2014-cü il fevralın 17-sində  AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunda  Mülki müdafiə qərargahının təzə rəisi  N. Mustafayevin iştirakı ilə

Fövqəladə Hallar Komissiyası  və Mülki müdafiə qərargahının ilk birgə iclası keçiridi.

İclasda İnstitutun Föfqəladə hallar komissiyasının vəzifələri, 2014-cü il üçün AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun  mülki müdafiə üzrə tədbirlər planı haqqında,  1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə hazırlıq  barədə və s. cari məsələlərə baxıldı.

İnstitutun elmi işlər üzvə direktor müavini, coğrafiya elmləri doktoru Elbrus Əlizadə və Mülki müdafiə qərargahının rəisi  N. Mustafayev gündəlikdə duran məsələlər ətrafında məruzələr etdilər, iştirakçıların suallarını cavablandırdılar.