COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Aprel 2016 > >>
Bz Çr Çr Cm Şn Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

13.04.2016.

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin baş elmi işçisi, coğrafiya elmləri doktoru Mahmud Yusif oğlu Xəlilovun 85 yaşı tamam olub.

 Bu münasibətlə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov yubilyarı İnstitut kollektivi adından səmimi qəlbdən təbrik edib, ona uzun ömür, can sağlığı, coğrafiya elminin inkişafı yolunda tükənməz enerji və yeni-yeni nailiyyətlər arzulayıb.

Təbrik məktubunda deyilir: 

                                     Əziz Mahmud müəllim!

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmanızın 85, elmi-pedaqoji fəaliyyətinizin 60 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı və elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayır.

Siz, 1949-cu ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirərək 1954-1958-ci illərdə Moskva aerofoto meşə quruluşu sisteminin ekspedisiyasında uzaq Sibir meşələrində meşələrin quruluşu sahəsində öz bilik və bacarığınızı daha da təkmilləşdirmisiniz.

1959-cu ildən öz yaradıcılığınızı Azərbaycan EA torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqların eroziyasının öyrənilməsilə bağlamısınız. Bu sahədə böyük elmi-təcrübi biliklər topladıqdan sonra 1964-ci ildə “Qəbələ rayonunda torpaq eroziyası və onunla mübarizənin elmi əsasları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Bununla da Siz Azərbaycanda torpaqların eroziyasının təkamül dinamikasının elmi əsaslarını işlədiniz və ona qarşı təcrübi dəyərlərinizi verdiniz. Artıq 1990-cı ildə Siz “Azərbaycanın meşə ekosistemləri və onların antropogen dinamikası” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdiniz. O  vaxtdan etibarən Siz  Azərbaycanda torpaqların eroziyası və meşə ekosistemlərinin  elmi təhlili, təkamül dinamikası, xəritələşdirilməsi, tipoloji sistemləşdirilməsi və müasir meşəçiliyin elmi-nəzəri və metodoloji tədqiqatlarına dair yeni elmi ideyalar əlavə etmisiniz. Azərbaycanda qədim düzənlik meşələri və Tuqay meşələrinin strukturu və müasir vəziyyətinin öyrənilməsində də Sizin böyük xidmətləriniz olmuşdur. İlk dəfə olaraq meşələrin quruması səbəblərini Siz araşdırdınız. Ona görə elmi ictimaiyyət  Sizin bir alim kimi  elmi yaradıcılığınızı həmişə yüksək qiymətləndirmişdir.  Siz meşələrimizə bizim milli dəyərimiz kimi baxmış, onların qeydinə qalmışınız,  bizim hər birimizin vətəndaşlıq borcu olduğunu göstərmisiniz!  

Respublikamızın düzənlik meşələrinin  fitosenaloji  təsnifləşdirilməsi də Sizin adınızla bağlıdır. Arid meşələrin  coğrafi qanunauyğunluqları barədə də fikirləriniz diqqətəlayiqdir. Azərbaycanda meşələrin yuxarı sərhədinin antropogen dinamikası sahəsindəki fikirləriniz   bilavasitə coğrafi şəraitin poleocoğrafi təkamül tarixi ilə üst-üstə düşür.

Əziz Mahmud  müəllim! Siz artıq 30 ildən  çoxdur ki, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda  çalışırsınız.  Uzun müddətdir şöbə rəhbəri kimi fəaliyyət göstərirsiniz. Bu gün də özünüzün zəngin elmi-təcrübi biliklərinizi, elmin yeniliklərini ali məktəblərimizdə gənclərimizə aşılayırsınız. AMEA Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüsünüz. Bunların hamısı özlüyündə Azərbaycanda müasir coğrafiya elminin gələcəyinə və coğrafiyaçı kadr potensialına böyük ümidlər verir.

Hörmətli Mahmud müəllim! Həqiqətən çoxillik elmi fəaliyyətiniz və 85 yaşınız  şərəfli ömür yolunuzun ən layiqli göstəricisidir. İcazə verin,  Sizi bir daha bu tarixi yaddaş  günü münasibətilə ürəkdən təbrik edək.  Şərəfli ömür yolunda Sizə möhkəm cansağlığı və elmi fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

 

 

Hörmətlə,

AMEA akad. H.Əliyev  adına  Coğrafiya

 İnstitutunun  direktoru, 

akademik     R.M.Məmmədov

 

Həmkarlar İttifaqının  sədri,

 c.ü.f. doktoru   H.T. Haqverdiyev

 

 

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .