Təvəllüdü: 19 aprel 1931
Təhsili: Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Vəzifəsi: baş elmi işçi
Elmi dərəcəsi: coğrafiya elmləri doktoru
Dissertasiyanın ixtisas şifri və ixtisasın adı: 5408.01 - Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftın geofizikası və geokimyası
Elmi tədqiqat sahələri: meşəçilik, biocoğrafiya, ekologiya, torpaqşünaslıq
Əsas elmi nəticələr: Elmi fəaliyyət dövründə respublikanın dağlıq meşə ərazilərində meşə əkini fondu torpaqları tədqiq edilmiş və onların meşə meliorasiya üsulları hazırlanmışdır. Kürqırağı tuqay meşələrinin müasir vəziyyətini əks etdirən irimiqyaslı xəritə tərtib edilmiş, tuqay meşələrin bərpası üzrə elmə əsaslanmış tədbirlər sistemi hazırlanmışdır.
Respublikanın dağ və düzən meşə ekosistemlərinin yayılması qanunauyğunluqları, onların antropogen dinamikası tədqiq edilərək əsaslı elmi nəticələr əldə edilmişdir. Alınan elmi nəticələr biocoğrafiyanın tətbiqi istiqamətinə yönəldilmişdir : üç xarakterik dağ regionu üzrə meşənin təbii (ilkin) və müasir (antropogen) vəziyyətini göstərən xəritələr tərtib edilmiş və bu xəritələr əsasında bitki örtüyündən səmərəli istifadə etmək, meşələrin qoruyucu funksiyasını yüksəltmək üzrə tədbirlər sistemini əks etdirən xəritələr hazırlanmışdır.
Elmi-tədqiqat nəticəsində respublika ərazisində hələ öz təbii vəziyyətini az-çox saxlamış qiymətli meşə obyektləri aşkar edilmiş və onların mühafizəsi üzrə təkliflər hazırlanmışdır.
Tədqiqatların nəticələri bir sıra layihələrin hazırlanması və meşə təsərrüfatları tərəfindən meşə örtüyünün bərpası və mühafizəsi işində tətbiq olunur.
Xidməti telefon: (994 12) 5398348
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı : 192
Əsas elmi əsərlərin adları:
Прикуринские тугайные леса Азербайджана (монография). Изд. «Элм». Баку. 1974. 136 с.
Dekorativ yaşıllaşdırma “Gənclik”. Bakı. 1982. 88 s. (kitabça)
Yaşıl sərvətin keşiyində “Gənclik”. Bakı. 1982. 100 s. (kitabça)
Судьба леса в руках человека. Азерб.гос.изд. Баку. 1983. 110 с. (моног)
Azərbaycanın eroziyaya uğramış dağ yamaclarında qozmeyvəlilərdən ibarət sənaye əhəmiyyətli plantasiyaların salınması, “Elm” 2002. 472 s. (monoqrafiya)
Təbiətin yaşıl libası “Gənclik”. Bakı. 1988. 98 s. (kitabça)
Dendrologiya. “Ekologiya”. 2000. 261. s (ali məktəblər üçün dərslik)
Meşə və onun heyvanat aləmi “Ekologiya”. 2000.112. s. (kitabça)
Azərbaycanın meşələri. Bakı “Elm”. 2008. 728 səh. (monoqrafiya)
Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı “Elm”.2005. 880.s.(monoqrafiya)
Ekologiya, ətraf mühit və insan. Bakı. “Elm”. 2006. 608 s. (ali məktəblər üçün dərslik)
Ensiklopedik ekoloji lüğət. Bakı “Elm”. 2008. 728 s.
Ekoloji atlas (azərbaycan-rus dillərində). Bakı-kartoq.fabriki. 2009. 156 s.
Aqroekologiya. Bakı. “Elm” 2010. 512.s. (ali məktəblər üçün dərslik)
Ekoloji atlas (azerb-ingilis dillərində). Bakı-kartoq.fabriki. 2010. 168 s.
Aqroekologiya (Metodologiya, texnologiya, iqtisadiyyat). Bakı “Elm”. 2011 (ali məktəblər üçün dərslik). 448 s.
Azərbaycan. Ekoturizm potensialı: “Şərq-qərb” nəşr. 2012, I cild – 360 s., II cild – 420 s.
Təltif və mükafatlar: “Azərbaycanın meşələri” monoqrafiyası akad. H.Ə.Əliyev adına mükafata layiq görülmüşdür.