17.03.2017

Martın 15-də “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. 

Cİ əməkdaşları konfransda  aşağıdakı mövzularla çıxış ediblər:

  1. Əlizadə A.A., Məmmədov R.M., Abduyev M.A.(Azərbaycan): Azərbaycanın çay sularının ehtiyatı, ekohidrokimyəvi analiz;  
  2. Teymurov M.Ə.: Çayların su ehtiyatlarının hazirkı vəziyyətinin və 2050-ci ilə qədərki dövr üçün proqnoz ehtiyatlarının qiymətləndirilməsi;
  3. Paşayev E.P., Həsənov F.H.: “Respublikamızda sudan səmərəli istifadə olunması istiqamətində uğurlu siyasət  aparılır”;
  4.  Əlizadə E.K., Tarixazər S.Ə., Ələkbərova S.О. (Azərbaycan): Şollar su kəmərinin keçdiyi rayonda sürüşmə proseslərinin inkişafı;
  5. Eminov Z.N., Ağabalayev Q.M., Bədəlova X.A., Bağırova F.R.: Azərbaycanda məskunlaşma areallarının formalaşmasına su hövzələrinin təsiri;
  6. Tarixazər Z.Ə.: Fövqəladə hallar zamanı içməli su təminatinin ekoloji dayanıqlıq prosesinin obyektiv zərurəti (Şollar yeraltı suları timsalında);
  7. Səfərov E.S., Məmmədov R.M., Səfərov S.H., Abarca del Rio R, Crétaux J-F. (Azərbaycan, Çili, Fransa): EL-NİNO hadisəsi və Xəzərin səviyyə dəyişmələri;
  8. Nəbiyev H.L.: Böyük Qafqazın şimal-şərq hissəsində sel hadisələrini əmələ gətirən sinoptik-iqlim şəraitinin xüsusiyyətləri və sel təhlükəsinin ilkin proqnostik əlamətlərinin aşkar edilməsi;  
  9. Bədəlov E.S. “Azəbaycanın iri və böyü şəhərlərin təchizatında su problemi”.