28.02.2017.

Fevralın 27-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Fövqəladə hallar komissiyasının yığıncağı keçirilib. Yığıncağı keçirməkdə məqsəd Fövqəladə hallar komissiyasının yeni sədrinin təyini və  1 Mart Beynəlxalq Mülki Müdafiə Gününə hazırlığın keçirilməsi olub.

İclasa sədrlik edən Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev çıxışında bildirib ki,  AMEA-nın müxbir üzvü, mərhum Elbrus Əlizadənin vəfatı ilə əlaqədar onun əvəzinə    Fövqəladə hallar komissiyasının sədri İnstitutun təsərrüfat işləri üzrə direktor müavini Anar İmran oğlu Osmanlı təyin  edilib. O həmçinin, İnstitutun strukturunda olan dəyişikliklərin  qərargahın sənədlərində öz əksini tapması haqqında məlumat verib.

Sonra qərargah rəisi qarşıdan gələn 1 Mart Beynəlxalq Mülki Müdafiə günü münasibətilə Coğrafiya İnstitutunda  keçiriləcək  tədbirə hazırlıqdan danışıb və onun dünya ölkələrində qeyd edilməsinin əhəmiyyətindən söz açıb.  

N.Mustafayev hazırlıqla əlaqədar verilən sualları cavablandırıb.