Institutun 8 may 2013-cü ildə keçirilən elmi seminarında “Azərbaycanda paleocoğrafi tədqiqatların inkişafı tarixi” mövzusunda Nuridə Aləm qızı İsmayılovanın məruzəsi dinlənildi

. Qeyd edildi ki, müasir dövrdə qlobal ekoloji problemlərin kəskinləşdiyi dövrdə ölkə ərazisində gərgin geodinamik proseslərin paleocoğrafi tədqiqatların əhəmiyyəti durmadan artır.

       Çıxış edənlər – AMEA-nın müxbir üzvü R.Məmmədov, c.e.doktorları X.Tanrıverdiyev, E.Əlizadə və b. aparılan tədqiqatların nəticələrini araşdırmaqla, gələcəkdə paleocoğrafi şəraitin müasir elmi-nəzəri əsaslarla öyrənilməsini genişləndirməyin lazımlığını qeyd etdilər.