1.Coğrafiya İnstitutunun iyunun 19-da baş tutan növbəti elmi seminarında Bakı Dövlət Universutetinin doktorantı Seymur Qadir oğlu Həsənov "Türkiyə Respublikasında turizm bazarının formalaşmasının iqtisadi-coğrafi xüsusiyyətləri" mövzusunda  məruzə ilə çıxış etdi,verilən sualları cavablandırdı.

Məruzə ətrafında müzakirələrdə çıxış edən c.e.d.Telman Tatarayev, Elbrus Əlizadə, c.e.n.Habil Haqverdiyev, Nəriman Paşayev və c.məruzəçinin çıxışını dəyərləndirməklə bərabər ona öz iradlarını da bildirdilər. tədqiqat işinin daha çox Azərbaycanla əlaqədar hissəsinə yer ayırmasını,Türkiyə turizminin inkişafındakı təcrübənin respublikamızda tətbiq edilməsi məsələlərinə diqqəti artırmağı tövsiyə etdilər.

2.İnstitutun direktor əvəzi, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov 2013-cü ildən "Ali təhsilin beynəlmiləlləşdirilməsi" layihəsi çərçivəsində British Council tərəfindən həyata keçirilməsinə başlanmış "Researcher Links" ("Tədqiqatçılar mübadiləsi") adlı layihə barəsində məlumat verdi. Layihənin əsas məqsədi Azərbaycan və Böyük Britaniyadan olan gənc tədqiqatçıların mübadiləsini təşkil etməkdir.