2014-cü il, yanvarın 29-da Coğrafiya İnstitutunun  Elmi Şurasının növbəti elmi seminarı keçırıldi. 

Seminar öz işinə ilk əvvəl Xəritəçilik və coğrafi informasiya şöbəsinin elmi işçısi Ofelya Mirzəzadənin 70 illiyi münasibətilə İnstitut  HİK-inin sədri H.Haqverdiyevin təbriki ilə başladı.

Yubilyara gül dəstəsi təqdim olundu, ünvanına xoş sözlər söylənildi.

2013-cü ildə doktoranturaya qəbul edilmiş doktorantların coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq  üçün dissertasiya mövzuları və elmi rəhbərləri nəsdiq edildi. Bu il institutun qiyabi doktoranturasına   10, əyani doktoranturasına isə       6 nəfər qəbul edildi.

Qəbul edilən doktorantların demək olar ki, hamısı qəbul imtahanlarında 13 bal və daha çox toplamışdılar. Bunlardan ixtiaslar üzrə göstəricilər aşağıdakı kimidir:

“Geoekologiya” – 3 nəfər

“İqtisadi coğrafiya” – 3 nəfər

“Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” – 1 nəfər

“İnsan coğrafiyası” – 2 nəfər

“Fiziki coğrafiya və biocoğrafiya torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” – 4 nəfər

“Geomorfologiya” – 1 nəfər

“Meteorologiya” – 2 nəfər