Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.

Öncə R.Məmmədov Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusovu 60 illik yubileyi münasibətilə Coğrafiya İnstitutunun kollektivi adından təbrik edərək ona elmi və ictimai fəaliyyətində uğurlar arzu etdi.

Sonra c.ü.f.d. Mövlud Teymurovun “Su ehtiyatlarından istifadənin müasir vəziyyəti və 2050-ci ilə qədərki dövr üçün təminat səviyyəsinin proqnozlaşdırılması” mövzusunda məruzəsi dinlənilib. Müəllif Zəki-Zaqatala zonası timsalında heyvandarlıq, sənaye, əhali, energetika və s. üzrə su təminatının təsnifatını aparmış, suvarılan əkin sahələrinin dinamikasını göstərmiş, 2050-ci il üçün su təminatının 8% azalacağının fərz olunduğunu qeyd etmişdir.

C.e.d. Neron Babaxanov “Masallı rayonunun termal suları və onlardan səmərəli istifadə” mövzusunda məruzəsi ilə  çıxış etdi. O, Azərbaycanda 1000-dən artıq termal suların olduğunu qeyd edən alim onlara dövlət qayğısının və nəzarətinin artırılmasının, onlardan düzgün istifadənin vacibliyini diqqətə çatdırdı. Məruzəçi həmçinin Coğrafiya İnstitutu alimlərinin termal suların tədqiqinə daha artıq  diqqət ayırmalarını  arzuladığını bildirdi.