COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Fevral 2014 > >>
Bz Çr Çr Cm Şn Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 21 22 23
24 25 26 27 28    

19.02.14.

Fevralın 19-unda  İnstitutun Elmi Şurası ilə Elmi Seminarının birğə keçirilmiş iclasında  capa təqdim edilmiş elmi əsərlərin müzakirəsilə yanaşı bir sıra mühüm məsələlərə baxıldı və əlaqədar qərarlar qəbul edildi.

Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi şöbəsinin əməkdaşı Musayeva Mətanət Ramazan qızının “Azərbaycan respublikası təsərrüfatının inkişafı və ərazi təşkilinə daşqın hadisələri təsirinin  iqtisadi-coğrafi tədqiqi” monoqrafiyasının müzakirəsi keçirildi. Kitabın rəyçisi, Qurunun hidrologiyası şöbəsinin aparıcı elmi işçisi, c.e.d. Məhəmməd Abduyev əsər haqqında fikirlərini söylədi və monoqrafiyanın çapa təqdim edilməsi məqsədəuyğun hesab edildi.

Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdiri, k\t.e.n. İsmayıl Quliyevin “Torpaqların həyatı” monoqrafiyasının müzakirəsində əsərin ali məktəb tələbələri üçün dəyərli və maraqlı dərslik olması nəzərə çarpdırıldı. Kitabın adının “Torpaq coğrafiyası” kimi elmi bir adla əvəz olunması daha məqsədəuyğun hesab edildi və çapa təqdim olunması barədə qərar qəbul edildi.

Xəzər dənizi problemləri şöbəsinin baş elmi işçisi, f\r.e.d. Rauf Qardaşovun “Geostasionar peykdən Günəş parıltısı yerinin təyini” monoqrafiyası müzakirə edildi, əsər alim həmkarları tərəfindən müsbət qiymətləndirildi və kitabın çapa təqdim olunması barədə qərar qəbul edildi.

Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü, t.e.d. Ramiz Məmmədov, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin baş elmi işçisi, c.e.d. Mahmud  Xəlilov və  Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdiri, k\t.e.n. İsmayıl Quliyevin birgə müəllifləri olduqları “Samur-Dəvəçi ovalığı torpaqlarının antropogen yolla dəyişdirilməsi”  məqaləsi müzakirə edildi və onun AMEA  YEB “Xəbərlər”inə təqdim edilməsi haqqında qərar qəbul edildi.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.e.d. Elbrus Əlizadə ilə Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, c.e.n. Sitar Tarixəzərin müəllifləri olduqları “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk” adlı monoqrafiyanın müzakirəsində əsərin adında kiçik dəyişiklik etməklə onun çapa təqdim edilməsi barədə qərar qəbul edildi.

Sonra kompleks elmi-tədqiqat layihələrinin hazırlanması haqqında  fikirlər öyrənildi və belə bir layihənin ilkin strukturu müzakirə edildi. Qərar qəbul edildi ki hazırlanmış layihə nümunə kimi şöbələrə paylansın.

 Çöl-ekspedisiya işlərinin təşkili məsələsi müzakirə edildi  və ekspedisiyaların eyni ərazilərdə eyni vaxtlarda keçirilməsi məqsədəuyğun hesab edildi.

Sonra qarşıdan gələn Beynəlxalq konfransa hazırlıq məqsədilə Coğrafiya İnstitutunun məlumat kitabçasının hazırlanması məsələsinə baxıldı, eləcə də İnstitutun Loqosu təsdiq edildi.

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .