TARİX

“Pirqulu coğrafi tədqiqatlar stasionarı” 1970-ci ildə mərhum akademik Həsən Əlirza oğlu Əliyevin təşəbbüsü ilə Coğrafiya İnstitutun əsas tədqiqat istiqamətlərindən biri kimi torpaq coğrafiyasının öyrənilməsi məqsədilə Pirqulu qoruğu ərazisində stasionar tədqiqatlar məntəqəsi kimi yaradılmışdır.

Sonradan məntəqə şöbə statusu alaraq ilk rəhbəri k.t.e.d. Xudaverdi Həsən oğlu Həsənov olmuşdur.

1994-cü ildən hal-hazırkı vaxta şöbənin müdiri baş elmi işçi, k.t.ü. f. d. Çingiz Gülalı oğlu  Gülalıyevdir. 

 

TƏDQİQAT İSTİQAMƏTLƏRİ VƏ MÖVZULARI

 Torpaq, bitki, atmosfer sistemlərində gedən dəyişikliklər, hidrofiziki (rütubətkeçirmə, torpaq nəmliyinin potensial təzyiqi, rütubət rejimi), istilik-fiziki (istilik rejimi, istilik tutumu, istilik mənimsəmə əmsalı, temperaturkeçirmə və istilikkeçirmə əmsalı) və elektrik-fiziki (xüsusi elektrikkeçirmə əmsalı, dielektrik nüfuzluğu, dielektrik  itki bucağının tangensi, stasionar elektrik sahəsi, xüsusi elektrik müqaviməti) xassələrinin təsiredici amillərdən (torpağın sıxlığından, rütubətlənmə dərəcəsindən, torpağın xüsusi səth sahəsindən, elektrik sahəsinin tezliyindən, torpağın fiziki-kimyəvi tərkibindən və s.) asılılıqlarının laboratoriya və çöl şəraitində tədqiqindən ibarətdir.

 

 

ƏSAS NƏTİCƏLƏR, NAİLİYYƏTLƏR

“Pirqulu coğrafi tədqiqatlar stasionarı” yarandığı vaxtdan ak. H.Ə. Əliyevin rəhbərliyi altında “torpaq-meşə-atmosfer” sistemləri arasında qarşılıqlı əlaqə, “İnsan və Biosfer” Beynəlxalq bioloji proqram üzrə meşə biogeosenozu komponentlərinin, xüsusilə, meşə bitkiləri və torpaq örtüyü arasında qarşılıqlı əlaqə  problemləri öyrənilmişdir.

Şaquli zonalılıq prinsipi əsasında torpaqların hidrofiziki, istilik-fiziki  və elektrik-fiziki  xassələri ilə torpağın qranulometrik və nəmliyi arasında empirik asılılıqlar alınmışdır.

 

 ƏSAS NƏŞRLƏR

Əliyev H.Ə., Həsənov X.H.. Meşələrin torpaq proseslərinə təsiri. “Elm” nəşriyyatı, Bakı, 1973. 112 c.

Гасанов Х.Н. Климат почв и биологический круговорот веществ. Баку, “Элм”, 1980, 100 с.

Gülalliyev Ç.G. Böyük Qafqazın cənub-şərq hissəsində çürüntülü-karbonatlı dağ-meşə torpağın temperaturkeçirmə xassəsi // Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin əsərləri, X  cild, II  hissə, Bakı, 2005, s. 55-60

Gülalliyev Ç.G. Pirqulu stasionarı və ona yaxın ərazilərdə ekoloji şərait və torpağın hidrofiziki funksiyası // Coğrafiya Cəmiyyətinin əsərləri, IX cild, Bakı, 2004. s. 386-392

Gülalıyev Ç.G. Çürüntülü karbonatlı-dağ meşə torpaqların istilik rejiminin modelləşdirilməsi // Azərbaycan Coğrafiya cəmiyyətinin əsərləri, XI cild, Bakı, 2007, s.76-80