09 Fevral 2013
"Azərbaycanın çay sularının duz tərkibi"
- Article Details
- Category ƏSAS
Çay sularının duz tərkibi 1950-2010-cu illərin məlumatlarına əsasən müəyyən olunmuşdur. Çay sularının duz tərkibi öyrənilmiş və həll olmuş duzların çoxillik orta kəmiyyəti hesablanmışdır. Müəyyən olunmuşdur ki, Azərbaycanın çay sularında 7 müxtəlif duz həll olmuşdur: kalsium hidrokarbonat-Ca(HCO3)2, kalsium sulfat-CaSO4, maqnezium sulfat-MgSO4, maqnezium hidrokarbonat-Mg(HCO3)2, maqnezium xlorid-MgCl2, natrium sulfat-Na2SO4 və natrium xlorid-NaCl.