15.06.2016

Aprelin 14-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Ehtimal olunan fövqəladə hallar zamanı “Toplanış” xəbərdarlıq siqnalı aldıqda hərbiləşdirilməmiş

dəstələrin şəxsi heyətinin hazırlığının yoxlanılması” mövzusunda  mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.

Məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması, bu sahədəki təcrübənin artırılmasıdır.

Coğrafiya İnstitutunun Fövqəladə Hallar Komissiyasının sədri, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin sədrliyi ilə keçirilən tədbirdə komissiyanın üzvləri, MM qüvvə komandirləri, institutun əməkdaşları iştirak ediblər. İnstitutun MM qərargahının rəisi Namazəli Mustafayev praktiki sənəd olan idarəetmə, rabitə və xəbərdarlıq sxemi üzərində dayanaraq, fövqəladə hallar zamanı  ilk növbədə hansı işlərin görülməli olduğu, şəxsi heyətin tam hazır vəziyyətə gətirilməsinin qaydaları haqda əməkdaşları  ətraflı məlumatlandırıb və onları maraqlandıran suallara qənaətbəxş cavablar verib.