23.11.2016

Noyabrın 23-də AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti birgə  iclasında  “Ekocoğrafiya”

şöbəsinin kiçik elmi işçisi Hacıyeva Gülnar  Nuru qızının  “Dağ geosistemlərinin mənimsənilməsinin  ekocoğrafi xüsusiyyətlərinin tədqiqi  (Böyük Qafqazın şimal-şərq yamacı timsalında)” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi təbii coğrafi şəraitin, ərazinin torpaq və bitki örtüyünün mənimsənilmə nəticəsində dəyişilməsini  tədqiq etmiş, hipsometrik hündürlüklər üzrə relyefin və iqlimin göstəricilərinə  əsaslanaraq  ərazinin mənimsənilmə dərəcəsini təyin etmişdir. G.Hacıyeva ekoloji problemləri nəzərə alaraq müasir aqrotexnik qaydalara riayət etməklə  mənimsənilən və mənimsənilmə potensialı  olan ərazilərə dair elmi-praktiki təkliflər irəli sürmüşdür.

Sonra Musayev Akif Zakir oğlunun c.ü.f.d. elmi dərəcəsi almaq üçün dissertasiya mövzusu  adının və elmi rəhbərinin  dəyişdirilməsi, c.ü.f.d. Rəfail Abdullayevə dosent elmi adının verilməsi  məsələlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.