TARİX

Şöbə 1969-cu ildə akademik H.Ə. Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutu nəzdində keçmiş SSRİ miqyasında ilk “Təbiəti mühafizə” şöbəsi kimi fəaliyyətə başlamışdır.

Şöbəyə ilk rəhbərliyi professor Ə.C. Əyyubov, sonralar isə Azərbaycan EA müxbir üzvləri K.Ə. Ələkbərov, Ş.B. Xəlilov etmişlər. 

 

TƏDQİQAT İSTİQAMƏTLƏRİ VƏ MÖVZULARI

 Şöbənin əsas tədqiqat istiqaməti Respublikanın regionlarının ekocoğrafi vəziyyətinin araşdırılması və onların təbii və antropogen fəsadlarının aradan qaldırılması üçün elmi praktiki təkliflərin hazırlanması.