Bakı Dövlət Universiteti ilə AMEA-nın Coğrafiya Institutu arasında Coğrafıya İnstitutu nəzdində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Elm və Tədris Mərkəzinin  (ETM) yaradılması barədə müqavilə imzalanmışdır.

 Müqaviləni Bakı Dövlət Universitetinin rektoru akademik Abil Məhərrəmov və AMEA-nın akad.H.Əliyev ad.Coğrafiya İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında  qəbul edilmiş Anlaşma Memorandumuna uygun olaraq imzalamışlar.

Mərkəzin məqsədi BDU-da tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacariq və vərdişlərin formalaşdırılması, coğrafiya elmi sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi-tədqiqatların aparılması, Universitet və İnstitut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsindən ibarətdir.

Bakı Dövlət Universiteti və AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutu arasında əməkdaşlıq aşağıda qeyd olunan sahələri əhatə edir:

•  Coğrafıya elminin qarşılıqlı maraq doguran sahələrində və innovasiya istiqamətlərində elmi kadr hazırlığı sahəsində birgə iştirak;

•  Elmi-tədqiqat və kadr hazırlığı sahəsində Bakı Dövlət Universiteti və AMEA-nin H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə;

•  Professor-müəllim heyyətinin, elmi işçilərin, doktorant və tələbələrin müvafıq fakültələrdə, kafedralarda, şöbələrdə və elmi-tədqiqat laboratoriyalarında ixtisasartırma elmi-tədqiqat istehsalat təcrübələrinin təşkili;

•  Birgə elmi simpozium, seminar və konfransların təşkili;

•  Qarşılıqlı maraq doguran beynəlxalq və yerli layihələrdə, proqramlarda birgə iştirak;

•   Müvafıq ixtisas sahələri üzrə birgə elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin yazılması.

Mərkəzin fəaliyyəti barəsindəki müddəalar tərəflər arasında 13 dekabr 2013-cü il tarixində imzalanmış Əsasnamədə öz əksini tapır.