Şöbənin adı: Xəzər dənizinin moritorinqi
Tel.: (994 12) 5392945
Faks:
Elektron poçtu:
Şöbənin rəhbəri: AMEA-nın müxbir üzvü, f/r e.d. Rauf Hacı oğlu Qardaşov
İşçilərin ümumi sayı: 6
Əsas fəaliyyət istiqamətləri:
Peyk və in-situ ölçmə məlumatları əsasında Xəzər dənizinin hidrofiziki (temperatur, səth axımları, dalğa və külək) sahələrinin; neft ilə çirklənmənin; sahil xəttinin dinamikasının; “dəniz suyunun rəngi”nin monitorinqi.
Əsas elmi nəticələri:
-
Dəniz səthindən Günəş və lazer şüalarının əks olması probleminin həlli üçün “Güzgü əks nöqtələt metodu”nun işlənməsi;
-
Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması;
-
Geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin dəqiq təyini metodunun işlənməsi;
-
Peyk təsvirlərindən coğrafi obyektlərin (sahil xətti, adalar, göllər) morfometrik xarakteristikalarının dəqiq təyini metodunun işlənməsi və bunu reallaşdıran proqram paketinin hazırlanması;
-
Peyk təsvirlərindən neft ləkələrinin yerinin və xarakteristikalarının təyini metodunun işlənməsi.
-
Ani və kəsilməz aşqar mənbələrinin tətbiqi ilə dəniz diffuziya eksperimentləri metodikasının işlənməsi.
-
h“Dəniz-atmosfer” qarşılıqlı təsirinin tərpənməz özüllü platformadan tədqiqi.
-
Xəzər dənizi səth qatı temperaturunun Yeri süni peykləri məlumatları əsasında tədqiqi
-
Xəzər dənizi səthində neft ləkələri dinamikasının öyrənilməsi.
-
Xəzər dənizi səthində aşqar diffuziyasının tədqiqi və külək sahəsinə görə parametrləşdirilməsi.