17 May 2013
Elmi kitabxana
- Article Details
- Category STRUKTUR
1937-ci ildə SSRİ EA-nın Azərbaycan filialının tərkibində coğrafiya sektoru yaradılmışdır. Beləliklə həmin ildən coğrafiya elmi məktəbinin əsası qoyulmuşdur. Bundan sonra sistemli olaraq coğrafiya elmi bölmələri yaradılmışdır.1945-ci ildən isə coğrafiya sektoru əsasında AMEA-nın Coğrafiya institutu yaradıldı. Həmin ildən institutun tərkibində elmi kitabxana təşkil olunub.Bununla əlaqədar olaraq Sovet Ittifaqının müxtəlif şəhərlərindən coğrafiya elminə dair müxtəlif ədəbiyyatlar toplanıb.
Coğrafiya institutunun kitabxanası iki böyük zaldan ibarətdir.Birinci zalda oxu zalı təşkil olunmuşdur.Zalda təzə kitabların sərgisi,dövrü mətbuatlar,jurnallar,ensiklopediyalar mövcuddur.İkinci böyük zalda kitabxananın ümumi fondu,rus,azərbaycan və digər xarici dillərdə olan ədəbiyyatlar yerləşir.
Kitabxananın 370 oxucusu var.Bunlardan 220-si elmi işçilərdir. Digərləri isə müxtəlif institutlardandır.Oxuculara daimi mədəni xidmət göstərilir.Kitabxanamızın digər kitabxanalarla - M.F.Axundov adına kitabxana, Geologiya İnstitunun kitabxanası, Mərkəzi elmi kitabxana və s. ilə geniş əlaqəsi vardır.
Kitabxana fondumuzda kitabların sayı 56000-dir. Həmçinin kitabxana fondunda institutun arxivi yerləşir.Kitabxananın coğrafiya elminin inkişafında cox böyük rolu olmuşdur. Əlavə olaraq göstərmək olar ki, kitabxanada muxtəlif tədbirlər,o cümlədən, görkəmli alimlərimizin yubileyləri, konfranslar təşkil olunur. Bu yaxınlarda akademik H.Ə.Əliyevin 101 illiyi, akademik B.Budaqovun 85 illiyi və ümummilli liderimiz H.Ə.Əliyevin 90 illik yubileyi təntənəli surətdə qeyd edildi. Bundan savayı hər il əməkdaşlarımızın nəşr olunan yeni kitablarının sərgisi təşkil olunur.
Kitabxananın üç ali təhsilli işçisi vardır. Kitabxana müdiri - Məmmədova Ş.Ə., baş kitabxanaçı Cəfərova M.S., kitabxanaçı Mütəllimova N.F.