface.  Izvestiya AN USSR, Atmospheric and Oceanic Physics. Vol.23, No 4, p.415-422,1987, ( ISSN:  0001-4338) .

18. Gardashov R.G., Zolotova J.K., Shifrin K.S.  Ocean albedo for atmospheric  termal radiation. Izvestiya AN SSSR, Fizika atmosfery i okeana, Vol.21,No 4,  p.438-440,1985, ( ISSN:  0001-4338) 

19. Shifrin K.S., Gardashov R.G. Model calculation of the reflection of light from   the sea surface.Izvestiya AN USSR, Atmospheric and Oceanic Physics. Vol.21,   No 2, p.162-169, 1985,  ( ISSN:  0001-4338)

20. Gardashov R.G., Shifrin K.S.  Emissiviti of  sea surface.Izvestiya AN USSR,  Atmospheric and Oceanic Physics. Vol.19, No 7, p.771-773, 1983,    ( ISSN:  0001-4338) 

 

 

Read more

Elmi Şura

Coğrafiya İnstitutunun nəzdində Elmi Şura fəaliyyət göstərir.

Direktorun əmri ilə yaradılmış  və AMEA yer Elimləri Bölməsi tərəfindən təsdiq edilmiş Elmi Şurada İnstitutun daxili həyatına aid olan məsələlər müzakirə edilir və qərarlar qəbul edilir. Elmi Şurada elmi-tədqiqat işlərinin prioritet istiqamətləri müəyyən edilir, mövzular və işlər təsdiq edilir, başa çatmış elmi-tədqiqat işləri müzakirə və qəbul edilir. Elmi Şurada başa çatmış işlər içərisindən ən mühüm nəticələr müəyyənləşdirilir, Yer Elmləri Bölməsinə və AMEA Rəyasət Heyətinə təqdim edilir. Burada çöl elmi-tədqiqat işlərinin planları da müzakirə və qəbul edilir.

 

ELMI ŞURANIN TƏRKIBI

 

1. Məmmədov Ramiz Mahmud oğlu  - Sədrakademik,  texnika elmləri doktoru, direktor

2. Əlizadə Elbrus Kərim oğlu - Sədr müavini -  AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, direktor müavini

3. Həmidova Zərnurə  Ənvər qızı -  c.ü.f.d., elmi katib

4. Eminov Zakir Namiq oğlu  -   coğrafiya elmləri doktoru, istiqamət rəhbəri

5. Qardaşov Rauf Hacı oğlu - AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru

6. Qaşqay Rəna Bəyim Mir Tağı qızı - coğrafiya elmləri doktoru, “Qurunun hidrologiyası və su ehtiyatları”   şöbəsinin müdiri

 

7. Tağıyeva Yelena Nikolayevna - coğrafiya elmləri doktoru, "Paleocoğrafiya" şöbəsinin müdiri

 

8. Xəlilov Mahmud Yusif oğlu - coğrafiya elmləri doktoru, baş elmi işçi

 

9. Xəlilov Hüseyn Ağamalı oğlu - c.ü.f.d., baş elmi işçi

10. Yunusov Müseyib İdris oğlu - c.ü.f.d., "Təhsil" şöbəsinin   müdiri

11. Əyyubov Nizami Hacı oğlu - c.ü.f.d.,  dosent, “Azərbaycanın əhalisi və sosial inkişafi    coğrafiyasi” şöbəsinin müdiri

12. Paşayev Nəriman Əziz oğlu -c.ü.f.d.,  dosent, “İqtisadi və sosial coğrafiya” şöbəsinin müdiri

13. Əliyev Ənvər Abbas oğlu – a.ü.f.d., dosent, “Ekocoğrafiya” şöbəsinin müdiri

14. Quliyev İsmayıl Əhliman oğlu - a.ü.f.d., “Azərbaycanın torpaq ehtiyatları coğrafiyası”  şöbəsinin müdiri

15. Haqverdiyev Habil Tağı oğlu - c.ü.f.d., “Coğrafi fikir tarixi” şöbəsinin müdiri

16. Rəhimov Xəyyam Şakir oğlu - c.ü.f.d., “İqlimşünaslıq və Aqroiqlimşünaslıq” şöbəsinin müdiri

17. Allahverdiyev Zabit Sabir oğlu - c.ü.f.d., "Xəzər dənizinin hidrometrologiyası" şöbəsinin müdir əvəzi

18. İmrani Zaur Tahir oğlu - c.ü.f.d., "Turizm və rekreasiya" şöbəsinin müdiri

19. Həsənov Məhərrəm Səməd oğlu - c.ü.f.d.,  dosent, baş elmi işçi

20. Tağıyeva Umayra Rauf qızı  -  c.ü.f.d.,  aparıcı elmi işçi

21. Osmanlıı Anar  İmran oğlu -  iqtisadiyyat üzrə fəlsəfə doktoru, ümumi işlər üzrə direktor müavini

22. Ələkbərova Samirə Oqtay qızı – coğrafiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, GAMŞ sədri

Read more

09 406 2013

"Azərbaycanın çay sularının duz tərkibi"

Çay sularının duz tərkibi 1950-2010-cu illərin məlumatlarına əsasən müəyyən olunmuşdur. Çay sularının duz tərkibi öyrənilmiş və həll olmuş duzların çoxillik orta kəmiyyəti  hesablanmışdır. Müəyyən olunmuşdur ki, Azərbaycanın çay sularında 7 müxtəlif duz həll olmuşdur: kalsium hidrokarbonat-Ca(HCO3)2, kalsium sulfat-CaSO4, maqnezium sulfat-MgSO4, maqnezium hidrokarbonat-Mg(HCO3)2, maqnezium xlorid-MgCl2, natrium sulfat-Na2SO4 və natrium xlorid-NaCl.

Read more

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .