COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Avqust 2016 > >>
Bz Çr Çr Cm Şn Bz
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

16 Avqust 2016

“Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi”

                     KONFRANS ÖZ IŞINƏ BAŞLADI      

2013-cü il iyunun 3-də AMEA-nın Yer Elmləri Bölməsi, AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevin  90 illik yubileyinə həsr olunmuş  “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başladı.

Konfransda Belarusiyadan dəvət olunmuş V.F.Loginov, Ukraynadan L.Q.Rudenko, Gürcüstandan A.A.Kordzadze, İ.V.Bondırev, Serbiyadan C.Despotoviç, Qazaxıstandan A.R Medeu, İrandan H.Xoşrəvan və başqaları iştirak edirdilər.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan etdi. O, müzakirə olunacaq məsələlərdən, keçırılən tədbirin əhəmiyyətindən söz açaraq konfransın işinə uğurlar arzuladı.

Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov dəvəti qəbul edərək tədbirdə yaxından iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirdi və iştirakçıları konfransın proqramı ılə tanış etdi. R.Məmmədov qeyd etdi ki, konfrans çərçivəsində regionların landşaft ekoloji müxtəlifliyini qorumaqla geosistemlərin rekreasiya potensialının dərindən tədqiqi və ondan turizm sənayesinin inkişafında səmərəli istifadə edilməsi və ekoturizmin perspektiv istiqamətləri geniş miqyasda təhlil olunacaqdır.

Sonra “Qlobal və regional iqlim dəyişmələrinin mövsümi və çoxillik xüsusiyyətləri və onların mümkün səbəbləri” (V.F. Loginov), “Qafqaz regionu üçün təbii mühitin vəziyyətinin proqnozu və monitorinq sisteminin hazırlanması haqqında” (A.A.Kordzadze), “Qlobal dəyişmələrin Xəzər dənizi ekosisteminə təsiri” (R.Məmmədov), “Təbiətdən istifadə: mahiyyəti, nəticələri və cəmiyyətin reaksiyası” (L.Q.Rudenko), “Dağ geosistemlərinin geodinamiki gərginliyinin  qiymətləndirilməsinin landşaft-ekogeomorfoloji problemləri” (E.K.Əlizadə),  “Avropa Birliyi  Su Çərçivə Direktivində  Çay Hövzəsinin İnteqrasiyalı İdarəedilmə Planı üçün çayların hidromorfoloji analizi” (C.Despotoviç), “Ərəbistan-Avrasiya kolliziya zonasının müasir kinematikası” (F.Ə.Qədirov), “Cənubi Qafqazın buzlaqları” (İ.V.Bondirev), “Qazaxıstanın su problemləri və onların həlli yolları” (A.R.Medeu), “Xəzər dənizi sahil qumlarının zaman və məkan dəyişkənliyi” (H.Xoşrəvan)  və s. mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı, suallara ətraflı cavablar verildi.

Məruzələr nəzərdə tutulduğu kimi, müxtəlif fasilələrlə 3 plenar iclasda dinlənildi və konfransın 1-ci günü 16.30-da başa çatdı.

  

PRESS – RELIZE

Qlobal miqyasda əhalinin və təsərrüfatın təbii ehtiyatlara tələbatının sürətlə artması planetimizin təbiətinə antropogen təsirləri artırmış, bir sıra ekosistemlər demək olar ki, tamamilə məhv edilmiş, bəzi regionlarda mineral ehtiyatlar tükənmiş və bütövlükdə dünyada istehsalın təbii ehtiyatlarla təminatında problemlər yaranmışdır.

Konfransın məqsədi qlobal şəraitdə təbiətdə baş verən təbii- antropogen dəyişmələrin elmi-nəzəri, metodiki və praktiki məsələlərini araşdırmaq, həmçinin təbii ehtiyatların sürətlə tükənməsinin, iqlim dəyişmələrinin, səhralaşma prosesinin, təbii fəlakətlərin (sellər, sürüşmələr, zəlzələlər, daşqınlar, dağ buzlaqlarının sahəsinin kəskin azalması, daxili su hövzələrində səviyyə tərəddüdləri və s.) inkişafının ekspertlər tərəfindən hazırlanmış müxtəlif ssenariləri müzakirə ediləcək və  qiymətləndiriləcəkdir.

- Qlobal və regional səviyyələrdə davamlı inkişafa, ekoloji təhlükəsizliyə nail olmaq üçün təbii ehtiyatların potensialının ən müasir metodların, o cümlədən coğrafi informasiya texnologiyalarının və aero-kosmik üsulların tətbiqinin əsas istiqamətləri müzakirə ediləcəkdir.

-  Təbii fəlakətlərin insanların həyat fəaliyyətinə və təsərrüfata yaratdığı risk və təhlükələri azaltmaq və ya proqnozlaşdırmaq məqsədi ilə onların inkişaf tendensiyalarını müəyyən etməyin işlənib hazırlanmış kompleks metodlarının təhlili aparılacaqdır.

- Qlobal və regional miqyasda tükənən, bərpa olunmayan mineral ehtiyatlarla təminatın müasir vəziyyətinin və gələcək perspektiv istifadəsi yollarının müəyyənləşdirilməsi konfrans iştirakçılarının əsas müzakirə məsələlərindən biridir

- Ekoloji tarazlığın kəskin şəkildə pozulduğu müasir şəraitdə «yaşıl iqtisadiyyatın» tələblərinə uyğun ərzaq təhlükəsizliyinin həlli yollarının təcrübi istiqamətlərinin araşdırılacaqdır.

- Xəzər dənizi hövzəsinin strateji əhəmiyyətini nəzərə alaraq dənizin hidrodinamikasını, geodinamikasını və buradakı meteoroloji proseslərin region ölkələrinin birgə səyi ilə kompleks tədqiqi, eyni zamanda Xəzərsahili təbii – antropogen geosistemlərin tarazlı idarə edilməsi yollarını, Xəzər dənizi ekosistemində biomüxtəlifliyin qorunması istiqamətində elmi təcrübi işlərin həyata keçirilməsi diqqət mərkəzində olan problemdir.

- Regionların landşaft ekoloji müxtəlifliyini qorumaqla geosistemlərin rekreasiya potensialının dərindən tədqiqi və ondan turizm sənayesinin inkişafında səmərəli istifadə edilməsi və ekoturizmin perspektiv istiqamətləri geniş miqyasda təhlil olunacaqdır.

Təşkilat komitəsi

 

 

KONFRANSIN YEKUN GÜNÜ

Xarici qonaqlar Böyük Qafqazın Cənub-Şərq yamacının bu hissəsinin landşaftı, qeomorfoloqi şəraiti ilə tanış oldular, bu bölgədə geniş yayılmış ekzodinamik prosesləri (sürüşmələr, uçqunlar, töküntülər) əyani şəkildə görə bildilər.

Qonaqlarımız Pirquluda   onlar üçün  təşkil olunmuş Pirqulu rəsədxanasına ekskursiyada iştirak etdilər.

Konfrans öz işini “Geosistemlərin təbii ehtiyat potensialı və ondan istifadə”, “Qlobal iqlim dəyişmələri, iqlim və su ehtiyatları”, “Davamlı sosial-iqtisadi inkişaf və qida təhlükəsiliyi”, “Geosistemlərin turizm-rekreasiya potensialının qiymətləndirilməsi” bölmələri üzrə davam etdirdi.

İclasda M.S.İsmayılovun “Azərbaycanda landşaftların təbii ehtiyat potensialının   qiymətləndirilməsi və ondan səmərəli istifadə edilməsi”, X.Ş.Rəhimovun “Gözlənilən iqlim dəyişmələrinin ətraf mühitə və Azərbaycan əhalisinə təsirinin qiymətləndirilməsi” mövzusunda məruzələri, xarici qonaqlar – akademiklər V.F.Loginov, L.Q.Rudenko, professor A.R.Medeunun çıxışları  dinlənildi.

Sonra konfransın qərar qətnaməsi oxundu, Qətnamə bir neçə əlavə və dəyişikliklərlə yekdilliklə qəbul edildi.

Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü R.M.Məmmədov yekun sözü ilə çıxış edərək konfrans iştirakçılarına təşəkkürünü bildirdi, onlara öz işlərində uğurlar arzu etdi. Bununla da konfrans öz işinə yekun vurdu. 

 

 

“Qlobal dəyişkənliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın

QƏRARI

2013-cü il, iyun ayının 3-dən 5-ə kimi Bakı şəhərində (Azərbaycan Respublikası) Ümummilli lider H.Ə.Əliyevin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Yer elmləri bölməsi ilə Azərbaycan Coğrafiya Cəmiyyəti və ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən birgə təşkil edilmişdir. İclasda Azərbaycanın, Belarusiyanın, Gürcüstanın, Qazaxıstanın, Serbiyanın və Ukraynanın alim və ekspertləri iştirak etmişlər.

Konfransın məqsədi ətraf mühitin və iqlimin global və regional dəyişmələri şəraitində geosistemlərin ekodinamiki dəyişkənliklərinin elmi-nəzəri, metodiki və praktiki problemlərinin müzakirəsi, iqtisadiyyatın müxtəlif sahələrinin bu dəyişkənliklərə adaptasiyasının araşdırılmasından ibarət olmuşdur.

Konfransın işi iki plenar və beş seksiya iclası ilə davam etdirilmiş və aşağıdakı elmi problemlər müzakirə edilmişdir: a) geosistemlərin təbii ehtiyat potensialı və ondan istifadə; b) qlobal iqlim dəyişmələri; ç) iqlim və su ehtiyatları; c) Xəzər dənizinin və həmsərhəd regionların ekoloji potensialı; d) davamlı sosial-iqtisadi inkişaf və qida təhlükəsizliyi; e) geosistemlərin turizm-rekreasiya potensialının qiymətləndirilməsi.

Konfransın materialları əvvəlcədən nəşr edilmişdir. Çap olunan 90-dan çox elmi məqalədə qlobal və regional şəraitdə geosistemlərdə baş verən iqlim və ətraf mühit dəyişkənliklərini əhatə edən, təbii resurs potensiallarının qiymətləndirilməsinə aid elmi tədqiqatların nəticələri öz əksini tapmışdır.

Beynəlxalq konfransın aktuallığı geosistemlərin müasir qlobal ekogeodinamiki şəraitdə zaman və məkan daxilində kəskin dəyişilməsi ilə müəyyən olunur. Bu isə geosistemlərin elmi-nəzəri, metodiki və praktiki cəhətdən öyrənilməsini distansion və CİS texnologiyaları əsasında aparılmasını tələb edir.

Müasir dövr təbii geokomplekslər və postindustrial cəmiyyət arasında olan kəskin qarşıdurma ilə xarakterizə olunur. Təbii və antropogen amillərin təsiri altında geosistemlərdə təbii resurs potensialının güclü deqradasiyası baş verir. Bu proseslər cəmiyyətin inkişafının sosial-iqtisadi, siyasi və ekoloji təşkilində özünü  daha çox əks etdirir. 

Geosistemlərdə baş verən dəyişkənliklərin sürətlə artması ölkələrin iqtisadiyyatı üçün əlverişsiz sosial-ekoloji proseslərin və hadisələrin tez-tez təkrarlanmasına və vurduqları zərərin kəskin artmasına gətirib çıxarır.  Regional səviyyədə bu su balansının pozulmasına, atmosferin, suyun və torpağın çirklənməsinə, ərazinin səhralaşmasına, landşatlarda zonallığın pozulmasına, dəniz sahillərinin dəyişməsinə, ərazilərin turizm-rekreasiya potensialının sürətlə azalmasına və başqa proseslərə səbəb olur.

Konfrans iştirakçıları – coğrafiya-ekologiya və Yer elmlərinin müxtəlif sahələrinin mütəxəssisləri, geosistemlərin təbii-sosial resurs potensialının kompleks problemlərini müzakirə etdikdən sonra aşağıdakıları qərara aldılar:

- Regionların davamlı inkişafını təmin etmək üçün təbii resurs potensialının alim və mütəxəssislərin birgə kompleks tədqiqinin təşkil olunması;

-  Distansion metodlar və CİS texnologiyalardan istifadə etməklə çöl və kameral tədqiqatları fəallaşdırmaq, ekoloji və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə qlobal və regional iqlim dəyişilmələrinin geosistemlərə təsir dərəcəsinin müəyyənləşdirilməsi;

- Ölkə iqtisadiyyatında əhali sağlamlığı üçün təhlükə və riskin azaldılmasının kompleks sintezləşdirilmiş metodlarla tədqiqində CİS texnologiyarından istifadə etməklə təhlükəli təbii-antropogen proses və hadisələrin (səhralaşma, sel, sürüşmə, uçqun, zəlzələ, daşqın və sair)  proqnozlaşdırılmasının elmi-nəzəri, metodiki və praktiki əsaslarının işlənilməsi;

- Milli və regional sosial-iqtisadi inkişaf planlarının hazırlanmasında akademiya və ali məktəblərdə aparılan tədqiqatların rolunu və əhəmiyyətini artırmaq

- Ərazilərin balanslaşdırılmış inkişafının elmi əsaslandırılmış planlarının işlənilməsinin təşkil olunması.

- Qara və Xəzər dənizləri regionlarının ərzaq təhlükəsizliyini təmin etmək üçün ərazinin iqlim dəyişilməsi şəraitində aqroiqlim dəyişkənlikləri potensialının qiymətləndirilməsinin aparılması zəruridir.

- Turizm sənayesinin inkişafı üçün daha optimal yollar müəyyənləşdirilməli, dağlıq rayonların rekreasiya potensialının elmi əsaslandırılmış qiymətləndirilməsi yerinə-yetirilməlidir.

- Qara və Xəzər dənizləri regionlarının strateji əhəmiyyətini nəzərə alaraq konfrans dənizsahili ölkələrdə hidrodinamiki, geodinamiki, meteoroloji və iqlim tədqiqatlarının genişləndirilməsini məqsədəuyğun sayır. Qara və Xəzər dənizləri regionlarının sahil ərazilərinin regional balanslaşdırılmış idarə edilməsi əsaslarını hazırlamaq və konkret tədbirlər əsasında bioloji müxtəlifliyin mühafizəsinin və landşaft müxtəlifliyinin təmin edilməsinin elmi-praktiki əsaslarının işlənilməsi təklif edilir.

Konfrans AMEA-nın ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna və onun rəhbərliyinə beynəlxalq konfransın yüksək səviyyədə keçirilməsinə, çöl ekskursiyasının təşkilinə və optimal iş şəraitinin təmin edilməsinə görə dərin minnətdarlığını bildirir. 

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

Read more

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .