9.04.2016
Döyüş bölgəsindəki hərbi əməliyyatlar əzmkar ordumuzun gücünü və döyüş qabiliyyətini nümayiş etdirdi, igid əsgərlərimizin öz doğma torpaqlarını geri almağa qadir olduğunu və bu yoldan dönməyəcəyini əyani surətdə bütün dünyaya sübut etdi.
Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban.
Sinəsiylə sipər olan
İgid əsgər, möhkəm dayan!
Ya azad ol, ya candan keç,
İki yoldan birini seç,
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!
Salam VƏTƏN, salam ANA
Çətin gündə bizi sına.
Qanla cavab verək qana
İgid əsgər, möhkəm dayan!
Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq,
Düşmənlərin qan qusacaq,
İgid əsgər, möhkəm dayan! (Şahin Musaoğlu)
Vətən uğrunda həyatlarını itirmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik! Allah şəhidlərimizə rəhmət eləsin!
Onların qanı yerdə qalmayacaq!
Gələcək qələbələr ümidilə vüqarlı ordumuzun tarixi qələbəsini gözləyirik!