Fevralın 4-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun

elmi şurası ilə elmi seminarının növbəti birgə iclası olub.

 İclasda Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin elmi işçisi Sima Əliyeva“Aran iqtisadi-coğrafi rayonunda daşqın və subasma hadisələrinin əhali məskunlaşmasına təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d.  Səidə Zeynalovanın “Arid dağ geosistemlərinin landşaft indikasiyası” monoqrafiyasının çapa təqdim olunması haqqında məsələ müzakirə edilib və əsərin çap olunmaq üçün “Xəbərlər” jurnalına təqdim edilməsi tövsiyə olunub.

Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası" şöbəsinin elmi işçisi  Etibar Bədəlov “Abşeronun iqtisadi-coğrafi rayonunun sosial-demoqrafiq problemləri və məskunlaşma problemləri” monoqrafiyasının müzakirəsi keçirilib.  Əsərin  çap olunmaq üçün “Xəbərlər” jurnalına təqdim edilməsi tövsiyə olunub.

Coğrafiya elmləri doktoru Mahmud Xəlilovun “Xəbərlər” jurnalına təqdim etmək üçün hazırladığı “Məhvolma təhlükəsi yaranan qiymətli meşə ekosistemləri və onların mühafizəsi”  mövzusunda monoqrafiyanın müzakirəsi olub və qərara alınıb ki, əsər çapa təqdim olunsun.