Əməkdaşlar: 9 nəfər

 

Əzizov Şamil Kamil oğlu – 1954-cü ildə anadan olub, 25.00.23 – “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası”, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Əsas istiqamətləri: Azərbaycanın təbii komponentlər xəritələrinin tərtibi; tematik xəritələrin, atlasların təhlili; landşaft xəritələrinin generalizasiyası, landşaft xəritəçiliyinin və morfometriyanın ayrı-ayrı məsələlərinin öyrənilməsi; landşaft-ekoloji, toponimik xəritələrin tərtibi və s.

Hal-hazırda “Kartoqrafik metodla landşaftların tədqiqi” adlı monoqrafiya üzərində gedən tədqiqat işləri son mərhələsindədir.

50-dən çox əsərin müəllifidir.

 

Abbasova Mahirə Əkbər qızı – 1947-ci ildə anadan olub, 25.00.24 – “Toponimika”, coğrafiya üzrə fəlsəfə doktoru, elmi işçi

Əsas elmi nailiyyətləri: Azərbaycan toponimiyasının öyrənilməsində xüsusi xidmətləri olmuşdur. Coğrafi adlar sahəsində apardığı araşdırmaların nəticələrindən Azərbaycanın  müxtəlif məzmunlu fiziki, coğrafi, topoqrafik, siyasi-inzibati və xüsusi toponimik xəritələrin tərtibində istifadə olunmuş və olunmaqdadır.

20-dən çox elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.

 

 Məmmədova Xanım İsgəndər qızı – 1934-cü ildə anadan olub, elmi işçi.

Əsas elmi nailiyyətləri: Müxtəlif məzmunlu və miqyaslı tematik xəritələrin tərtibində, redaktə olunmasında iştirak edir. Azərbaycan Respublikasının coğrafi adlarının toponimik araşdırılması, sistemləşdirilməsi ilə məşğuldur.

Bir neçə elmi əsərin müəllifidir.

 

Mizəzadə Ofeliya Yəhya qızı – 1943-cü ildə anadan olub, elmi işçi.

Əsas elmi nailiyyətləri: Müxtəlif məzmunlu və miqyaslı xəritələrin tərtibində, təhlilində və redaktə olunmasında yaxından iştirak edir. Azərbaycanın inzibati rayonlarının fiziki, landşaft-ekoloji xəritələrinin əsas tərtibatçılarından və toponimik xəritələrin müəlliflərindən biridir.

Tərcümə işlərini  yüksək səviyyədə yerinə yetirir.

 

 Məmmədova İradə Əbdülağa qızı – 1959-cu ildə anadan olub, elmi işçi.

Əsas elmi nailiyyətləri: Şöbədə başa çatdırılan toponimik elmi-tədqiqat işlərinin əsas icraçılarından biridir.

Hal-hazırda Azərbaycan Respublikasının ayrı-ayrı regionlarının toponimik araşdırılması, sistemləşdirilməsi və toponimik lüğətlərin tərtib olunmasında yaxından iştirak edir.

 

Rəhimova Almaz Sabir qızı – 1971-ci ildə anadan olub, elmi işçi.

Əsas istiqamətləri: Azərbaycanın ayrı-ayrı inzibati rayonlarının fiziki, coğrafi xəritələrinin tərtibi. Bakı Xəritəçilik fabrikindən göndərilən xəritə və atlasların yoxlanılması və dəyişikliklərin edilməsi; Azərbaycan rayonlarının coğrafi adlarının toponimik araşdırılması və sistemləşdirilməsi.

 

Məmmədova Flora Vahid qızı – 1966-cı ildə anadan olub, elmi işçi.

11 elmi əsərin müəllifidir.