23.11.2016.
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı – direktkor, akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, c.e.d. Zakir Eminov, c.ü.f. doktorları Rövşən Kərimov, Etibar Bədəlov, Natəvan Cəfərova, k. e. işçilər Xədcəxanım Hüseynova, Emil Cəbrayılov, Nicat İmamverdiyev və mühəndis Elvin Əmrahov noyabrın 27-dən dekabrın 1-dək Gürcüstanın Tiflis şəhərinə səfər edəcəklər.
22.11.2016.
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin moritorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov noyabrın 23-dən 26-dək Türkiyə Respublikasına ezam edilmişdir. O, Halıç Konqres Mərkəzində keçiriləcək Beynəlxalq Dünya Coğrafi İnformasiya Sistemləri sərgisinin “Bu günü anlamaq, gələcəyi bölüşmək" adı altında keçiriləcək tədbirdə iştirak etmək üçün İstanbula gedəcək.
02.11.2016
Görkəmli coğrafiyaşünas alim, uzun illər Coğrafiya İnstitutunun direktoru işləmiş akademik Budaq Budaqovun vəfatından 4 il keçir. Alimin əziz xatirəsini bir daha yad etmək üçün AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi onun uyuduğu fəxri xiyabana gəlmiş, abidəsi önünə tər çiçəklər qoymuş, ruhuna dualar oxunmuşdur.
24.10.2016
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutun əməkdaşları – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, baş elmi işçi, c.ü.f.d. Məhərrəm Həsənov və aparıcı elmi işçi,c.ü.f.d. Elina Kərimova oktyabrın 23-24də Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olmuşlar.
20.11.2016.
Azərbaycan Respublikası müstəqilliyinin 25-ci ildönümü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası “Müstəqillik yollarında 25” adlı məqalələr toplusu nəşr etdirib. AR Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
30.10.2016
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov artıq on ildir ki, İran Islam Respublikasının paytaxtında “Sahillər, limanlar və dəniz təsərrüfatı” mövzusunda keçirilən növbəti Beynəlxalq konfransda iştirak etmək üçün oktyabrın 31dən noyabrın 3-dək Tehran şəhərinə ezam olunmuşdur.
Payız imtahan sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə minimum imtahanlarını vermək istəyən doktorantların və dissertantların nəzərinə!
Xahiş edirik, «xarici dil», “informatika”, “fəlsəfə” və ixtisas fənləri üzrə doktorluq imtahanlarını vermək üçün təcili olaraq institutun Təhsil şöbəsinə müraciət edəsiniz.
4.11.2016
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov oktyabrın 31-dən noyabrın 3-dək Tehran şəhərində ezamiyyətdə olub.
Azərbaycanlı alim artıq on il – hər 2 ildən bir, İran Islam Respublikasının paytaxtında keçirilən Beynəlxalq konfransda iştirak edir.
27.10.2016
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə Elmi seminarın növbədənkənar iclası keçirilib. İclas Bakıda qonaq olan, dünyanın 100 ən qabaqcıl universitetləri sırasına daxil olan Tümen Dövlət Universitetinin (TDU) Ekologiya və Təbii Resurslardan Səmərəli İstifadə ETİ-nin direktoru, b.e.d.,