Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu bu ilin 7 oktyabrında Araz Qurbanovun «Hidroböhran, hidromünaqişələr və hidrostrategiya» kitabının təqdimat mərasimi ilə bağlı dəyirmi masa təşkil etdilər.

 Tədbirdə Coğrafiya İnstitutunun direktoru AMEA müxbir üzvü Ramiz Məmmədov, direktor müavini c.e.d. E. K. Əlizadə, c.e.d. R. M. Qaşqay, c.e.d.M. A. Abduyev və c.e.n. M. Həsənov iştirak etmişlər. Dəyirmi masada R. M. Məmmədov və R. M. Qaşqay çıxış edərək təqdim olunan kitabda qoyulan məsələlərin aktuallığından, dünya miqyasında və Azərbaycanda içməli su qıtlığının yaranması və bu problemin siyasi-iqtisadi təzyiq vasitəsinə çevrilməsinə gətirib çıxaracağından və suyun səmərəli istifadəsi haqqında geniş söz açdılar və öz təkliflərini verdilər. Məruzələr iştirakçılar tərəfindən maraqla izlənildi.