Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın

“Böyük Qafqazın termal və mineral su ehtiyatlarının iqtisadi-coğrafi tədqiqi” və Vüsal Cavadovun “Quba-Xaçmaz iqtisadi rayonunun kənd təsərrüfat strukturunda baş verən müasir regional dəyişikliklər və onların idarə olunması” mövzusunda yazdığı dissertasiya işi haqqında məruzəsi dinlənilib.  Müzakirələrdən sonra hər iki dissertantın  növbəti mərhələyə buraxılması haqqında  qərar qəbul edilib.