12.04.2017

AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də

keçirilən növbəti birgə iclasında  c.ü.f.d. Xəyyam Rəhimovun “İqlim dəyişmələrinin bitkiçiliyə təsiri və ona qarşı adaptasiya tədbirlərinin işlənilməsi” və c.ü.f.d., dos. Mirnuh İsmayılovun “Kür dağarası çökəkliyi landşaftlarının struktur-genetik xüsusiyyətləri və onların təbii-ekoloji potensialının qiymətləndirilməsi” və “Böyük Qafqaz landşaftlarının inkişafının geoekoloji şəraitinin zaman və məkan dəyişkənliyi” mövzusunda hesabat məruzələri dinlənilib.

Sonra c.ü.f.d. Qalib Rüstəmova  dosent elmi adı verilməsi məsələsinin müzakirəsi keçirilib.