COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Oktyabr 2016 > >>
Bz Çr Çr Cm Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 26 27 28 29 30
31            

25 Oktyabr 2016

Coğrafi fikir tarixi və toponimika

Şöbənin adı:    Coğrafi fikir tarixi və toponimika

Tel.:                (994 12) 5385416

Faks:

Elektron poçtu: 

Şöbənin  rəhbəri:     Habil Tağı oğlu Haqverdiyev

İşçilərin ümumi sayı:    11

Əsas fəaliyyət istiqamətləri:

Şöbənin əsas prioritet Tədqiqat istiqaməti Azərbaycanda coğrafiya elminin inkişaf tarixinin öyrənilməsi, o cümlədən Azərbaycanın coğrafi şəraitinə, milli-tarixi mədəniyyətinə, milli-coğrafi məskunlaşmasına dair dünya coğrafiyaçıların və alim-səyyahların müxtəlif dövrlərə dair fikirləri və ideyaları təhlil olunub sistemləşdirilmişdir. Eyni zamanda Azərbaycanda coğrafiya elminin inkişafında Rusiya Coğrafiya Cəmiyyətinin, yerli alimlərin rolu mərhələlər üzrə tədqiq olunur. Bundan başqa Azərbaycanda coğrafiya elminin təkamülündə və elmi-nəzəri və metodoloji cəhətdən formalaşmasında tanınmış tədqiqatçı-alimlərin elmi nailiyyətləri müəyyən sahələr və dövrlər üzrə təhlil olunur. Ümumiyyətlə Azərbaycanda coğrafiya elminin inkişaf tarixinin öyrənilməsinə və elmin tarixinin öyrənilməsinin əhəmiyyəti məsələsinə həmişə mühüm diqqət verilir. 

 

Əsas elmi nəticələri:

Coğrafiya elminə dair müxtəlif kompleks tədqiqatların dinamikası üzrə hesabat işləri  hazırlanmışdır.

1981-ci ildən başlayaraq Azərbaycanın coğrafi şəraitinin, strukturu-ərazi differensiasıyasının və milli-coğrafi məskunlaşmasının dinamikası mərhələ-mərhələ öyrənilir və onların inkişaf tendensiyası dövrlər üzrə sistemləşdirilir.

Müəyyən edilmişdir ki, Azərbaycanda coğrafi fikrin inkişafında və formalaşmasında rus alimlərinin  mühüm rolu var. XX əsrin 50-ci illərdən başlayaraq  Azərbaycanda  yerli  alim-coğrafiyaçı kadr potensialının yaranması  və regional problemlərin həllinə böyük təkan vermişdir.

 

 Azərbaycan toponimlərinin fondu və ensiklopedik lüğəti tərtib olunmuşdur;

Azərbaycan coğrafi terminləri tədqiq edilmişdir;

Böyük Qafqazın, Abşeron regionunun toponimiyası öyrənilmişdir;

Toponimik Araşdırmalar əsasında Azərbaycanın ayrı-ayrı regionlarının toponimik xəritələri tərtib edilmişdir.

Respublikamızın toponimik Fondunun zənginləşdirilməsi, toponimik Lüğət və xəritələrin tərtibi istiqamətində işlər aparılır;

Respublika toponimiyası regionlar üzrə öyrənilir;

Coğrafi adların düzgün yazılışı və dəyişdirilməsi problemi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının işində fəal iştirak edilir.

 

 

Read more

Xəzər dənizinin moritorinqi

Şöbənin adı:   Xəzər dənizinin moritorinqi

Tel.:           (994 12) 5392945

Faks:

Elektron poçtu:

Şöbənin  rəhbəri:       AMEA-nın müxbir üzvü, f/r e.d. Rauf Hacı oğlu Qardaşov 

İşçilərin ümumi sayı:   6

Əsas fəaliyyət istiqamətləri:

Peyk və in-situ ölçmə məlumatları əsasında Xəzər dənizinin hidrofiziki (temperatur, səth axımları, dalğa və külək) sahələrinin; neft ilə çirklənmənin; sahil xəttinin dinamikasının; “dəniz suyunun rəngi”nin monitorinqi.

 

Əsas elmi nəticələri:

  1. Dəniz səthindən Günəş və lazer şüalarının əks olması probleminin həlli üçün “Güzgü əks nöqtələt  metodu”nun işlənməsi;

  2. Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması;

  3. Geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin dəqiq təyini metodunun işlənməsi;

  4. Peyk təsvirlərindən  coğrafi obyektlərin (sahil xətti, adalar, göllər) morfometrik xarakteristikalarının dəqiq təyini metodunun işlənməsi və bunu reallaşdıran proqram paketinin hazırlanması;

  5. Peyk təsvirlərindən neft ləkələrinin yerinin və xarakteristikalarının təyini metodunun işlənməsi.

  6. Ani və kəsilməz aşqar mənbələrinin tətbiqi ilə dəniz diffuziya eksperimentləri metodikasının işlənməsi.

  7. h“Dəniz-atmosfer” qarşılıqlı təsirinin tərpənməz özüllü platformadan tədqiqi.

  8. Xəzər dənizi səth qatı temperaturunun Yeri süni peykləri məlumatları əsasında tədqiqi

  9. Xəzər dənizi səthində neft ləkələri dinamikasının öyrənilməsi.

  10. Xəzər dənizi səthində aşqar diffuziyasının tədqiqi və külək sahəsinə görə parametrləşdirilməsi.

 

 

Read more

Turizm və rekreasiya coğrafiyası

Şöbənin adı:    Turizm və rekreasiya coğrafiyası

Tel.:                 (994 12) 5385974

Faks:

Elektron poçtu: 

Şöbənin  rəhbəri:      c.ü.f.d., dosent Zaur Tahir oğlu İmrani

İşçilərin ümumi sayı:   4

Əsas fəaliyyət istiqamətləri:

Turizmin tarixi, regionların dayanıqlı inkişafda və əmək ehtiyatlarından səmərəli istifadə də turizmin rolu, turizm sənayesi, turizm infrastrukturu, turizmin inkişaf perspektivləri.

 

Əsas elmi nəticələri:

Turizm və rekreasiya ehtiyatlarının potensial imkanları respublika və regional səviyyədə qiymətləndirilmiş, regionların dayanıqlı inkişafında turizm sektorunun rolu əsaslandırılmış, rəqabətə davamlı və dayanıqlı turizm bazarının yaradılması üçün tövsiyələr verilmiş, Azərbaycan Respublikasının təbii və iqtisadi inkişaf xüsusiyyətlərini nəzərə almaqla turizm təsərrüfatının iqtisadi-coğrafi problemləri müəyyən olunmuşdur. 

 

Read more

Demoqrafiya və əhali coğrafiyası

Şöbənin adı:    Demoqrafiya və əhali coğrafiyası

Tel.:                (994 12) 5393361

Faks:

Elektron poçtu:

Şöbənin  rəhbəri:    c.ü.f.d.. dosent Əyyubov Nizami Hacı oğlu

İşçilərin ümumi sayı:      10

Əsas fəaliyyət istiqamətləri:

     Azərbaycanda əhalinin ümumi demoqrafik və geodemoqrafik inkişafı (təbii artımı, miqrasiyası, sayının dinamikası və s.), əhalinin məskunlaşma xüsusiyyəti və tendensiyasının müəyyənləşdirilməsi, yüksəklik qurşaqları üzrə yerləşməsinin tədqiqat işləri aparılır. Əhalinin səmərəli ərazi təşkili istiqamətləri araşdırılıb müəyyənləşdirilir.

 

Əsas elmi nəticələri:

     Tədqiqatlar nəticəsində əhalinin formalaşma və inkişaf qanunauyğunluqları öyrənilmiş, geodemoqrafik inkişafın regional xüsusiyyətləri müəyyənləşdirilmişdir. Əhalinin formalaşma mənbələri olan təbii və mexaniki hərəkətin inkişafı sosial-iqtisadi inkişafla bağlı tədqiq edilmiş, onların qarşılıqlı əlaqəsi və asılılığı araşdırılmışdır. Əmək ehtiyatlarının istehsal sahələri üzrə bölgüsü, məşğulluğun səviyyəsi, həyat səviyyəsi və sosial şəraitin demoqrafik proseslərə təsiri öyrənilmişdir. Onun əsasında perspektiv demoqrafik inkişafın və onun regional tənzimlənməsinin iqtisadi-coğrafi yolları işlənib hazırlanmışdır.

      Ən mühüm regional problemlərdən biri kimi Azərbaycanın iqtisadi-coğrafi reyonlarının kompleks tədqiqi işləri aparılmışdır. Hər bir iqtisadi-coğrafi rayonun mənimsənilmə, demoqrafik və məskunlaşma xüsusiyyətləri tədqiq edilmiş, təbii-coğrafi və sosial-iqtisadi şəraitin bu prosesə təsiri müəyyənləşdirilmişdir. Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi və məskunlaşması xüsusiyyəti öyrənilmiş və onun dinamikası aydınlaşdırılmışdır. Bu da əhalinin ölkə ərazisində səmərəli məskunlaşdırılması, xüsusən də dağlıqla-düzən, Abşeronla-kənd yerləri arasında yerləşməsinin tənzimlənməsi istiqamətlərinin müəyyənləşdirilməsinə imkan vermişdir. Əhalinin məskunlaşması xəritələri tərtib edilmişdir.

Read more

Tibbi coğrafiya

Şöbənin adı     Tibbi coğrafiya

 Tel.

 Faks

 Elektron poçtu:

 Şöbənin  rəhbəri:    Zakir Namin oğlu Eminov 

 İşçilərin ümumi sayı:    6

 Əsas fəaliyyət istiqamətləri və mövzuları:                     

   “Tibbi coğrafiya” şöbəsi 2016-cı ilin aprelində yaradılmışdır. Şöbə Azərbaycanda xəstəliklərin    yayılmasının təbii-coğrafi səbəblərini, yayılması xüsusiyyətlərini, təbii mühitin elementlərinin   insan sağlamlığına təsirinin öyrənilməsi üçün təşkil edilmişdir.  Şöbədə Azərbaycan Respublikasında təbii-coğrafi mühitin ayrı-ayrı komponentlərinin insanda xəstəliklərin əmələ gəlməsinə təsiri, müxtəlif kimyəvi elementlərin yayılması, antropogen və texnogen landşaftların   yayılma aeralları və bu ərazilərdə məskunlaşan əhali arasında xəstəliklərin yayılması arasında əlaqənin  öyrənilməsi istiqamətində tədqiqatlar aparılması nəzərdə tutulur.

  

Əsas elmi nəticələri:

2016-cı ildə şöbənin əməkdaşı Rzayeva Solmaz Rzayeva  Solmaz  İsaq qızı “Onkoloji xəstəliklərin əmələ gəlməsi və yayilmasına ekocoğrafi mühitin təsiri  (Azərbaycan Respublikası daxilində)” mövzusunda, 5400.01 – “İqtisadi coğrafiya” ixtisası üzrə dissertasiya işini tamamlamışdır.

      

Read more

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .