Xəzər dənizinin hidrometeoroligiyası

Müəllif - R.M.Məmmədov

 Kitab 6 hissədən ibarət olaraq Xəzər dənizinin hidrometerologiyası və səviyyə problemi sahəsində işləyən mütəxəssislər, doktorantlar və tələbələr üçün nəzərdə tutulmuşdur.

Kitabın ümumi səciyyə hissəsində qısa şəkildə Xəzər dənizinin etimologiyası və formalaşması, müasir fiziki parametrləri və coğrafi səciyyəsi, mühafizə olunan əraziləri haqqında yeni informasiya verilir. Bu fəslin təbii ehtiyatlar hissəsində karbohidrogen ehtiyatları və bioloji resursları da araşdırılır. Ikinci fəsildə sahillərin və dəniz dibinin geomorfologiyasından, üçüncü fəsildə isə dəniz üzərində iqlim şəraitinin formalaşmasından və meteoroloji dəyişkənlikdən bəhs olunur.

Dənizin hidrologiyasına kitabda böyük yer verilir, dördüncü fəsil bu mövzuya həsr olunmuşdur. Fəsildə dənizin axınları, temperaturu, duzluluğu, şəffaflığı və s. hidroloji parametrlərin mövsüm dəyişmələrini əks etdirən yeni xəritələr verilmişdir.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi və onun sosial-iqtisadi-ekoloji nəticələri, səviyyə dəyişməsinin uzunmüddətli proqnozu xüsusi diqqətlə beşinci fəsildə araşdırılır. Nəhayət, sonuncu,  altıncı fəsil dənizin ekocoğrafıyasına, çirklənmə mənbələrinin müəyyənləşdirilməsinə, ümumi ekoloji vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuşdur.

 

 

Xəzər dənizinin müasir vəziyyəti

Müəlliflər - Q.N.Panin, R.M.Məmmədov, I.V.Mitrofanov

Monoqrafiyada Xəzər dənizinin müasir vəziyyətini işıqlandıran məqalələr öz əksini tapmışdır. Burada Xəzərin fiziki-coğrafi təsviri əsas yer tutur. Xəzər  dənizi rayonunda atmosferin yerüstü sirkulyasiyası  yenidənqurma tədqiqatlarının nəticələri göstərilir. Xəzər dənizinin ekoloji problemləri və biomüxtəlifliyinə xüsusi yer verilir.

   

 

 

 

Risk və fəlakətlər coğrafiyası

Kollektiv müəlliflər - R.M.Məmmədov və digərləri

Gürcüstan, Azərbaycan, Rusiya və Türkiyədən olan Beynəlxalq tədqiqatçılar qrupunun bu birgə işində  ilk dəfə olaraq Qafqaz-Pont zonasının rütubətli subtropiklərində  təbii və sosial fəlakətlərin ərazi üzrə yayılmasının kompleks analizi verilir. Kitabda zəlzələ və vulkanizm, buzlaqların fəaliyyəti, torpaq sürüşmələri, sellər, çay eroziyası və daşqınlar, abraziya, sahillərin subasması, səhralaşma və s. kimi təbii proseslərin nəticələri, dinamikası və genezisindən bəhs olunur. 

 

 

 

 

Hidrofiziki sahələrin dəyişkənliyi və çirkləndiricilərin Xəzər dənizində yayılması

Müəllif - Məmmədov R.M.

Monoqrafiya Xəzər dənizində hidrofiziki sahələrin dəyişkənliyinin geniş məkan və zaman diapazonunda kompleks tədqiqatına və bu xüsusiyyətlərin dənizdə yayılmış yad çirkləndiricilərə təsirinin öyrənilməsinə həsr olunmuşdur. Axın sürətinin statistik və spektrial xüsusiyyətləri hesablanmış və bu göstəricilərin profilini müəyyən etmək üçün model təklif olunmuşdur. Dənizin şelf zonasında aparılmış unikal eksperimentlər əsasında Xəzər dənizində turbulent diffuziya qanunauyğunluğu müəyyən olunmuş, aktiv fazanın uzunluğunun və subasma nəticəsində yayılmış yad maddələrin qalınlığının hesablanması üçün nəzəri formulalar, düsturlar hazırlanmışdır.

    

 

  

Ramiz Məmmədov

Tərtibçı - R.H.Qardaşov

 

"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından olan bu biblioqrafik məlumat kitabçasında tanınmış alim, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədovun elmi-ictimai fəaliyyətindən qısa məlumat verilir.

 

 

 

 

 

Azərbaycanda Landaşft  Planlaşdırılması  (ilk təcrübə və tətbiq) 

Müəllif - R.M.Məmmədov

Kitab Avropa üçün adi, bizim üçün isə yeni sayılan lanşaft planlaşdırılması vasitələrinin yaradılmasına və onun Azərbaycanda tətbiq olunmasına həsr olunmuşdur. Landşaft planlaşdırılmasının konsepsiyası, mahiyyəti, məzmunu, məqsədləri və metodları verilir, onun metodikası, səviyyələri və aşağıdakı mərhələləri təqdim olunur: inventarlaşdırma, qiymətləndirmə,ərazi inkişafının sahə və inteqrasiya olunmuş məqsədli konsepsiyaları, əsas fəaliyyət istiqamətləri və tədbirlərin konsepsiyası. Kitabın əsas məqsədi yuxarıda təqdim olunan vasitələrlə Şirvan Milli Parkı və onun ətraf ərazilərinin landşaft planının hazırlanmasıdır.

  

 

 

 

Qidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafi problemləri

Müəllif - R.M.Məmmədov

Kitabda Xəzər dənizinin fiziki-coğrafi şəraiti və təbii resursları haqqında yığcam formada məlumatlar verilmişdir. Dənizin temperatur, dalğalanma, duzluluq, şəffaflıq kimi xüsusiyyətlərinin fəsillər üzrə dəyişkənliyini əks etdirən xəritələr tərtib olunmuşdur. Burada müəllif və digər tədqiqatçılar tərəfindən alınmış model hesablamalar və eksperimental nəticələr analiz olunmuş, hidrofiziki sahələrin dəyişkənliyinin qanunauyğunluğu müəyyən olunmuşdur. Dənizin səviyyəsinin tərəddüdü və onun sosial-iqtisadi nəticələrinə kitabda xüsusi diqqət yetirilir. Müvafiq bölmələrdə dənizin çirklənmə mənbələri, xəstəliklər, yad orqanizmlərin yayılması və s. kimi ekoloji problemlərə də toxunulur. Xəzərətrafı regionda sosial-iqtisadi vəziyyət və dənizin siyasi statusu da kitabda analiz olunmuşdur.

 

 

 

Cənubi Qafqaz ölkələrində pilotlu landşaft planlaşdırılması

Müəlliflər – R.M.Məmmədov və başqaları

 Kitab mərkəzi və yerli idarəetmə orqanlarının vəzifəli şəxsləri, ekoloqlar, coğrafiyaşünaslar və tələbələr, ekonomik və sosial siyasətin inkişafı, ətraf mühitin mühafizəsi siyasəti və eləcə də landşaft planlaşdırılması üzrə mütəxəssislər  üçün nəzərdə tutulmuşdur.

 

 

 

 

Xəzər dənizinin hidrometeoroloji atlası.  (Bakı, Nafta –Press, 2014, 300 səh.)

Müəllif - R.M.Məmmədov

 “Xəzər dənizinin hidrometeoroloji atlası” kartoqrafik əsər kimi, dəniz haqqında çoxaspektli informasiyanın və müasir biliklərin sistemləşdirilmiş formasıdır. 

Şərti olaraq yeddi hissəyə bölünən atlas məzmununa, yeni tədqiqatların nəticələrinin istifadəsinə, xəritə tərtibatında compüter texnologiyasının tətbiqinə, dizayna görə fərqlənir və böyük elmi-praktiki əhəmiyyətə malikdir.

 

 

 

 

Azərbaycan Respublikasının Coğrafiyası   iqtisadi, sosial və siyasi)  Bakı - 2013

II cild

Oxuculara təqdim olunan “Azərbaycan Respublikasının Coğrafiyası “  kitabının ikinci cildi  ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun  həlli yollarını  işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab coğrafiya ixtisası üzrə təhsil alan tələbələr, müəllimlər, alim və mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

  

 

 

 

Azərbaycanın dağlıq zonalarının və ətraf ərazilərinin morfostruktur quruluşu (kosmik şəkillərin deşifrlənmə materialları əsasında), Bakı, Elm, 1998, 248 s.

Müəllif - Əlizadə E.K.

Monoqrafiyada Böyük və Kiçik Qafqazın şərq hissəsinin dağlıq zonalarının və ətraf ərazilərinin morfostruktur quruluşu kosmik şəkillərin deşifrlənməsi və çöl tədqiqatları əsasında analiz edilir. Ümumqafqaz və köndələninə yayılma istiqamətli morfostrukturların inkişafı və morfotektoniki xüsusiyyətlərinin formalaşması baxılır.

Kitab coğrafiyaçılar, geoloqlar, o cümlədən Universitetin coğrafiya və geologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulub. 

 

 

Dağlig relyefin ekzomorfodinamikasi və onun giymətləndirilməsi (Böyük Qafqazın şimal-şərq yamacı timsalında)

Müəlliflər - Əlizadə E.K., Tarixazər S.Ə.

Monoqrafiya dağlıq ərazilərin geomorfoloqiyasının aktual probleminə-dağ geomorfosistemlərinin intensiv mənimsənilməsi şəraitində relyefin ekzomorfodinamikasına və ekzogen mənşəli təbii – dağıdıcı hadisələrlə əlaqədar təhlükələrin qiymətləndirilməsinə həsr olunmuşdur.

Geniş şəkildə təhlükəli ekzodinamiki proseslərin strukturu, həmçinin də tədqiq olunan ərazi daxilində relyefin morfodinamiki gərginliyi məsələləri araşdırılır.

Monoqrafiya coğrafiyaçilar, geoloqlar, ekoloqlar və dağlıg ərazilərin mənimsənilməsi ilə məşgul olan digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

 

Arid və semiarid dağ geosistemlərində səhralaşma (Naxçıvan Respublikası timsalında)

Müəllif - Quliyeva S.Y.

Monoqrafiya son dövrlərdə ən kəskin ekoloji problemlərdən olan arid və semiarid dağ və dağətəyi geokomplekslərin təbii və antropogen amillərin təsiri ilə səhralaşmasına həsr olunmuşdur. Naxçıvan MR ərazisi timsalında müasir landşaftların səhralaşma tipləri, dərəcəli və xüsusiyyətləri tadqiq olunur.

Geokomplekslərin dayanıqlı inkişafanı təmin etmək üçün səhralaşmaya qarşı mübarizə tədbirləri təklif edilir, landşaftların gələcək mümkün inkişaf istiqamətləri əsaslandırır.

Kitab coğrafiyaçılar, ekoloqlar,səhralaşma problemi ilə məşğul olanali məktəb tələbələri üçün faydalı ola bilər.        

  

Dağ geosistemlərinin landşaft-ekoloji differensiasiyası (Cənub-Şərqi Qafqazın şimal yamacı timsalında)

Müəllif - Kuçinskaya İ.Y.

Monoqrafiyada müasir landşaftşünaslığın aktual problemlərindən olan dağlıq ərazilərdə qlobal ekoloji gərginliyin artması şəraitində təbii-antropogen amillərin təsiri altında geosistemlərdə  baş verən landşaft-ekoloji dinamiki dəyişikliklər təhlil edilir.

Daha operativ və obyektiv məlumat mənbəyi olan distansion zondlaşma materiallarından geniş istifadə edilməklə tədqiq olunan ərazidə müasir landşaft komplekslərin inkişaf təmayülləri öyrənilir, landşaft-ekoloji şərait qiymətləndirilir və geosistemlərin tarazlı inkişafını təmin etmək üçün landşaft planlaşdırılmasının zəruriliyi əsaslandırır.

Monoqrafiya coğrafiyaçılar, ekoloqlar, dağlıq ərazilərin mənimsənilməsi ilə məşğul olan mütəxəssislər, doktorantlar və ali məktəblərin tələbələri üçün faydalı ola bilər.          

 

COĞRAFİYA ENSİKLOPEDİYASI

I Cild

Oxuculara təqdim edilən “Coğrafiya ensiklopediyası” dünyada və ayrı-ayrı regionlarda baş verən təbii və iqtisadi-coğrafi proseslərin, onların davamlı inkişafında olan problemlərin öyrənilməsində, bu problemlərin həlli yollarının axtarılmasında oxucuların köməyinə gələcəkdir. Ona görə ki, bu gün Yer planetinin təbii mühitinin qorunması, onun tarazlı inkişafının bərpa edilməsi hamımızdan və ayrı-ayrılıqda hər birimizdən asılıdır.

 

 

                                          

COĞRAFİYA ENSİKLOPEDİYASI

 II Cild 

Oxuculara təqdim edilən “Coğrafiya ensiklopediyası”nın ikinci cildində dünyanın ayrı-ayrı regionları və burada yerləşən ölkələr geniş şəkildə təhlil edilir. Burada ölkələr haqqında tarixi-coğrafi, fiziki və iqtisadi-coğrafi məlumatlar verilir, problemlər, onların həlli yolları təhlil olunur. Dünyanın əksər regionlarında bir neçə əsr davam edən azadlıq mübarizəsi nəticəsində çoxlu müstəqil dövlətlər yaranmışdır və siyasi xəritə böyük dəyişikliklərə məruz qalmışdır. Bununla yanaşı, hələ də müstəmləkələr, asılı ərazilər qalmaqda davam edir. Kitabda müstəqil dövlətlərlə yanaşı müstəmləkələr və asılı ərazilər haqqında da geniş məlumatlar tapmaq olar.

 Sonda Azərbaycan Respublikasının fiziki və iqtisadi coğrafiyası geniş təhlil olunur, inzibati rayonlar kartoqrafik məlumatlarla birlikdə verilir. Son vaxtlarda Azərbaycanın siyasi-inzibati quruluşunda, iqtisadi və mədəni həyatında baş verən dəyişikliklər burada geniş şəkildə öz əksini tapmışdır. İnanırıq ki, təqdim edilən vəsait oxucuların marağına səbəb olacaq və onları maraqlandıran sualların cavabını kitabın səhifələrində tapa biləcəklər.     

 

AZƏRBAYCANIN ƏHALİSİ

Müəllif – Eminov Z.N.

Kitabda son dövrlərdə Azərbaycanda baş verən ictimai-siyasi və iqtisadi proseslər nəticəsində əhalinin demoqrafik göstəricilərində baş verən dəyişikliklər, onların səbəb və nəticələri təhlil edilir. Əhalinin bir çox demoqrafik göstəricilərinin son iki əsrdə dəyişməsi meylləri göstərilir.

Ölkədə aparılan iqtisadi islahatlar əhalinin həyat şəraitinə və məşğulluğuna ciddi təsir etmişdir. Kitabın sonunda onların nizamlanması yolları təhlil edilir.

Monoqrafiya iqtisadçılar, coğrafiyaçılar, demoqraflar, sosioloqlar, həmçinin əhalinin problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

 

 AZƏRBAYCAN RESPUBLiKASININ iQTiSADi, SOSiAL VƏ SiYASi COĞRAFiYASI

 Müəlliflər – Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N.

 Oxuculara təqdim olunan “Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” kitabı ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab “Coğrafiya” ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və bu sahədə çalışan müəllimlər, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

 

 

 

 

AZƏRBAYCAN SSR-də ƏHALININ MƏSKUNLAŞMASI MƏSƏLƏLƏRI

Müəlliflər – Mehrəliyev E.Q., Əyyubov N.H., Sadıqov M.O.

Əsərdə vertikal zonallıq və meyl bucağından asılılıq nöqteyi-nəzərindən  məskunlaşmanın həyata keçirilməsi üçün resurslar imkanlığı aşkara çıxarılır, məskunlaşmanın inkişafı və müasir vəziyyətinin tarixi mərhələlərinin təhlili, respublikanın müxtəlif  şəraiti üçün geodemoqrafik vəziyyəti haqqında məlumat verilir.

 

 

 

 


  

"COĞRAFİYA" (Məlumat kitabı) İ hissə. Ümumi fiziki və iqtisadi coğrafiya.

Bakı, 2000,395 səh.

    Müəllif - Eminov Z.N.

 “Coğrafiya“üzrə məlumat kitabının birinci hissəsi “Ümumi fiziki və iqtisadi coğrafiyaya” həsr edilmişdir. Burada fiziki coğrafiyanın inkişaf mərhələləri, bu sahədə çalışmış alimlərin gördüyü işlər, ən mühüm səyyahlar haqqında məlumatlar verilir.

 Birinci kitabda plan və xəritə, Günəş sistemi və Yer, litosfer, atmosfer, hidrosfer, biosfer əsas bölmələrdir. Onun ikinci hissəsində iqtisadi coğrafi proseslər və hadisələr, siyasi xəritə, əhali, təbii ehtiyatlar, sənaye və kənd təsərrüfatı nəqliyyat sahəri öyrənilir.

 

     

"COĞRAFİYA” (Məlumat kitabı) II hissə. Materiklər və ölkələr. Türk dünyası ölkələri. Bakı,  2000. 263 səh.

Müəllif - Eminov Z.N.

  Regional coğrafiyaya həsr edilmiş ikinci kitabda “Materiklər vəölkələrin coğrafiyası“, “Türk dünyasının coğrafiyası“əsas bölmələrdir. Burada materiklər və onların iri regionlarının coğrafi səciyyəsi haqqında danışılır. Bəziiri dövlətlər haqqında geniş məlumatlar verilir. Dünyanın müxtəlif regionlarında ölkələrin birləşməsi nəticəsində yaradılmış beynəlxalq təşkilatlar sadalanır.

“Türk dünyasının coğrafiyası“ bölməsində türk dünyasına daxil olan xalqlar, onların sayı, yaşadığıölkələr və məskunlaşdığıərazilərin coğrafiyası haqqında geniş mə’lumat verilir. Sonra bura daxil olan müstəqil dövlətlər və ayrı-ayrıölkələrin ərazisində  yerləşən milli qurumların coğrafiyası təhlil edilir. Əhalinin sayı və təsərrüfat göstəriciləriüzrə mə’lumatlar 1996-cıilin, bə’zi mə’lumatlar isə 1989-1996-cıillərin materiallarına əsaslanır. Bölmədə SSRİ-nin parçalanmasından sonra siyasi xəritədə yaranmış dövlətlərdə baş vermiş dəyişikliklər verilir. Rusiyanın tərkibində olan milli qurumların adlarının dəyişilməsi vaxtlarıüzrə mə’lumatlar məhdud olduğuna görə dəqiq göstərilmir. Lakin qeyd edək ki, bu proseslər 90-cıillərin əvvəllərində getmişdir.

  

“COĞRAFİYA” (Məlumat kitabı) III hissə. Azərbaycanın fiziki və iqtisadi coğrafiyası. Bakı,  2000. 194 səh.

Müəllif - Eminov Z.N.

 Kitabda “Azərbaycanın fiziki vəiqtisadi coğrafiyası“ bölmələri verilir. Kitabda  ardıcıl olaraq ölkənin fiziki-coğrafi komponentləri təhlil edilir. Sonra isə təbii vilayətlər və onlara daxil edilən rayonlar haqqında qısa danışılır.

 “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” bölməsinin əsas hissəsini son illər respublikanın iqtisadi həyatında baş vermiş dəyişikliklər, aparılan iqtisadi islahatların gedişi üzrə məlumatlar tutur. Azərbaycanın dünya təsərrüfat sisteminə qoşulması, onun ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusilə neft sənayesinə xarici sərmayələrin cəlb edilməsi istiqamətləri göstərilir. Burada təsərrüfat sahələrinin yenidən qurulması istiqamətində bir çox mülahizələr verilmişdir.

 Kitabda verilmiş sosial infrastruktur hissəsində son dövrlərdə əhalinin həyat şəraitinin pisləşməsinin səbəbləri və onların yaratdığı mənfi nəticələr araşdırılır. Azərbaycanın əhalisinin sayı haqqında rəqəmlər 1998-ci ilin əvvəli üçün, kənd təsərrüfatı üzrə olan məlumatlar 1996-cı il üçün, digər göstəricilər 90-cı illərin əvvəli üçün verilmişdir. Bəzi məlumatların hansı ilə aid olması mətndə verilmişdir.

  Məlumat kitabı ilk növbədə coğrafiya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. O, həmçinin orta ümumtəhsil məktəblərinin, ali məktəblərin müəllimləri və şagirdlər üçün də faydalı ola bilər. Ayrı-ayrı coğrafi proses və hadisələr, xüsusilə dünyada son dövrlərdə baş verən dəyişikliklər haqqında materiallar az olduğuna görə onlara daha geniş yer verilir. 

 

 “COĞRAFİYA” (Məlumat kitabı). Bakı, “Çıraq” nəşriyyatı, 2004. 656 səh.

              Müəllif - Eminov Z.N.

 Kitabın birinci bölməsi ümumi fiziki coğrafiyaya, ikinci bölməsi ümumi iqtisadi coğrafiyaya həsr edilmişdir.

Üçüncü bölmədə materiklər və onların iri regionlarının coğrafi səciyyəsi haqqında danışılır. Burada bəzi iri dövlətlər haqqında geniş məlumatlar verilir. Dünyanın müxtəlif regionlarında ölkələrin birləşməsi nəticəsində yaradılmış beynəlxalq təşkilatlar sadalanır.

“Türk dünyasının coğrafiyası” bölməsində türk dünyasına daxil olan xalqlar, onların sayı, yaşadığı ölkələr və məskunlaşdığı ərazilərin coğrafiyası haqqında geniş məlumat verilir. Sonra bura daxil olan müstəqil dövlətlər və ayrı-ayrı ölkələrin ərazisində  yerləşən milli qurumların coğrafiyası təhlil edilir.

“Azərbaycanın fiziki vəiqtisadi coğrafiyası“ beşinci və altıncı bölmələrdə verilir. Beşinci bölmədə ardıcıl olaraq ölkənin fiziki-coğrafi komponentləri təhlil edilir. Sonra isə təbii vilayətlər və onlara daxil edilən rayonlar haqqında qısa danışılır.

“Azərbaycanın iqtisadi və sosial coğrafiyası” bölməsinin əsas hissəsini son illər respublikanın iqtisadi həyatında baş vermiş dəyişikliklər, aparılan iqtisadi islahatların gedişi üzrə məlumatlar tutur. Azərbaycanın dünya təsərrüfat sisteminə qoşulması, onun ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusilə neft sənayesinə xarici sərmayələrin cəlb edilməsi istiqamətləri göstərilir. Burada təsərrüfat sahələrinin yenidən qurulması istiqamətində bir çox mülahizələr verilmişdir.

 Məlumat kitabı ilk növbədə “Coğrafiya” ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. O, həmçinin orta ümumtəhsil məktəblərinin, ali məktəblərin müəllimləri, abituriyentlər və yuxarı sinif  şagirdləri üçün də faydalı ola bilər. Ayrı-ayrı coğrafi proses və hadisələr, xüsusilə dünyada son dövrlərdə baş verən dəyişikliklər haqqında materiallar az olduğuna görə onlara daha geniş yer verilir. Kitabın və ona daxil olan mövzuların yığcam olması    onun     hazırlanması zamanı  qarşıda   duran  əsas məqsədlərdən  biridir.

 Kitabın elmi redaktoru coğrafiya elmləri doktoru, professor   E.Q.Mehrəliyev, rəyçilər,aparıcı elmi işçi, coğrafiya elmləri namizədi  M.C.İsmayilov və coğrafiya elmləri namizədi Ə.H.Abdullayevdir.

 

KÜR-ARAZ DEPRESSİYASININ GEOMORFOLOJİ QURULUŞU (morfoskulptur)

Müəllif - N.S.Şirinov

Monoqrafiyada Azərbaycan daxilində Kür-Araz depressiyasında aparılmış tədqiqatların nəticəsi verilmişdir. Monoqrafiyanın əvvəlində qısaca olaraq ərazinin relyefinin morfoskulptur xüsusiyyətlərinə baxılmış, sonra isə bəzi kəmiyyət göstəriciləri də verilməklə müasir ekzogen relyef əmələgətirici proseslər, müasir sahillərin dinamikası, dəniz terrasları, çay dərələri və terrasları və gətirmə konusları dəqiq səciyyələndirilmişdir. Monoqrafiya çoxlu miqdarda xəritə sxemlər, fotoşəkillər, cədvəllər, profillərlə müşaiət olunur.

 

                                      

  

                      GEOMORFOLOJİ TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ

Bu qismdə ilk lüğət olub, azərbaycan, rus və ingilis dillərində 3000-ə qədər geomorfoloji termini əhatə edir. Terminlərin izahı azərbaycan dilində verilmişdir. Bütün lüğətlər kimi bu lüğət də Azərbaycanda geomorfologiyanın öyrənilməsində əvəzsiz köməkçi olacaqdır.

Lüğət AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşlarının çox illik əməyinin məhsuludur. Qeyd etmək lazımdır ki, lüğətə bir sıra  yerli geomorfoloji adlar da daxil edilmişdir,

 

  

 

KİÇİK QAFQAZIN CƏNUB-ŞƏRQ HİSSƏSİNİN GEOMORFOLOGİYASI VƏ ƏN YENİ TEKTONİKASI MƏSƏLƏLƏRİ

Müəllif - B.A.Antonov

Monoqrafiyada göstərilən ərazidə relyefin struktur xüsusiyyətlərinin və yeni tektonik hərəkətlərin öyrənilməsində tətbiq edilən geomorfoloji təhlil metodunun mahiyyəti açıqlanır. Bu təhlil, kəmiyyət və keyfiyyət dəyişiklikləri ən yeni tektonik hərəkətlərlə əlaqədar olmuş relyef tip və formalarının təhlilinə əsaslanır. Relyefin inkişaf tarixinin təhlilində və ən yeni tektonik hərəkətlərin amplitudunun müəyyən edilməsində K.Qafqazın cənub-şərq hissəsində inkişaf etmiş düzəlmə səthlərinin öyrənilməsinin mühüm əhəmiyyəti vardır.

 

 

 

  CƏNUB-ŞƏRQİ QAFQAZIN GEOMORFOLOGİYASI VƏ  ƏN  YENİ  TEKTONOKASI

                                                      Müəllif - B.Ə.Budaqov

Monoqrafiya müəllifin uzun illər apardığı tədqiqatların nəticəsi olub, Böyük Qafqazın Cənub-Şərq hissəsində inkişaf etmiş relyef tipləri və formalarının təhlilinə həsr edilmişdir. Monoqrafiyada düzəlmə səthləri, palçıq vulkanları, müasir və qədim buzlaşmalar, dəniz terrasları, flyüvial, qravitasion, karst-suffozion və eol relyef formaları haqqında geniş məlumat verilir. Yeni və müasir tektonik hərəkətlər təhlil edilir və relyefin formalaşmasında onların rolu göstərilir. Monoqrafiyada çoxlu miqdarda xəritə, sxem, cədvəl, fotoşəkillər verilir.

  

                                             

              AZƏRBAYCAN SSR-in GEOMORFOLOGİYASI

Monoqrafiya respublika daxilində aparılmış geomorfoloji tədqiqatları ümumiləşdirən ilk əsərdir. Toplanmış faktik materiallar Böyük və Kiçik Qafqazın, Kür-Araz düzənliyinin Azərbaycan hissəsində relyefin formalaşması və inkişaf tarixi haqqında bir sıra mühüm məsələlərə aydınlıq gətirir. Bundan başqa işdə geomorfoloji rayonlaşmaya, dəniz və çay terraslarının müqayisəsinə, düzəlmə səthlərinin yaşının təyininə, ən yeni tektonik hərəkətlərin öyrənilməsinə dair bir sıra məsələlərə baxılır. Allüvial, allüvial-prolüvial düzənliklər və ovalıqlar daxilində mezo və mikro relyef formalarının təsvirinə böyük diqqət yetirilir.

Monoqrafiyaya Azərbaycanın geomorfoloji xəritəsi əlavə edilir.

             


 

 

BÖYÜK QAFQAZIN AZƏRBAYCAN  HİSSƏSİNİN MÜASİR VƏ QƏDİM BUZLAŞMALARI

  Müəllif - B.Ə.Budaqov

Monoqrafiyanın əvvəlində Azərbaycanda buzlaşmanın tədqiqinin qısa tarixi şərh olunur. Burada əsərin əsas bölmələrinin, daha doğrusu müasir və qədim buzlaşmanın daha ətraflı dərk olunması məqsədilə ərazinin oroqrafiyası və geomorfoloji quruluşunun səciyyəsi verilir. Ərazidə iki buzlaşmanın izlərinin saxlanılmasına görə müəllif burada Qusar və Şahnabad buzlaşma epoxası ayırır və onların dağ-dərə səciyyəsi daşıdığını və iqlimin soyuqlaşması və tektonik qalxmalarla əlaqədar olduğunu göstərir. Bununla yanaşı müəllif erkən dördüncü dövrdə də buzlaşmanın baş verməsini inkar etmir.

 

   

AZƏRBAYCANİN  RELYEFİ

Monoqrafiyada Azərbaycan geomorfoloqlarının son 20-25 ildə apardıqları tədqiqatlarının nəticələri işıqlandırılmışdır. Burada ekzogen proseslər, onların ərazi üzrə fərqlənməsi, yaratdıqları relyef formaları-morfoskulpturlar ümumi şəkildə səciyyələndirilir. Nival-buzlaq, qravitasiya, flüvial, karst, arid-denudasion, eol, talassogen morfoskulpturlar haqqında geniş məlumat verilir. Yeni və müasir tektonik hərəkətlər təhlil edilir, relyefin formalaşmasında onların rolu göstərilir. Monoqrafiya xəritələr, sxemlər, fotoşəkillər və cədvəllərlə müşaiət olunur.

 

 

 

 

KİÇİK QAFQAZIN ŞƏRQ HİSSƏSİNİN MORFOSTRUKTURLARI (Relyefin təhlili: nəzəri və praktiki məsələlər). Bakı-1999, 278 s.

Müəllif - H.A.Xəlilov

Monoqrafiya müasir geomorfologiyanın aktual problemlərinə-relyefin morfostruktur, paleogeomorfoloji və metallgenetik təhlilinin nəzəri və konseptual məsələlərinə həsr olunub. Burada ərazinin relyef formaları ilə geoloji strukturların qarşılıqlı əlaqəsinin öyrənilməsinin nəticələri və əsas müddəaları ümumiləşdirilmiş, morfostrukturların genetik və taksonomik təsnifatı və rayonlaşdırılması prinsipləri araşdırılmış, onların regional və tipoloji səciyyəsi verilmiş və qanunauyğunluqları öyrənilmişdir. Relyefin əmələ gəlməsi və təkamülünün paleogeomorfoloji şəraiti bərpa olunmuş və tədqiqatın nəticələrinin proqnoz-axtarış işlərində istifadəsinin mümkünlüyü şərh olunur. 

                                

AZƏRBAYCANIN PALEOGEOMORFOLOGİYASI, Bakı, 2011, 268 s.

Monoqrafiya müasir geomorfologiyanın aktual problemlərinə - Azərbaycan Respublikası ərazisinin paleogeomorfologiyasının nəzəri və praktiki məsələlərinə həsr olunub.

Kitabda ilk dəfə olaraq relyefin əsas mərhələlər üzrə təkamülü tarixinin öyrənilməsinin nəticələri ümumiləşdirilmişdir.

Burada neotektonik mərhəyəqədərki və oliqotsen-erkən miotsen, orta-son miotsen, erkən pliotsen və dördüncü dövr epoxalarına bölünən neotektonik mərhələ ayrılır. Monoqrafiya relyefin daha səciyyəvi təkamül dövrləri üçün tərtib edilmiş paleogeomorfoloji xəritələrlə müşayiət olunur.

 

 

 

KÜR DAĞARASI ÇÖKƏKLİYİNİN PALEOGEOMORFOLOGİYASI (Azərbaycan daxilində). Bakı, 2002.

Müəllif - X.K.Tanrıverdiyev

Monoqrafiyada geomorfoloji çöl-tədqiqatları və geoloji, geomorfoloji, geofiziki və s. materialların təhlili əsasında Kür çökəkliyi relyefinin formalaşmasının başlanğıcı həddi müəyyən edilmiş və onun son kaynozoyda mərhələlər üzrə inkişafı verilmişdir. Astruktur neft və qaz yataqlarının formalaşması üçün paleorelyefin əlverişli ünsürləri və sahələri aşkar edilmiş, yeraltı şirin su və inşaat materialları axtarışı baxımından perspektivli sahələr göstərilmişdir.

 

 

NAXÇIVAN VƏ TALIŞ MEZOKAYNOZOY VULKANİZM VİLAYƏTLƏRİNİN PALEOMORFOLOGİYASI. Bakı-1999.

Müəllif - V.D.Haçıyev

Monoqrafiyada geomorfoloji çöl-tədqiqatları əsasında Naxçıvan və Talışın mezokaynozoy vulkanizm vilayətlərinin paleogeomorfologiyası təhlil edilir.

Relyefin quruluş xüsusiyyətləri öyrənilib və zaman və məkan daxilində onun inkişaf qanunauyğunluğu müəyyən edilib. Müasir relyefin inkişaf tarixi və paleogeomorfoloji şəraiti bərpa olunub. Denudasion kəsimin kəmiyyəti müəyyən edilib və filiz daşıyan kütlələrin yuyulmasının xarakteri, yuyulma məhsullarının nəql yolları və onların toplanması baxımından perspektivli sahələr aşkar edilmişdir.

  

ORTAARAZ DEPRESSİYASI VƏ ƏTRAF DAĞLARIN RELYEFİ. Bakı-1989.

Müəllif - M.A.Abbasov

Kitabda relyefin genetik tipləri və formaları, yeni və müasir tektonik hərəkətlər və dərəcələri təyin olunmaqla relyefin morfostruktur xüsusiyyətləri dərəcəsi təsvir olunur.

Relyefin inkişaf tarixi, ərazinin geomorfoloji rayonlaşması, Naxçıvan MR-ın və Cənubi Azərbaycanın relyefinin bəzi xüsusiyyətlərinin müqaisəli səciyyəsi verilir.

 

 

 

KÜR-ARAZ DEPRESSİYASININ ƏN YENİ TEKTONİKASI VƏ RELYEFİNİN İNKİŞAFI

Müəllif - N.S.Şirinov

Neotektonikanın   öyrənilməsinin   şərhində   müəllif   həmin   mərhələnin başlanğıcının müəyyən edilməsinə dair mübahisəli rnəsəbyə öz münasibətini bildirir. O, ərazinin yeni tektonik hərəkətlərinə aid əsas göstəriciləri şərh etınəklə həmin hərəkətlərin tarixini işıqlandırır. Müəllif burada müasir relyefin inkişafı və formalaşması tarixində ayrı-ayrı hadisələrin səbəb-nəticə əlaqəsini aşkar edir və neotektonik mərhələnin başlanğıcını oliqosen hesab edir.

 

 

 

 MÜASİR GEOSİSTEMLƏRİN REGİONAL-COĞRAFİ PROBLEMLƏRİ      XVII cild

Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan MEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyətinin  əsərləri

                                Baş redaktor: AMEA-nın müxbir üzvü  Məmmədov R.M.

 Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərlərinin növbəti XVII cildində müasir geosistemlərin formalaşmasının, inkişafının və struktur ərazi təşkilinin regional coğrafi problemlərinin öyrənilməsinə dair ən yeni elmi nəticələri əks etdırən məqalələr toplanmışdır. Əsər elmi işçilər, mütəxəsislər, müəllimlər, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

  

 

QLOBAL DƏYİŞKƏNLİKLƏR ŞƏRAİTİNDƏ GEOSİSTEMLƏRİN TƏBİİ EHTİYAT POTENSİALIIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ       XVIII cild

Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan MEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyətinin  əsərləri

                   Baş redaktor: AMEA-nın müxbir üzvü  Məmmədov R.M.

Ümummilli lider H.Ə. Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil edilmiş Beynəlxalq elmi-praktik konfransın materiallarında qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının coğrafi problemlərinin tədqiqinə dair ən yeni elmi nəticələri əks etdirən məqalələr toplanmışdır. Əsər elmi işçılər, mütəxəssislər, müəllimlər, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.