05.05.2017

Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov mayın 5-də Avropa Komissiyasının Horizon-2020 Tədqiqat və İnnovasiya Proqramına dair AMEA Beynəlxalq əlaqələr idarəsinin təşkil etdiyi maarifləndirici seminarda Coğrafiya

İnstitutunu milli əlaqələndirici şəxs qismində təmsil etmişdir.

AMEA-nın Mərkəzi Kitabxanasında keçirilmiş bu tədbirdə R.Kərimov “Horizon-2020: Azərbaycan tədqiqatçıları üçün imkanlar” adlı təqdimatla çıxış etmiş, qeyd olunan proqram çərçivəsində elmi-tədqiqat layihələrinə dair elan edilmiş çağırışlara qoşularaq qrant alma imkanları, bununla əlaqədar gözlənilən qaydalar və şərtlər barədə məlumat vermişdir. Seminar Geologiya İnstitutu, Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İqtisad Universiteti, Xəzər Universitetindən olan tədqiqatçı-alimlərin böyük marağına səbəb olmuşdur. Tədbirdə həmçinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva, idarənin şöbə müdiri Bunyamin Seyidov, baş ekspert Firuzə Xəlilova, Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Mehrac Abbasov da çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandlrmışlar.