Coğrafiya İnstitutunun əməkdaşı c.e.d. M.A.Abduyevin Moskvada nəşr olunan "Метеорология и гидрология" jurnalının növbəti nömrəsində

"Закономерности территориального распределения модуля ионного стока горных рек Азербайджана" adlı məqaləsi çap olunmuşdur. Məqalədə müəllif  Lənkəran təbii vilayəti istisna olmaqla, Respublikanın digər ərazilərində ion axımı modulunun şaquli istiqamətdə artdığını göstərir və alınmış M=f(H) əlaqələrindən istifadə etməklə kimyəvi axım üzərində müşahidələr aparılmayan çayların ion axımı modulunun təyin edilməsini təklif edir.