Martın 7-sində 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə konfrans zalında yığıncaq keçirildi.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü prof. Ramiz Məmmədov qadın kollektivini bu gözəl bayram münasibətilə təbrik etdi,onlara ailə səadəti, qadın xoşbəxtliyi, işlərində uğurlar dilədi, ürəklərindən məhəbbətin əksik olmamasıını, hər zaman gözəl, təravətli qalmalarını arzu etdi. Bildirdi ki, bir il sevgilə  yaşamaq yüz il sevgisiz yaşamaqdan yaxşıdır.

İnstitutun həmkarlar təşkilatının sədri, coğrafiya elmləri namizədi Habil Haqverdiyev, coğrafiya elmləri doktoru Xalid Tanrıverdiyev də bu arzulara qoşularaq qadınları təbrik etdilər, öz ürək sözlərini çatdırdılar.