11.11.2016

Noyabrın 11-də   akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu dissertasiya şurasının

iclasında 5406.01 – hidrologiya  ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Kəmalə Gülhəsən qızı Novruzovanın “Dənizdə neft məhsullarının yayılmasına nəzarət sisteminin elmi əsasları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.

K. Novruzovaya   coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilib.