Əlizadə Elbrus Kərim oğlu

4 mart 1957-ci ildə Ağdaş rayonun Aralbir kəndində anadan olub.

1974-1979-cu illərdə Azərbaycan Dovlət Universitetində (indiki BDU) geologiya-coğrafiya fakültəsinin coğrafiya bölməsində oxuyub. 1979-cu ildə oranı fərqlənmə dıplomu ilə bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna göndərilmiş və "Aerokosmik metodların coğrafi tədqiqatlara tətbiqi" laboratoriyasına işə qəbul olunmuşdur.

1984-cü ildə 25.00.25 - "Geomorfologiya və təkamül coğrafiyası" ixtisası üzrə dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.

2004-cü ildə isə 25.00.25 - "Geomorfologiya və təkamül coğrafiyası" ixtisası üzrə doktorluq dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru elmi dərəcəsi aldı.

2014-cü ildə AMEA-nın  müxbir üzvü seçilmişdir. 

AMEA Rəyasət Heyətinin 3 iyul 2013-cü il tarixli qərarı ilə akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiq edildi və indi də bu vəzifədə çalışır.

2005-ci ildən BDU-nun coğrafiya fakültəsinin "Fiziki Coğrafiya" kafedrasının professoru vəzifəsində əvəzçiliklə çalışır.

2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Yer Elmləri ixtisasları" üzrə Ekspert Şurasının üzvü, 2011-ci ildən isə elmi katibidir.

Hal-hazırda Əlizadə E.K. YUNESKO-nun nəzdində Rusiya Federasiyasının Vladikavkaz şəhərində fəaliyyət göstərən "Dağların tarazlı inkişafı" elmi mərkəzinin Müşahidəçilər Şurasının üzvüdür, Azərbaycan Coğrafiya Cəmiyyətinin Prezidiumunun üzvü, AMEA-nın nəzdində fəaliyyət göstərən "Respublika Coğrafiya üzrə Əlagələndirmə Komissiya"sının sədridir.

2001-ci ildən TQDK nəzdində "Coğrafiya" üzrə Elmi Seminarın və Ekspert Şurasının sədri, 2003-cü ildən isə Təhsil Nazirliyinin Coğrafiya üzrə elmi metodik şurasının sədr müavinidir.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamına  əsasən  həmmüəllifi olduğu "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə  elm sahəsi  üzrə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

 

Əsas elmi nailiyyətləri: Azərbaycan ərazisinin dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materialların deşifrələnmə materiallarının tətbiqi ilə tədqiqi, kosmik şəkillərin struktur-geomorfoloji deşıfrələnmə metodlarının işlənilməsi, geomorfoloji risklərin qiymətləndirilməsi, geodinamik-gərgin ərazilərin öyrənilməsi, Böyük və Kiçik Qafqaz dağlarının, geosistemlərinin ekogeomorfoloji tədqiqi, müasir dağ ekegeokomplekslərinin formalaşmasına, kompleks endo-ekzodinamiki amillərin təsir dərəcələrinin müəyyən edilməsi.

 

Tel.: (+994 12) 539 35 41

Fax: (+994 12) 539 35 41

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Əlizadə E.K. 160-dan artıq elmi və elmi-pedaqoji əsərlərin, o cümlədən, 2 monoqrafiyanın, 1 kitabın, 115 məqalənin, 2 dərsliyin, 3 dərs vəsaitinin, bir necə xəritənin və 40-a yaxın elmi-metodiki vəsaitlərin müəllifdir.

Seçilmiş məqalələr:

  1. Экзоморфодинамика рельефа гор и ее оценка (на примере северо-восточного склона Большого Кавказа). Bakı, 2010. – monoqrafiya
  2. Морфоструктурное строение горных сооружений Азербайджана и сопредельных территорий. Bakı, 1998 – monoqrafiya
  3. Особенности морфоструктурного дешифрирования КС зоны сопряжения морфотектонических блоков (на примере восточной части Малого Кавказа). «Геоморфология», РАН, Moskva, 2001, № 1
  4. Problems of research of the ecologic-geomorphological hazards in mountain constructions within Azerbaijan. “Geomorphologia Slovaca, Vol. III, 2003, No. 1, Bratislava
  5. Some methodical problems of the quantitative rating of ecological hazards in mountain geosystems of the Azerbaijan. International Workshop at Balea-Fagaras Massif (Romanian Carpathians), 2004
  6. Антикавказская секторальность в развитии и дифференциации ландшафтов Восточного Кавказа. V Международная  конференция «Устойчивое развитие горных территорий: проблемы и перспективы интеграции науки и образования», Владикавказ, 2004.
  7. Особенности дифференциации процессов экзоморфогенеза на южном склоне Большого Кавказа и их влияние на устойчивое развитие горных геосистем. V Международная конференция «Устойчивое развитие горных территорий: проблемы и перспективы интеграции науки и образования», Владикавказ, 2004.
  8. Морфоструктурный анализ рельефа азербайджанской части Большого Кавказа. Геоморфология. М. 1984, №4., с. 47-53. (в соавторстве с Б.А. Будаговым, А.А. Микаиловым, А.С. Алиевым)
  9. Выявление «каркаса» морфотектонических блоков восточной части Малого Кавказа и сопредельных территорий по КС. Геоморфология, АН СССР, 1991, № 4, с. 51-57.
  10. Complex methods of mapping of morphostructures the zones of interplate contiguity of the Eastern Caucasus on the basis of interpretation of Space photos. Materials Cartographic Conference 10-th General Assembly of ISA (September 3-rd - 9-th 1995). Barselona, 1995, р. 158-163 (co-author - B.A. Budagov)
  11. Эколого-геоморфологические наиболее опасные зоны Восточного Закавказья (выявленные по материалам дешифрирования КС).«Оценка и управление природными рисками» - Материалы Всероссийской конференции "Риск - 2003". М.: Изд-во Ун-та Дружбы народов. Т.1. 2003., с. 37-42
  12. Активные морфотектонические зоны Восточного Азербайджана (на основе материалов КС). XXVIII Пленум геоморфологической комиссии РАН «Рельефообразующие процессы: теория, практика, методы исследования». 20-24 сентября, 2004
  13. Очаги зарождения экстремальных экзодинамических явлений в районах развития активных альпийского типа дизъюнктивных морфоструктур. Москва, МГУ, VI Щукинские чтения, 2010, с. 30-32.
  14. Проблемы воздействия эколого-социальных угроз и рисков на устойчивое развитие регионов Азербайджана. Известия, Серия географическая, РАН, Москва, 2011, №4, с. 54-62. (в соавторстве с Будаговым Б.А., Мамедовым Р.М.,  Исмаиловым М.Д., Исматовой Х.Р., Эминовым З.Н.)
  15. Усиление экологической напряженности в горных геосистемах в условиях активизации опасных геоморфологических процессов (на примере Азербайджана). 34-th International geological congress “The modern problems of geology and geophysics of Eastern Caucasus and the South Caspian depression”, Australiya, 2012, p.35-52 (в соавторстве с Тарихазер С.А.)
  16. Geomorphology's Role in Biology of Arasbaran - Garadagh Forests. American Journal of Scientific Research ISSN 2301-2005 Issue 75, September, 2012, pp. 78-84 © EuroJournals Publishing, Inc. 2012 (в соавторстве Дж.Ш. Азган)