14.10.2016

Oktyabrın 14-də c.e.d. Hüseyn Xəlilovun sədrliyi ilə keçən Coğrafiya İnstitutunun

Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Cəfərova Firuzə Mübariz qızının “Böyük Qafqazda heyvandarlığın ərazi təşkilinin iqtisadi-coğrafi tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.

Dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyi, iddiaçının elmi-tədqiqat aparmaq qabiliyyətinin  olduğunu, dissertasiya işinin tətbiqinin Azərbaycanın kənd təsərrüfatına müsbət təsir edə biləcəyini, dissertasiyanın elmi və praktiki əhəmiyyətini nəzərə alaraq, onun  növbəti mərhələyə buraxılması haqqında yekdilliklə qərar qəbul edilib.