2014-cü il, fevralın  12 -sində AMEA-nın prezidenti akademik A.A.Əlizadənin   sədrliyi ilə AMEA Rəyasət Heyətinin iclası keçirildi.

İclasda digər institutlarla yanaşı akad. H.Əliyev adına Coğrafiya İnstitutunun doktoranturasına 2014-cü ildə qəbul edilmiş doktorantların elmi mövzularının adlarının müzakirəsi məsələsinə baxılmışdır. Gündəliyə eyni zamanda həmin doktorantların təyin edilmiş elmi rəhbərlərinin təsdiq edilməsi məsələsi də daxil idi. Coğrafiya İnstitutunun direktor əvəzi AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor R.Məmmədov bu il institutda 13 doktorantın qəbul edildiyi haqda informasiya verdi. Hər doktorantın elmi mövzusunun adı ayrılıqda müzakirə olundu.  İclasda  doktorant mövzularının müasir tələblərə cavab verməsinə xüsusi fikir verildi. Doktorantların özlərinin mövzu ilə əlaqədar fikirləri öyrənildi. Bəzi mövzuların adlarında müəyyən dəyişikliklərin edilməsi məsləhət görüldü.