15.02.2017

Coğrafiya İnstitutunun elmi işçisi, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Samirə Abuşova fevralın 15-də “Gənclər günü” münasibətilə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti

iclasında bir neçə gənc alim və mütəxəssislə birgə elmi və ictimai fəaliyyəti ilə fərqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.

Fəallığı və bacarığı ilə seçilən S.Abuşovanı İnstitutun kollektivi adından təbrik edir, ona elmi və ictimai fəaliyyətində böyük uğurlar arzu edirik!