COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Noyabr 2015 > >>
Bz Çr Çr Cm Şn Bz
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 26 27 28 29
30            

25.XI.2015

Son oniliklərdə iqlimin “sürətlə” dəyişməsi ətraf mühitə mənfi təsir göstərməklə insanların iqlim dəyişmələrinə həssaslığını artırır.

Dünyada baş verən qlobal iqlim dəyişmələrinin təzahürlərindən biri də “isti hava dalğaları”nın (IHD) təkrarlanması və davamiyyətinin artmasıdır. 2003-cü ildə Avropada yayda anomal istilər və onu törətdiyi fəsadlardan sonra ( avqust ayında 40 min əlavə ölüm halı) bu problem xüsusilə aktual oldu.

Təhlillər göstərir ki, son onilliklərdə  Abşeronda yay aylarında havanın orta maksimal temperaturu  xeyli artmışdır. Bu artım iyunda 0,9 oC, iyulda 1,1 oC və ən çox  avqustda olmaqla 2,2 oC təşkil etmişdir. Buna görə də Abşeron yarımadasında yay aylarında kəskin istilər zamanı “isti hava dalğalarının” təkrarlanması və davamiyyəti tədqiq edilmişdir. Ümumdünya Meteorologiya Təşkilatının tövsiyyəsinə görə  isə “isti hava dalğası” havanın sutkalıq maksimal temperaturunun orta maksimal temperaturdan  5°С  və daha yüksək olan günlərin  fasiləsiz olaraq 5 gün və daha çox davam etdiyi  dövr  hesab edilir.  

Bakı şəhərində yay təqvim mövsümündə (iyun-avqust) müşahidə edilən İHD-nı müəyyən etmək üçün ÜMT-nın yuxarıda qeyd edilən kriteriyaları götürülmüşdür. Bu zaman Bakı meteorologiya stansiyasının yarıməsirlik havanın gündəlik maksimal temperaturlarına dair məlumatlarından istifadə edilmişdir. İHD müəyyənləşdirilən zaman müqaisə üçün iki dövr ayrılmışdır: 1) baza dövrü (1961-1990-cı illər); 2) son 25 ili əhatə edən dövr.

Hər iki dövr üçün havanın sutkalıq maksimal temperaturlarının iyun, iyul, avqust ayları üzrə havanın orta maksimal temperaturu, standart meyletmə, 90 və 95% prosentil kimi  bəzi statistik göstəriciləri hesablanmışdır. Hər bir ay üçün düzhətli trendlər üzrə qiymətləndirilmə aparımışdır. Həmçinin İHD-sı zamanı yerüstü sə yüksəklik sinoptik xəritələr təhlil edilərək yay aylarında İHD-sı zamanı səciyyəvi sinoptik şərait müəyyən edilmişdir.

Arid iqlim şəraiti ilə səciyyələn Abşeron yarımadasında yay mövsümü davamlı olaraq isti və quraq keçir.  Lakin son onilliklərdə Bakı şəhəri və Abşeron yarımadasında yay aylarında müsbət temperatur anomaliyaları üstünlük təşkil edir və çoxillik iqlim normasından xeyli yüksək temperaturların müşahidə edilməsi artıq adi hala çevrilib və son 15 ilin müşahidə məlumatları bunu təsdiq edir.

Havanın sutkalıq maksimal temperaturlarının statistik göstəricilərindən görünür ki, son illərdə yay ayında havanın orta maksimal temperatur göstəriciləri xeyli artmışdır. Bu artım iyunda 0,9 oC, iyulda 1,1 oC və ən çox  avqustda olmaqla 2,2 oC təşkil etmişdir. Təhlillər göstərir ki, baza dövrü ilə müqaisədə son 25 il ərzində maksimal temperaturların dəyişkənliyi, xüsusilə avqust ayında artıb.

Müxtəlif fəsillərdə, o cümlədən yay mövsümündə Azərbaycanda müşahidə olunmuş anomal temperaturlar və onların yaranmasına səbəb olan sinoptik şərait iqlimşünas alimlərimiz tərəfindən müəyyən qədər tədqiq olunmuşdur (Mədətzadə, Əliyeva, 1974; Əliyeva 1979; Əliyeva, Nəbiyev, 2003). Lakin həmin araşdirmaların əksəriyyəti müasir dövrlə müqaisədə iqlimin nisbətən “sabit” dövrundə alınan müşahidə məlumatları ilə məhdudlaşmışdır. Həmin dövrdə “isti hava daığası” anlayıyı tədqiqatçılar tərəfindən istifadə olunmamışdır. Dünyada baş verən Qlobal iqlim dəyişmələri elmi dairələrdə artıq yeni anlayışların (terminlərin) formalaşmasına səbəb olur.

Araşdırmalar göstərir ki, kecən əsrin 60-90-cı ilərində Bakıda cəmi 2 “isti hava dalğası” qeyd edildiyi halda  son 25 il ərzində 17 “isti hava dalğası” hadisəsi müşahidə edilmişdir. “İsti hava dalğa”larının sayının artması ilə yanaşı onların davamiyyəti də artmışdır. Əvvəllər kəskin istilərin davamiyyəti 6 gündən cox olmadığı halda, son illərdə onların fasiləsiz davamiyyəti 8-12 günədək artmışdır. 100 ildən artıq  müşahidə dövrü ərzində  2010-cu ildə ən isti yay qeydə alınmışdır ki, həmin il “isti hava dalğası”  24 gün davam etmişdir.

İHD müəyyən sinoptik proseslərlə bağlıdır. Bu proseslərin təhlili göstərir ki, Abşeron yarımadasında İHD əsasən  Şimali Afrika və Yaxın Şərqdən qızmar tropik hava kütlələrinin Cənubi Qafqaza davamlı  müdaxiləsi nəticəsində yaranır. Bu zaman orta troposferdə hava kütlələrinin cənub, cənub-qərb axınları üstünlük təşkil edir və Cənubi Qafqaz üzərində isti yal müşahidə edilir. Bu da şimal və mülayim enliliklərdən nisbətən sərin hava kütlələrinin Pespublika ərazisinə daxil olmasını əngəlləyir. Yer səthində isə hava şəraitini adətən azqradiyentli təzyiq sahəsi təyin edir. Misal kimi 2014-cü ilin avqust ayı ərzində anomal isti hava şəraitini şərtləndirən sinoiptik proseslər və meteoroloji şərait təhlil edilmişdir. Ay ərzində Abşeron yarımadası və Bakı şəhərində iki İHD hadisəsi müəyyən olunmuşdur. Avqustun birinci ongünlüyünün ayrı-ayrı günlərində normadan yüksək temperatur qeydə alınsa da, bu istilər davamlı olmayıb.  

Avqustun 16-da yerüstü xəritələrdə  ölkə ərazisi Qazaxıstan antisiklonunun cənub-qərb yalı,  ayın 17-18-də az qradiyyentli nisbətən alçaq təzyiq sahəsi, 19-20-də cənub siklonunun ön hissəsinin təsiri altında olmüşdur. Yüksəklik xəritələrində (500 mb səthin mütləq topoqrafiya xəritələrində) həmin günlərdə geniş əhatəli isti yal və cənub-qərb axınları ilə  Şimali Afrika və yaxın Şərq ölkələrindən qızmar hava kütlələrinin ölkə ərazisinə davamlı müdaxiləsi müşahidə olunmuş, Abşeron üzərində avqustun 19-20-də 592-593 hPa qeyd edilmişdir. Nəticədə avqustun 16-dan 20-dək Baki şəhəri və Abşeron yarımadasında  birinci İHD hadisəsi qeydə alınmış, havanın maksimal temperaturu  Bakı və Abşeronda 35-39oC olmuş, 19-da ən yüksək temperatur Maştağada  müşahidə edilmişdir (40,1oC).  Belə  yüksək temperaturlar zəif külək və şəlakətlə müşayiət olunmuş, cənub, cənub-şərq küləklərinin üstünlüyü isə  havada rütubətliyin artmasına, günün bəzi saatlarında bürkülü havanın yaranmasına  səbəb olmuşdur. Belə hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssa insanlar üçün isə riskli qiymətləndirilir. Həmin günlərdə Bakı şəhəri Təcili və təxirəsalınmaz  yardım stansiyasının məlumatına əsasən ümumən 12 günvurma hadisəsi qeydə alınmışdır. İkinci İHD hadisəsi isə avqustun 23-29-da baş vermişdir. İsti hava dalğalarının tədqiqi qabaqcadan xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə töhvə verə bilər. Yay aylarında əhalinin gözlənilən «isti hava dalğası» barəsində vaxtında xəbərdar edilməsi kəskin istilərə uyğunlaşma prosesinə köməklik göstərməklə böyük praktiki əhəmiyyət daşıyır.

İqlim və aqroiqlim şöbəsinin əməkdaşları:

e.i. C.Əhmədova

a.e.i., c.ü.f.d. U.Tağıyeva

 

 

 

(Şəkil 1. Диаграмма) 

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .