18.05.2017

Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz Məmmədov mayın 15-dən 17-dək  İtaliyanın Roma şəhərində ezamiyyətdə olub.

O,  İtaliya Coğrafiya Cəmiyyətinin 150 illik yubileyinə həsr olunmuş “Coğrafiya Cəmiyyəti yeni dünya tədqiqatları şəbəkəsində” mövzusunda keçirilmiş Beynəlxalq  mərasimdə iştirak edib. İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın da  iştirak etdiyi bu tədbirdə akademik Ramiz Məmmədov “Azərbaycan Coğrafiyası və Azərbaycan Coğrafiya Cəmiyyətinin fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib.