2014-cü il, fevralın 26-sında  İnstitutun Elmi Şurası ilə Disertasiya Şurasının  birğə iclası keçirildi.

İlk  əvvəl  Xocalı faciəsiin 22-ci ildönümü münasibətilə həlak olan  şəhidlərin xatirəsi yad edildi. İnstitutun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor R.Məmmədov Xocalı faciəsindən söhbət açdı, bəşəriyyətə qarşı bu qırğını törədənlərin gec-tez cəzalandırılacağına ümid bəslədiyini söylədi. Ekocoğrafiya  şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, Ənvər Əliyev, Həmkarlar təşkilatının  sədri, Coğrafi fikir tarixi şöbəsinin müdiri, coğrafiya elmləri namizədi  Habil Haqverdiyev, coğrafiya elmləri namizədi  Məhərrəm Həsənov və başqaları da bu gaciəni misli görünməmiş soyqırım adlandıraraq, bundan lazımi nəticə çıxarmağın vacibliyini vurğuladılar.

Sonra böyük coğrafiyaçı alim, görkəmli ictimai xadim, aqsaqqal pedaqoq akademik Budaq Budaqovun anadan olmasının 86-cı ildönümü münasibətilə xatirəsi yad edildi. Çıxış edənlər onu coğrafiya elminin ilk yaradıcılarından adlandıraraq, qoyub getdiyi dərin elmi və ədəbi irsinin daha dərindən öyrənilməsini tövsiyyə etdilər. İclasın keçirildiyi konfrans zalında alimin kitablarında ibarət sərgi də yer almışdı.

İclasda Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin coğrafiya üzrə fəlsəfə doktorları Ağakişiyeva Günəş Rafiq qızı və Zəkəriyyəyeva Natella Tahir qızının coğrarafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzuları müzakirə və təsdiq edildi.

Coğrafiya üzrə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul məsələsinə baxıldı,  mövzular müzakirə və təsdiq edildi.